Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zökəm
Zökəm və ya tumov, Burun selikli qişasının iltihabıdır. Xəstəlik iki formada keçir: xroniki və kəskin. Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik zökəm isə burun dəliyinin birində keçir. Xəstəlik burunda qaşınma, yanğı, quruluq, asqırma ilə başlayır. Hərarət 38-39 dərəcə qalxır, ümumi zəiflik, başağrısı, üşütmə əlamətləri baş verir. Burunla nəfəsalma çətinləşir.
Öksən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ölkəm
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans. Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi. Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur.
Əkrəm
Əkrəm — ad. Əkrəm Əylisli — nasir, dramaturq, tərcüməçi Əkrəm Cəfər — dilçi. Əkrəm Zeynallı — azərbaycanlı diplomat. Əkrəm ibn Əbu əl-Əkrəm — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əkrəm Poladov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018) Əkrəm Əlican — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əkrəm Abdullayev — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Komə
Kümə — İranın İsfahan ostanının Səmirüm şəhristanının Padina bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,305 nəfər və 551 ailədən ibarət idi.
Krem
Krem — tam yağlı süddən yağ hissəsinin ayrılması nəticəsində əldə edilən süd məhsuludur. Kərə yağı, xama, dondurma istehsalı üçün istifadə olunur, təzə istehlak olunur. == Krem istehsalı == Ayırıcıların ixtirasından əvvəl, çökmüş südün altda bir kranla xüsusi qablara boşaldılması ilə krem ​​əldə edilmişdir və buna görə ona "krem" adı verilmişdir. Ümumiyyətlə, qaymaq və xama yalnız istehsal üsulu ilə fərqlənən çökmüş südün üst təbəqəsidir. Qədim Slavlar müasir Ukrayna dilində də olduğu kimi ona "Vershki" deyirdilər. Süd sənayesi müəssisələrində krem, süd plazmasından daha yüngül süd yağından topları ayıran santrafujlu ayırıcılarda təzə inək südündən ​​istehsal olunur. Süd ilkin olaraq kiçik çirklərdən təmizlənir və qızdırılır. Ayrılma 40–45 °C temperaturda aparılır. Ayrılmış kremin yağ tərkibi tamburun fırlanma sürəti ilə tənzimlənə bilər, məhsulun son yağ tərkibi tam və ya yağsız süd əlavə edilərək standartlaşdırılır. Sonra krem ​​homogenləşdirilir və 85–88 °C-də 10–15 dəqiqə pasterizə edilir, 4–6 °C-yə qədər soyudulur və tökülür.
Ödəm
Şiş (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Şiş uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. Şiş yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. Yerli şişdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda şiş toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların şişinə nümunələr: Periferik şiş — (ayaqların şişi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Kösəm Sultan
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır. Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi.
Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osman. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Okkam ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Okten-1
Okten-1 – kimyəvi formulu C8H16 olan alkenlərin homoloji sırasının doymamış karbohidrogenidir. Okten-1 alfa-olefinlərə aiddir. Bir ikiqat rabitəyə malikdir. Normal şəraitdə okten rəngsiz, kəskin xoşagəlməz iyli mayedir. Doymamış karbohidrogenlər kimi okten-1 yüksək reaksiyaya girmə xüsusiyyətinə qabildir. Bir çox doymamış karbohidrogenlər kimi okten-1 üçün də polimerləşmə reaksiyaları xarakterikdir. Okten-1 əsasən, neftin katalitik və ya termiki krekinqi zamanı əlavə məhsul kimi doymuş karbohidrogenlərdən əmələ gəlir. Алкены (рус.) // Википедия. - 2017-09-15. Непредельные углеводороды (рус.) // Википедия.- 2017-01-04.
