Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bliznesı adaları
Bliznesı adası (rus. Острова Близнецы) — Urup adasının şimal-şərq qutaracağında, Oxot dənizində 2 ada və qayalıqdan ibarət bir adalar qrupu. Arxipelaqın ümumi sahəsi təqribən 0.3 km²-ə çatır. Bunun 0,17 km² "Sanıça" adasının payına düşür. Ada 95.1 m hündürlüyə malikdir. 54.8 min m² ərazi Minerva adasının payına (Minerva məbədinin şərəfinə) düşür. Üçüncü qaya adası "Pivnaya kruşka" adlanır. Bu adaya cənubdan baxanda pivə bakalına bənzəyir. Adanın sahəsi 7,5 min m²-dir. İnzibati olaraq Saxalin vilayətinin Kuril şəhər dairəsinə daxil edilmişdir.
Biznes
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. == Müəssisənin quruluşu == Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Biznes Klasteri
Biznes klasteri (ing. business cluster) — xidməti fəaliyyətinin əsasları həmcins olan sahibkarlıq subyektlərinin, təminatçıların və əlaqədar digər təşkilatların xüsusi statusla coğrafi təmərküzləşməsi. == Tarixi == İqtisadçıların aqlomerasiya (təmərküzləşmə) adlandırdığı anlayışın metodoloji tarixi Alfred Marşalın 1890-cı illərdəki tədqiqatlarına qədər gedir. Müasir dövrdə isə "Biznes klasteri" yaxud "Porter klasteri" termini əsasən amerikalı akademik Maykl Porterin 1990-cü ildə nəşr etdirdiyi "Ölkələrin rəqabət üstünlüyü" əsəri ilə təqdim olunmuş və ardınca elmi çevrələr tərəfindən qəbul edilərək məşhurlaşmışdır. İqtisadi proseslərdə müvəffəqiyyətin əldə edilməsində iqtisadiyyatın coğrafi aspektləri isə Paul Kruqmanın "Coğrafiya və ticarət" (1991) əsərində geniş şəkildə işıqlandırılmışdır. Məhz bu cürə tədqiqatlardan sonra biznes klasterləri dövlətlərin iqtisadi strategiyalarında öz yerini almağa başladı. == Mahiyyəti == Maykl Porterə görə müasir qlobal iqtisadi proseslərdə rəqabət üstünlüyü əldə etməyin üsulu kimi bir qisim xüsusi faktorlar əhəmiyyət daşıyır. Məsələn, biznes subyektinin yerləşdiyi məkanın limana yaxın olması yaxud insan resursunun rəqiblərinə nisbətdə daha münasib qiymətlə çalışdırılması kimi nümunələr, xərcləri azaltmaqla rəqabət üstünlüyünü şərtləndirən başlıca amillərdir. Bu qəbildən olan üstünlüyü kortəbii haldan sistemli formaya transformasiya etmək üçün isə müəyyən inzibati tənzimləmərə ehtiyac duyulur. Biznes klasterləri rəqabət anlayışına təsir edən təkmil metodoloji yanaşma kimi məhz bu zərurəti qarşılamaq məqsədi güdür.
Biznes Universiteti
Bakı Biznes Universiteti — 1993-cü ildə yaradılan və Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Bakı Biznes Universiteti 1993-cü ildə təsis edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınaraq institut statusu ilə fəaliyyətə başlamışdır. == Təhsil == Bakalavriat səviyyəsində təhsil müddəti bütün ixtisaslarda 4 il (8 semestr), qiyabi şöbədə isə 5 ildir (10 semestr). Tədris müddətində tələbələrə ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur. == Maddi-Texniki bazası == Universitetin bütün korpus və köməkçi binaları Yasamal rayonunda, 20 Yanvar və İnşaatçılar metrostansiyalarının arasında yerləşməkdədir. Həmçinin, universitetin kampusunda gəzinti Bağçası, elm parkı, meydan, idman stadionu, oyun meydançası və s. yerləşir. === Kitabxana === Bakı Biznes Universitetinin kitabxanası var. Burada çox sayda kitablar, dövri nəşrlər, audiovizual və kompüter məlumatı vardır.
