Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anşlaq
Anşlaq (alm. Anschlag – afişa, elan) – teatr, kino, sirk tamaşalarına, konsertə və s. biletlərin satılıb qurtardığını bildirən elan. Anşlaq adətən, kassanın önündən asılır.
Boşluq
Boşluq (ing. Vulnerability) − sistem təhlükəsizlik vasitələrində zəiflik, sistemin layihəsində, yaradılmasında, prosedurlarında və daxili nəzarətində səhvlər və ya zəifliklər nəticəsində meydana çıxır və sistemin təhlükəsizlik siyasətinin pozulması üçün istifadə edilə bilər. Zəifliklərdən kompüter sistemi daxilində imtiyaz sərhədlərini keçmək (yəni, icazəsiz hərəkətlər etmək) üçün hücumçu kimi təhlükə aktyoru tərəfindən istifadə edilə bilər. Zəiflikdən istifadə etmək üçün hücumçunun sistem zəifliyinə qoşula bilən ən azı bir tətbiq aləti və ya texnikası olmalıdır. Bu çərçivədə zəifliklər həm də hücum səthi kimi tanınır. Zəifliyin idarə edilməsi nəzəri cəhətdən dəyişən, lakin ümumi prosesləri ehtiva edən dövri təcrübədir: bütün aktivləri kəşf etmək, aktivləri prioritetləşdirmək, tam zəiflik skanını qiymətləndirmək və ya həyata keçirmək, nəticələr haqqında hesabat vermək, zəiflikləri aradan qaldırmaq, aradan qaldırılmasını yoxlamaq — təkrar etmək. Bu təcrübə ümumiyyətlə hesablama sistemlərində proqram təminatı zəifliklərinə aiddir. Çevik zəifliyin idarə edilməsi bütün zəiflikləri mümkün qədər tez müəyyən etməklə hücumların qarşısının alınmasını nəzərdə tutur. Zəifliklər aşağıdakılarla bağlıdır və özünü göstərə bilər: sistemin fiziki mühiti personal (yəni işçilər, rəhbərlik) idarəetmə prosedurları və təhlükəsizlik siyasəti biznes fəaliyyəti və xidmət göstərilməsi periferik cihazlar daxil olmaqla aparat proqram təminatı (yəni binada və ya buludda) əlaqə (yəni rabitə avadanlığı və qurğuları) Computer Emergency Response Team İnformasiya təhlükəsizliyi Kibertəhlükəsizlik İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Forşlaq
Forşlaq (alm. Vorschlag‎ — əvvəlki zərbə). Bu melizm iki növ olur: uzun və qısa forşlaq. Qısa forşlaq, qarmağı qısa xətlə cızılmış kiçik şəkildə səkkizlik notdan ibarətdir. İfa zamanı bu xırda not əsas notun vəzni hesabına daxil olur. Qısa forşlaq sadə və mürəkkəb olmaqla iki, üç, hətta dörd və beş kiçik notdan da əmələ gələ bilər. Son zamanlar elə qısa forşlaqlar da yazılır ki, onlar əvvəlki notun hesabına ifa olunur. Uzun forşlaq – Melodiyanın hər hansı əsas səsindən sekunda məsafəsində yuxarıda və ya aşağıda yerləşən köməkçi səslərdən ibarət olur. Uzun forşlaq əsas səsin əvvəlində kiçik not şəklində yazılır və əsas səs ölçüsünün yarısına bərabər olur. Uzun forşlaqı göstərən notun yan xətti həmişə yuxarı şəkildə cizgisiz olaraq yazılır.