Yeppe Okyer
Yeppe Okyer (dan. Jeppe Aakjær; 10 sentyabr 1866[…], Oker[d], Mərkəzi Yutlandiya[d] – 22 aprel 1930[…]) — Danimarka yazıçısı və şairi. Yeppe Okyer 10 sentyabr 1866-cı ildə Danimarkanın Yutlandiya vilayətində, ifrat kasıb bir ailədə anadan olmuşdur. Onun uşaqlıq illəri çətin şəraitdə keçmişdir. Okyer öz əsərlərində həm vətən sevgisini, həm də ictimai məsələlərə sədaqətini özündə cəmləşdirmişdir. O, ən önəmlisi "Vredens børn, et tyendes saga" (1941) olan romanlarında kənd təsərrüfatı əməkçilərinin adından danışmışdır. Okyer bədii maraqdan daha çox polemikaya diqqət yetirdiyi bu tip əsərlərlə yanaşı, daha ahəngdar və sakit atmoserə malik şeirlər də yazmışdır. Buna "Rugens sange" (1906) əsərini nümunə çəkmək olar. Kəndlinin oğlu (Bondens Søn, 1899) Qəzəbin uşaqları, bir muzdurun saqası (Vredens børn, et tyendes saga, 1904) Əmək sevinci (1914) Vətənimin saqası (1921) Açıq sahədə (Fri felt, 1905) Çovdar mahnıları (Rugens sange, 1906) Qara torpaq və filiz (1909) Yay və çəmən (1910) Axşam ulduzu altında (1927) xatirələr kitabı (4 cilddə, 1928–1934) «Окьер Йеппе». БСЭ, 3-е издание.
Ölkəm (mahnı)
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans. Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi. Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur.
Ömər Əkrəm
Ömər Əkrəm- Əslən Əfqanıstanlı olan Amerikalı Qremmi mükafatına layiq görülmüş pionuçu və bəstəkardır. Əkrəm Nyu-Yorkda anadan olub. Birləşmiş Millətlər Təşkilatı diplomatının oğlu kimi dünyanın müxtəlif ölkələrinə səyahət edərək böyüyüb.
Ötkəm İsgəndər
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev.
Özlem Yılmaz
Özlem Yılmaz (17 iyul 1986, İstanbul), Türk kino və teleserial aktyoru. Əslən Rizəli olan Özlem Yılmaz İstanbulda doğulub və böyüyüb. Özlem Yılmaz ilk təhsilini "Kartaltepe İlköğretim Okulu"nda keçirib və ilk təhsildən sonra kollecdə oxumağa başlayıb. Aktyor "Kültür Kolleci"ndə təhsilini davam etdirmişdir.
Özləm Conker
Özləm Conker — Türkiyə aktrisası.
Özləm Türeci
Özləm Türeci (6 mart 1967-ci il, Lastrup, Almaniya) — türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri. Türeci 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir. 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru idi. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur. 1967-ci ildə Almaniyanın Lastrup şəhərində İstanbuldan gələn mühacir bir ailənin övladı olaraq anadan olub. Rizə ilinin, Fındıqlı kökənli atası, Katolik xəstəxanasında cərrah olaraq işləyirdi. Atasının çalışdığı xəstəxanada tibb bacısı rahibələrə heyranlıq duyan Türeci, çox mədəni bir mühitdə böyüyür. Reportajlarının birində özünü "Prussiya türkü" kimi xarakterizə edir.
Əkrəm Əlican
Əli Əkrəm Əlican (1916, Adapazarı – 18 iyun 2000, İstanbul) — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əli Əkrəm Əlican 1916-cı ildə Ada bazarında Qafqazdan üçüncü nəsil çərkəz mühacir Yusif Əfəndi və Əminə xanımın ailəsində anadan olub. Onun Fuad və İsmayıl Haqqı adlı iki böyük qardaşı var idi. 1930-cu ildə Ada bazarında orta məktəbi bitirdikdən sonra İstanbul Nişantaşı Şişli Tərəkki Liseyinə internat tələbəsi olaraq daxil olub. 1934-cü ildə Əkrəm Əlican orta məktəbi bitirib və Mekteb-i Mülkiye adlı ali təhsil müəssisəsinə daxil olaraq burada maliyyə üzrə təhsil alıb. Bu Universitetin İstanbulda olmasına baxmayaraq, 1936-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi adı ilə Ankaraya köçüb. O, 1937-ci ildə ali təhsilini başa vurub və Maliyyə Nazirliyi tərəfindən təqaüdlə London İqtisadiyyat Məktəbinə göndərilib. İkinci Dünya Müharibəsinin başlaması səbəbindən o, bir il yarım vaxtdan sonra vətəninə qayıtmalı olub. O, 1946-cı il mayın 29-da öz şəhərinin 18 yaşlı gənc qızı Naciye Gülərlə nişanlanıb və cütlük 9 may 1947-ci ildə evlənib. Bu evlilikdən onların Əminə Nilüfər (1948-ci il təvəllüdlü), Canan (1951-ci il təvəllüdlü) və oğlu Yusif (1958-ci il təvəllüdlü) adlı üç övladları doğulub.