Biznes analitikası
Biznes analitikası rəhbər işçilər, menecer və digər korporativ son istifadəçilərə əsaslandırılmış biznes qərarları qəbul etməkdə kömək edən faydalı məlumatların təqdim edilməsi və verilənlərin analizi üçün texnoloji prosesdir. Biznes analitikası analitik nəticələrin alınması üçün operativ işçilərə, qərar qəbul edən korporativ səxslərə əlçatan olan daxili sistem və xarici mənbələrdən məlumatları toplayan, onların təhlilini, həmin verilənlərə sorğuları işləyib hazırlayan və yerinə yetirən, həmçinin hesabat, informasiya paneli, vizual verilənlər yaratmağa imkan verən geniş spektrli alətlər, tətbiqi proqramlar və metodologiyalardan ibarətdir.
Biznes idarəçiliyi
Biznesin idarə edilməsi biznesin idarə olunmasını öyrədən elm sahəsidir. O, biznes əməliyyatlarına nəzarətin bütün aspektlərini əhatə edir. O, həmçinin idarəetmə və liderlik baxımından mühasibat uçotu, maliyyə, layihənin idarə edilməsi və marketinqi əhatə edən sahələri də əhatə edir. Henri Fayol (1841-1925) menecerin bu “funksiyalarını” “idarəetmənin beş elementi” kimi müəyyən etmişdir.
Biznes iqtisadiyyatı
Biznes iqtisadiyyatı — tətbiqi iqtisadiyyatın bir sahəsi olub, iqtisadi nəzəriyyədən və riyazi metodlardan istifadə etməklə müəssisələri, müxtəlif biznes bölmələrinin diversifikasiyasına şərait yaradan faktorları və həmçinin firmaların əmək, kapital və əmtəə bazarları ilə əlaqələrini öyrənir.
Biznes jurnalistikası
Biznes jurnalistikası və ya işgüzar jurnalistika — cəmiyyətlərdə baş verən iqtisadi və maliyyə fəaliyyətlərini və dəyişiklikləri izləyən, qeyd edən, təhlil edən və şərh edən jurnalistikanın bir növüdür. Mövzular iqtisadiyyatla əlaqəli bütün ticari fəaliyyətlərin bütün sahələrini geniş şəkildə əhatə edir. Jurnalistikanın bu sahəsində jurnalistlər, biznesin bütün sahələrində baş verən hadisələr, statistik məlumatlar, valyuta ilə əlaqəli mövzularda xəbərlər və geniş məqalələr təqdim edir. Qəzet, jurnal, radio və televiziya xəbər şoularının əksəriyyətinə biznes seqmenti daxildir. Ətraflı və dərin işgüzar jurnalistika xüsusi olaraq iş və maliyyə jurnalistikasına həsr olunmuş nəşrlərdə, radioda və televiziya kanallarında görünə bilər. == Tarixi == İşgüzar jurnalistika orta əsrlərdən etibarən tanınmış ticarət ailələrinin bir-biri ilə əlaqə yaratdığı dövrdən yaranmağa başladığı güman olunur XVIII əsrin əvvələrində "Robinson Cruse" əsəri ilə tanınan yazıçı Daniel Defo biznes və iqtisadi xəbərlər yayımlamağa başladı.1882-ci ildə Charles Dow, Edward Jones və Charles Bergstresser Wall Street boyunca bizneslə məşğul olan ailələrin evlərinə telqraf vasitəsilə biznes xəbərlərini çatdırırdılar. Və 1889-cu ildə The Wall Street biznes haqqımda jurnal nəşr etməyə başladı. Dövrünün tanınmış yazar Ida Tarbell özünü bu sahədə jurnalist hesab etməsə də, 1902-ci ildə Standard Oil Co haqqında yazdığı məqalə günümüzdə də istifadə olunan biznes xəbərlərinin formalaşmasına böyük töhfə vermişdir.1990-cı illərdə fond bazarına daha geniş investisiya qoyuluşu ilə işgüzar jurnalistika geniş yayılmışdır. The Wall Street jurnalı, işgüzar jurnalistikanın qabaqcıl nümunələrindən biridir və həm tiraj baxımından həm də orada işləyən jurnalistlərə hörmət baxımından Amerika Birləşmiş Ştatlarının ən yaxşı qəzetlərindən biridir. == Əhatə dairəsi == Biznes jurnalistikası, əksər inkişaf etmiş ölkələrdə geniş yayılsa da , inkişaf etməkdə olan və inkişafdan geri qalmış ölkələrdə çox məhdud bir rola malikdir.