Qışlaq
Qışlaq (yataq) — sığırxana, yataq və yaşayış məskəni. Yaşayış məntəqələri Azərbaycanda Qışlaq (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Qışlaq (Xocalı) — Xocalı rayonunda kənd. Qışlaq (Laçın) — Laçın rayonunda kənd. Qışlaq (Kələxan, Lerik) — Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd. Oxşar toponimlər Aşağı Qışlaq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Aydınqışlaq — Qəbələ rayonunda kənd. Böyük Qışlaq — Tovuz rayonunda kənd.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır. Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Oğlaq
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
Obşak
Obşak (rus. Общак), oğru kassası və ya qazan — kriminal jarqonda kriminal cəmiyyət arasında qarşılıqlı yardım fondu. "Obşak"ın iki növü var – azadlıqdan məhrumetmə yerlərində və azadlıqdan məhrumetmə yerlərindən kənarda. Oğruların qanunlarına görə, "obşak"a töhfələr könüllü olmalıdır, baxmayaraq ki, praktikada bu tələb həmişə yerinə yetirilmir. "Obşak" cinayətkarların ("qanuni oğru" və ya "vəziyyətə baxan") etibarından istifadə edən nüfuzlu cinayətkar liderin nəzarəti altındadır. Ümumi fondun toplanması, saxlanması və istifadəsi qaydalarının pozulması ciddi şəkildə cəzalandırılır. "Obşak"ların formalaşması XX əsrin əvvəllərindən əvvəl başlamışdır. Azadlıqdan məhrumetmə müəssisələrində pul, yemək, siqaret, çay və əşyalardan ibarətdir. Regional "obşak"lar pul köçürmələri və vəsaitləri hesabına doldurulur. "Obşak"ın vəsaitləri administrasiyaya rüşvət vermək və çətin vəziyyətdə olan məhbuslara və ya onların ailələrinə dəstək vermək üçün istifadə olunur.
Aşağı Qışlaq
Aşağı Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndi Kolanı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Qışlaq kənd Soveti yaradılmışdır. Dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonimin ikinci komponenti olan qışlaq sözünü "qışlama" mənasında qəbul etmək olmaz. Çünki ərazidəki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri qışlaq üçün əlverişli deyil. Bu ad kəngərlilərin qızıl qışlaq tayfasının tirələrindən (orta qışlaq, güllü qışlaq, yazlı qışlaq, yazı qışlaq və ya düz qışlaq) birinin adı ilə bağlıdır. Aşağı Qışlaq oykonimi etnotoponim kimi "adı çəkilən tayfanın, tirənin məskunlaşdığı ərazinin aşağı hissəsi" anlamındadır. Əhalisi 916 nəfərdir.
Baş Qışlaq
Baş Qışlaq (Zəncan) —
Boşluq (informatika)
Boşluq (ing. Vulnerability) − sistem təhlükəsizlik vasitələrində zəiflik, sistemin layihəsində, yaradılmasında, prosedurlarında və daxili nəzarətində səhvlər və ya zəifliklər nəticəsində meydana çıxır və sistemin təhlükəsizlik siyasətinin pozulması üçün istifadə edilə bilər. Zəifliklərdən kompüter sistemi daxilində imtiyaz sərhədlərini keçmək (yəni, icazəsiz hərəkətlər etmək) üçün hücumçu kimi təhlükə aktyoru tərəfindən istifadə edilə bilər. Zəiflikdən istifadə etmək üçün hücumçunun sistem zəifliyinə qoşula bilən ən azı bir tətbiq aləti və ya texnikası olmalıdır. Bu çərçivədə zəifliklər həm də hücum səthi kimi tanınır. Zəifliyin idarə edilməsi nəzəri cəhətdən dəyişən, lakin ümumi prosesləri ehtiva edən dövri təcrübədir: bütün aktivləri kəşf etmək, aktivləri prioritetləşdirmək, tam zəiflik skanını qiymətləndirmək və ya həyata keçirmək, nəticələr haqqında hesabat vermək, zəiflikləri aradan qaldırmaq, aradan qaldırılmasını yoxlamaq — təkrar etmək. Bu təcrübə ümumiyyətlə hesablama sistemlərində proqram təminatı zəifliklərinə aiddir. Çevik zəifliyin idarə edilməsi bütün zəiflikləri mümkün qədər tez müəyyən etməklə hücumların qarşısının alınmasını nəzərdə tutur. Zəifliklər aşağıdakılarla bağlıdır və özünü göstərə bilər: sistemin fiziki mühiti personal (yəni işçilər, rəhbərlik) idarəetmə prosedurları və təhlükəsizlik siyasəti biznes fəaliyyəti və xidmət göstərilməsi periferik cihazlar daxil olmaqla aparat proqram təminatı (yəni binada və ya buludda) əlaqə (yəni rabitə avadanlığı və qurğuları) Computer Emergency Response Team İnformasiya təhlükəsizliyi Kibertəhlükəsizlik İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Böyük Qışlaq