Biznes maqnatı
Maqnat və ya böyük bir iş adamı birdən çox biznesə sahib olmaqla böyük müvəffəqiyyət və böyük sərvət əldə etmiş bir iş adamıdır. Müvəffəqiyyətli sahibkarlar müəyyən bir iş və ya biznes sahəsində böyük təsirə, əhəmiyyətə malik olan biznes mütəxəssislərinə nümunədirlər. İlk böyük iş adamları John D. Rockefeller, Andrew Carnegie və Henry Ford kimi sənayeçilər idi. Müasir dövrdə Ceff Bezos və Bill Gates kimi texnologiya şirkətlərinin yaradıcıları böyük iş adamlarıdırlar.
Biznes prosesi
Biznes prosesi daxili və xarici müştərilər üçün xüsusi məhsul yaratmaq məqsədi güdən əlaqəli işlər və ya tapşırıqlar qrupudur. İşlərin qrafiki təsviri üçün biznes proseslərin blok-sxemləri istifadə olunur. == Ümumi baxış == Biznes proseslərinin üç tipi var (Avqust-Uilhel Şeer və Mark von Rosinqə istinadən) İdarəetmə prosesləri: sistemin fəaliyyətini idarə edən proseslər. Səciyyəvi idarəetmə proseslərinə "korporativ idarəetmə" və "strateji idarəetmə" aiddir. Əməliyyat prosesləri: biznesin özəyini təşkil edən və əsas dəyər axınını yaradan proseslər. Məsələn, müştəridən sifarişlər almaq və bank filialında hesab açmaq. Dəstəkləyən prosesləri: əsas prosesləri dəstəkləyir. Misal olaraq Sağlamlıq və Təhlükəsizlik, maliyyə, komplektləşdirmə, çağrı mərkəzi, texniki dəstəyi göstərmək olar. Biznes prosesi misiya məqsədilə başlayır və biznes məqsədinin əldə olunması ilə başa çatır. Proses yönümlü təşkilatlar struktur bölmələri arasında baryerləri aradan qaldırır və funksional siloslardan yayınmağa çalışırlar.
Distribusiya (biznes)
Distribusiya (lat. distributio «bölgü, paylanma») — mal satışının təşkili, malların paylama şəbəkəsi boyunca paylanması. Distribusiya material axınının müxtəlif alıcılar arasında bölüşdürülməsi prosesində həyata keçirilən bir -biri ilə əlaqəli funksiyalar kompleksidir. Beləliklə, paylama logistikası və ya fiziki paylama, məhsulların alınması, sifarişin alındığı vaxta qədər saxlanılması və müştəriyə növbəti çatdırılması ilə əlaqəli bir fəaliyyətdir. Marketinq qarışığının digər üç elementi məhsul, qiymətləndirmə və irəliləyişdir (ing. promotion). Distribusiya kanalı — istehsalçıdan istehlakçıya gedərkən müəyyən bir məhsulun və ya xidmətin mülkiyyətini başqasına təhvil verən və ya başqasına verməyə kömək edən firma və ya fərdlərin toplusu. == Distribusiya kanalının parametrləri == 1. Paylama kanalının səviyyəsi, məhsulun istehsalçıdan son istehlakçıya köçürülməsi işini təmin edən bir vasitəçidir. Sıfır səviyyəli paylama kanalı: istehsalçı → istehlakçı Birinci dərəcəli paylama kanalı: istehsalçı → pərakəndə vasitəçi → istehlakçı İkinci dərəcəli paylama kanalı: istehsalçı → topdan vasitəçi → pərakəndə vasitəçi → istehlakçı Üçüncü dərəcəli paylama kanalı: istehsalçı → topdan vasitəçi → kiçik topdan vasitəçi → pərakəndə vasitəçi → istehlakçı 2.
Elektron biznes
Elektron biznes və ya e-biznes (en. Electronic business, ru. e-бизнес) — elektron ticarətlə müqayisədə daha geniş anlayış olub, İnternetdə öz veb-saytına, virtual mağazaya, təşkilatın idarıetmə sisteminə, elektron reklamdan istifadəyə, marketinqə, "biznes-biznes" (B2B) və "biznes-istehlakçı" (B2C) modellərinə malikdir. Elektron-biznes mal və xidmətlərin elektron ticarətini özündə birləşdirir. Elektron biznes mal və xidmətlərin reklamını və hərəkətini, məhsulun bazardakı rəqabətədavamlılığının öyrənilməsini, sifarişin qəbulunu, malın daşınması və çatdırılmasını, istehsalçı və istehlakçı arasında hesablaşmaların həyata keçirilməsini yerləşmə məkanından asılı olmayaraq İnternet şəbəkəsi vasitəsilə həyata keçirir. == Yaranma səbəbi və xüsusiyyətləri == İnformasiya texnologiyaları və sistemlərinin sürətlə inkişafı, şəbəkə texnologiyalarının geniş tətbiqi yeni sahə olan elektron-biznes sahəsinin yaranmasına səbə olmuşdur. Elektron-biznes sahəsi özlüyündə adi biznes sahəsinə aid olan bütün sahələri demək olar ki, əhatə edir. Bu baxımdan artıq fiziki və informasiya məhsullarının satışının, bank, maliyyə, kredit əməliyyatlarının geniş spektrdə elektronlaşdırılması həyata keçirilir. Beləliklə, elektron-biznes əslində ənənəvi biznes proseslərin yeni informasiya texnologiyaları və sistemlərinin, şəbəkə texnologiyalarının. Onların vasitə və imkanlarının aparılması ilə həyata keçirilən prosesdir.
Məhsul (biznes)
'Marketinqdə məhsul' — bazara təqdim edilə bilən və istehlakçıların ehtiyaclarını ödəyəcək bir məhsul və ya xidmət. Məhsullar maddi və qeyri-maddi olaraq bölünür. Sonunculara səyahət agentliyi xidmətləri və ya iş mühasibatı kimi xidmətlər daxildir. Bazarda olan bütün məhsullar təmiz mallardan təmiz xidmətlərə qədər dəyişə bilər. Təmiz xidmətlər, bir məhsulun əldə edilməsini müşayiət edən bütün fayda və satınalmaların əhəmiyyətli bir hissəsi hesab olunur, buna görə də xidmətin inkişafı və əlaqədar rəqabət işin vacib bir hissəsinə çevrilir. Bir məhsul maddi və ya qeyri -maddi olaraq təsnif edilə bilər. Maddi bir məhsul, bina, nəqliyyat vasitəsi, qadjet və ya geyim kimi toxunmaqla qəbul edilə bilən fiziki bir obyektdir. Qeyri-maddi məhsul, sığorta polisi kimi yalnız dolayı yolla qəbul edilə bilən bir məhsuldur. Xidmətlər geniş şəkildə dayanıqlı və ya qısamüddətli ola biləcək qeyri-maddi məhsullar kimi təsnif edilə bilər. Sears, Roebuck və Company onlayn məhsul kataloqlarında məhsullarını "şöbələr" olaraq təsnif edir və sonra məhsullarını funksiyası və ya markası ilə potensial müştərilərə təqdim edir.
Şou-biznes
Şou-biznes (ing. Show business) — əyləncə sahəsində kommersiya fəaliyyəti, əyləncə sənayesi. Aşağıdakılar "şou-biznes" sayılır : audio və video məhsullar buraxan şirkətlər; əyləncə sahəsində çalışan artist və bəzi idmançılar; maliyyə gəliri əldə etməyə üstünlük verən kino, teatr, musiqi, televiziya sahələri.