Böyük Qışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağdan köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar. Ona görə də kənd belə adlandırılmışdır. Böyük sözü isə kəndi eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirməyə xidmət edir. Böyük Qışlaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Əsrikçayın (Axıncaçayın qolu) sol sahilində, Murğuz silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. Kənddə Böyük Qışlaq kənd kitabxana filialı, Böyük Qışlaq kənd Mədəniyyət Evi, Böyük Qışlaq poçt şöbəsi (AZ6019) fəaliyyət göstərir. Kənddə Gəray Nəsibov adına Böyük Qışlaq kənd tam orta məktəbi və Böyük Qışlaq Şamlıq kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Böyük Qışlaq kənd xəstəxanası yerləşir.
Cəliq (Qışlaq)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 16 nəfər yaşayır (6 ailə).
Dağ Qışlaq
Dağ Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Burada ilkin yaşayış XVI əsrə aid olduğu deyilir. Dağ Qışlaq kəndi Qışlaq qəsəbəsindən hündürdə yerləşdiyi üçün (kənd dağın ətəyində yerləşir) bura Dağ Qışlaq adlandırılıb. 1988-ci ilədək Xankəndi şəhərinin tərkibində olub. 1992-ci il martın 2-si kəndə hücum edilib. Hücum Xankəndidəki 366-cı moto-atıcı alay tərəfindən həyata keçirilib. Əvvəlcə şəhər istiqamətindən kəndə qradlar atılıb. Sonra isə əsgərlər kəndi tam mühasirəyə alıblar. Kənd camaatı isə onlarca kilometr qəth edərək Harov kəndinə pənah gətiriblər.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Kor qışlaq
Kor qışlaq-coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7-8 ay qışlaqda qorunub saxlanır, otarılır.Qışlaqların təxminən 6 min illik yaşı var. Onlardan indi də heyvandarlıq təsərrüfatında geniş istifadə edilir.
Kosalar (Qışlaq)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Qoşa Qışlaq
Qoşaqışlaq (Əzizbəyov)
Qışlaq (Culfa)
Qışlaq (fars. قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 674 nəfər yaşayır (187 ailə).
Qışlaq (Cəbrayıl)
Qışlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. Qışlaq oyk., sadə. Cəbrayıl rayonunun Süleymanlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir; Xocalı rayonunun Təzəbinə inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır; Laçın rayonunun Köhnəkənd inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin c.-q. yamacındadır; Lerik rayonunun Siyov inzibati ərazi vahidində kənddir.
Qışlaq (Germi)
Qışlaq (fars. قشلاق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (6 ailə).
Qışlaq (Laçın)
Qışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin cənub-qərb yamacındadır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. İki dağın arasındakı dərədə yerləşir. Kirs dağına çox yaxındır. Ətrafında sıra armudlar, qılıncdaş təpəsi yerli sakinlər arasında məşhurdur. Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.
Qışlaq (Lerik)
Qışlaq (Kələxan, Lerik) — Azərbaycanın Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Azərbaycanın Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Azərbaycanın Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.
Qışlaq (Loru)
Qışlaq, Jdanov — Loru mahalında qışlaq, kənd. Andrey Jdanovun şərəfinə adlandırılmışdır.
Qışlaq (Marağa)
Qışlaq (fars. قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 409 nəfər yaşayır (106 ailə).