Biznes logistika
Biznes logistikası — Biznes logistikasının təriflərindən biri "doğru məhsulun lazımi miqdarda və lazımi yerdə, lazımi qiymətə və lazımi vəziyyətdə düzgün müştəriyə çatdırılmasından" danışır. Biznes logistikası bütün sənaye sektorlarını özündə birləşdirir və layihənin həyat dövrlərinin, tədarük zəncirlərinin və nəticədə əldə edilən səmərəliliyin nəticəsini idarə etməyi hədəfləyir. Biznes logistikası termini 1960-cı illərdən başlayaraq getdikcə qloballaşan təchizat zəncirində müəssisələrin materiallarla təchiz edilməsi və məhsulların göndərilməsinin mürəkkəbliyi səbəbindən inkişaf etmişdir və bu, təchizat zənciri logistikası adlanan mütəxəssislərin çağırılmasına səbəb olmuşdur. Biznesdə logistikanın mənşə nöqtəsindən istehlak nöqtəsinə qədər materialların axını və saxlanmasını əhatə edən daxili fokus (daxil olan logistika) və ya xarici fokus ola bilər (bax. təchizat zəncirinin idarə edilməsi). İxtisaslı logistikanın əsas funksiyalarına inventarların idarə edilməsi, satınalma, daşınma, anbar, məsləhət və bu fəaliyyətlərin təşkili və planlaşdırılması daxildir. Logistlər təşkilatdakı resursları əlaqələndirmək üçün bu funksiyaların hər biri üzrə peşəkar bilikləri birləşdirirlər. Logistikanın iki əsas fərqli forması var: biri nəqliyyat əlaqələri və saxlama qovşaqları şəbəkəsi vasitəsilə davamlı material axınını optimallaşdırır, digəri isə hansısa layihəni həyata keçirmək üçün resursların ardıcıllığını əlaqələndirir (məsələn, anbarın yenidən qurulması). == Paylayıcı şəbəkənin qovşaqları == Distribyutor şəbəkəsi istehlakçı və ya sənaye mallarını istehsalçılardan istifadəçiyə çatdırmaq üçün bir neçə vasitəçi tələb edir. Vasitəçilər paylama zamanı məhsulların xərclərini qeyd edərdilər, lakin istehsalçılara nisbətən daha az nəqliyyat xərcləri təmin etməklə istifadəçilərə fayda verirlər.
Biznes turizm
Biznes turizm — həmçinin korporativ turizm (ing. corporate travel) — müxtəlif şirkətlərin işçiləri üçün işgüzar səfərlərin (işgüzar səfərlərin, ing. leisure travel) təşkili və idarə edilməsini təmin edən turizm sənayesinin sahəsi (rekreasiya turizmi ilə yanaşı, ing. business trips). Korporativ tədbirlər və görüşlər sferası — MICE (ing. Meetings, Incentives, Conferences, Exhibitions) həm də işgüzar turizmlə birbaşa bağlıdır. == Xüsusiyyətləri == Ümumi turizmlə müqayisədə biznes turizmi müxtəlif motivlər və biznes aspektləri tərəfindən qoyulan seçim azadlığına əlavə məhdudiyyətlərlə əhalinin daha kiçik bir hissəsinə çatır. İşgüzar turizm istiqamətləri daha çox biznes məqsədləri üçün əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş ərazilərə çevrilir (şəhərlər, sənaye rayonları və s.). Orta biznes turisti orta turistdən daha zəngindir və daha çox pul xərcləməsi gözlənilir. Biznes turizmi əsas və ikinci dərəcəli fəaliyyət növlərinə bölünə bilər.
MAU Biznes Məktəbi
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
Mərkəzi biznes rayonu
Mərkəzi biznes rayonu, qısa MBR – şəhərin maliyyə və ticarət mərkəzi. Biznes rayonu adətən çoxlu ofis və pərakəndə satış binalarından təşkil olunur. MBR-ların forması və növü demək olar ki, həmişə yaxından şəhərin tarixini əks etdirir. MBR-ların adətən çox kiçik əhalisi olur.
Naxçıvan Biznes Mərkəzi
Naxçıvan Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yaradılan, müxtəlif istehsal və xidmət sahələri üzrə biznesə yeni başlayan sahibkarlara hərtərəfli köməklik göstərilməsi, cari məsələlərin həlli üçün vacib tədbirlərin keçirilməsi və muxtar respublikada istehsal olunan yerli məhsulları sərgilənməsi üçün nəzərdə tutulmuş müəssisədir. Hələ 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir. 2013-cü ildən isə mərkəz öz fəaliyyətini bu məqsəd üçün yeni inşa edilmiş binada davam etdirməkdədir. Biznes Mərkəzi kimi burada müasir tələblərə uyğun bütün şərait yaradılmışdır. Əsas missiyası sahibkarlara xidmət, biznesin inkşafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsi olan Naxçıvan Biznes Mərkəzində ötən dövr ərzində yaddaqalan tədbirlər keçirilmişdir. Mərkəzin ümumi sahəsi 2000 kvadratmetrdir. Binanın birinci mərtəbəsində muxtar respublikada istehsal olunan yerli məhsulların sərgiləndiyi geniş sərgi, 200 nəfərlik konfrans zalı, ikinci mərtəbədə 100 nəfərlik konfrans zalı və 200 nəfər iştirakçı üçün sinxron tərcümə dəsti, hər iki zalda təqdimatlar keçirmək üçün elektron lövhələr və sürətli internet vardır. Mərkəzdəki sərgi ilə tanış olmaq üçün gələn ziyarətçilərə ingilis və rus dillərində də danışa bilən ixtisaslı kadrlar xidmət göstərirlər. Naxçıvan Biznes Mərkəzində hər il naxçıvanlı sahibkarların iştirakı ilə müxtəlif tədbirlər keçirilir. 2015-ci ildə mərkəzdə Türkiyə Respublikası Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndələrinin və İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun naxçıvanlı iş adamları ilə keçirdiyi görüşləri keçirilmişdir.
Parus (biznes mərkəzi)
Yelkən biznes mərkəzi — Ukraynanın Kiyev şəhərində yerləşən 33 mərtəbəli "A" sinifli ofis mərkəzi. Göydələn, Ukraynada 2010-cu ilə qədər ən yüksək ofis binası hesab edilirdi. Hal-hazırda "Klovskiy" və "Qulliver" dən sonra Kiyevdə yerləşən üçüncü ən hündür binadır. Tikinti 2004-cü ildə başladı, rəsmi açılış isə 4 aprel 2007-ci ildə baş tutdu. 2003-cü ildə göydələn, "Elsburq Plaza" adı ilə irəli sürüldü. Lakin sonradan binanın yelkənlə oxşarlığına görə binaya "Yelkən" adı verilir. 2002-ci ildə ortaya çıxan ilk layihələrə neoklassik üslubda bir göydələnin əsası üçün təmin edilmişdir. Qalıq memarlıq məsələsi binanın içərisində daha müasir bir üsluba sahib idi. Tikinti 2004-cü ildə başlamış və ən yeni tikinti materialları və texnologiyalarının köməyi ilə həyata keçirilmişdir. 13 fevral 2006-cı ildə binanın dəmir-beton çərçivəsi tamamilə hazır idi.
Stroyarska Biznes Mərkəzi
Stroyarska Biznes Mərkəzi — Xorvatiyanın mərkəzi Zaqrebdə kommersiya və yaşayış mərkəzi. Xorvatiyanın paytaxtı Zaqrebdə yerləşən Stroyarska Biznes Mərkəzinin 6 binası var. Bu binalardan ikisi yaşayış binasıdır. Mərkəzdə iki göydələn var. Əsas bina olan B binasının 25 mərtəbəsi var və 315 fit, yəni 96 metr hündürlükdədir. Bu bina Xorvatiyada ən hündür yaşayış binasıdır. Kompeks VMD ərazisi adlandırılır. Bütün binalar tamtəmirlidir. 25 mərtəbəli göydələnin məskunlaşdırılması 2014-cü ildə başa çatıb. Stojarska Biznes Mərkəzinin 850 avtomobil üçün nəzərdə tutulan 4 təbəqəli yeraltı qarajı var.
Uorton Biznes Məktəbi
Uorton Biznes Məktəbi (ing. Wharton Business School) — Pensilvaniya Universitetinin biznes idarəçiliyi təhsili verən təhsil müəssisəsidir. 1881-ci ildə Cozef Uortonun ianəsi ilə yaradılan Uorton Məktəbi dünyanın ən qədim biznes məktəbidir.
Avropa Biznes Assembleyası
Avropa Biznes Assembleyası — The Times qəzetinin "saxta mükafatlar" adlandırdığı şöhrətpərəstlik mükafatları satan təşkilat. "Beynəlxalq Sokrat Mükafatı" və "Kraliça Viktoriya Xatirə Medalı"nın da daxil olduğu mükafatlar Oksford Universiteti ilə əlaqəli deyil və ya təsdiqlənmir. "Qalib" 10.000 avronu keçdiyi bildirilən məbləği ödədikdən sonra mükafat Londondakı Oksford Bələdiyyə Binası və Direktorlar İnstitutu kimi yerlərdə keçirilən mərasimdə təqdim olunur. Assambleyanın keçmiş nümayəndəsinin "pulunu ödəmisənsə alırsan" dediyi bildirilir. == Zəmin == Assembleya 2000-ci ildə ukraynalı iş adamı Anton Savvov tərəfindən təsis edilib və şirkətin direktoru olan Oksford Brookes Universitetinin keçmiş tələbəsi oğlu İvan Savvovla birlikdə Oksford və Ukraynadan idarə edir. Assembleya özünü "Oksford institutu" kimi reklam edir, lakin Oksford Universiteti ilə birbaşa və ya dolayı yolla heç bir əlaqəsi yoxdur. == Fəaliyyətlər == Assembleya müxtəlif "mükafatlar", "akademik birlik" və "almanax" təklif edir. Mükafatlar Oksford Town Hall və Londondakı Direktorlar İnstitutu da daxil olmaqla, trubaçılar, çantalar, yürüşlər və dövr geyimləri daxil olmaqla mərasimlə təqdim olunur. Mükafatları tez-tez Oksford Bruks Universitetinin keçmiş müəllimi, vaxtilə İvan Savvova dərs deyən Con Nettinq təqdim edir. Qaliblər mükafatlar və mərasimlərdə iştirak üçün pul ödəyirlər.
Harvard Biznes Məktəbi
Harvard Biznes Məktəbi — Massaçusets ştatının Boston şəhərindəki özəl tədqiqat universiteti olan Harvard Universitetinin magistr biznes məktəbi. O, biznes kitabları, liderlik məqalələri, nümunə araşdırmaları və aylıq akademik biznes jurnalı olan Harvard Business Review-i nəşr edən Harvard Business Publishing-in sahibidir. Burada həm də məktəbin əsas kitabxanası olan Baker Kitabxanası/Bloomberg Mərkəzi yerləşir. == Tarixi == Məktəb 1908-ci ildə yaradılmışdır. İlkin olaraq humanitar fakültə tərəfindən yaradılmış, 1910-cu ildə müstəqil status almış və 1913-cü ildə ayrıca inzibati vahidə çevrilmişdir. İlk dekan tarixçi Edvin Frensis Qey (1867-1946) olmuşdur.
Vorton Biznes Məktəbi
Uorton Biznes Məktəbi (ing. Wharton Business School) — Pensilvaniya Universitetinin biznes idarəçiliyi təhsili verən təhsil müəssisəsidir. 1881-ci ildə Cozef Uortonun ianəsi ilə yaradılan Uorton Məktəbi dünyanın ən qədim biznes məktəbidir.