Vilyam Okkam
Vilyam Okkam və ya Uilyam Okkam (ən tezi 1287 və ən geci 1288 – 9 aprel 1349, Münxen, Bavariya hersoqluğu[d]) — məntiq alimi, filosof və ilahiyyatçı. Vilyam Okkam 1285-ci ildə (AD) Londonun cənubundakı Surreydə (İngiltərə) Okkam kəndində anadan olmuşdur. O, çox güman ki, Skotun rəqsinin tələbəsi idi. Okkam bir müddət Parisdə dərs deyirdi və kilsə ilə hökumət arasında davam edən mübarizədə millətçiliyin tərəfdarı oldu və nəticədə kilsə ondan narazı qaldı və Bavariya hökmdarına sığınmağa məcbur oldu. Uilyam Okkam XIV əsrin ən məşhur filosof idi, əslində sxolastik fəlsəfə dövrü Okkamla bitir. O İngiltərədə doğulub, Oksford universitetində oxuyub və dərs demişdir, fransiskanlar ordeninə daxil olub, papalığa qarşı mübarizədə fəal iştirak etmişdir. 1324-cü ildə bidətçilikdə ittiham edilir və Avinyonda həbsə alınır, sonradan Münhenə qaçmış, orada 1349-cu ildə vəbadan ölmüşdür. O dövləti papanın nüfuzundan müdafiə etmişdir. Filosof olaraq o, belə hesab edirdi ki, teologiya (ilahiyyat) elm deyil, fəlsəfə və həqiqi elmlər dinin təsirindən azad olmalıdır. Bilik inamdan ayrılmalıdır.
Özlem Conker
Özləm Conker — Türkiyə aktrisası.
Ölsəm... bağışla
Ölsəm… bağışla — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film. Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.
Oktet qaydası
Oktet qaydası (oktet nəzəriyyəsi) — kovalent kimyəvi rabitələrin əmələ gəlməsinin səbəblərini izah etmək üçün G. N.Lyuis tərəfindən təklif edilmişdir. Bu qaydaya görə, molekullar əmələ gəldikdə, atomlar valentlik elektronlarını cüt-cüt paylaşaraq nəcib qazların elektron konfiqurasiyasına bənzər 8 elektron valentlik qabığına nail olmaq ehtiyacını ödəyirlər. Lyuisin bu fundamental kəşfi əhəmiyyətinə görə Elementlərin Dövri Qanunu və üzvi birləşmələrin quruluş nəzəriyyəsi kimi kəşflərlə eyni səviyyədədir. Oktet qaydasının yalnız məhdud sayda hallarda mövcud olduğuna dair geniş yayılmış inam, Elementlərin Dövri Qanununun universal olmadığı iddiası qədər yanlışdır. Oktet qaydasına "uyğunsuzluğun" bütün nümunələrini aşağıdakı üç qrupa bölmək olar: thumb Molekulu əmələ gətirən atomların valentlik elektronlarının cəmi təkdir. Buna misal olaraq, azot oksidi NO molekulunu göstərmək olar. Bu zaman azot atomunun (5) və oksigenin (6) valentlik elektronlarının cəmi 11-dir, ona görə də bu molekulda oksigen atomu səkkiz elektron qabığa çatır, azot atomu isə çatmır. Bu halda hər iki atomun səkkiz elektron qabığa çatması ilkin olaraq qeyri-mümkündür. Azot atomunun elektron qabığını doldurmaq istəyi bu molekulun kimyəvi reaktivliyini izah edir. Molekul üçmərkəzli rabitələr hesabına əmələ gəlir, məsələn, KI3.
Əkrəm Cəmilpaşa
Əkrəm Cəmilpaşa (kürd. اکرم جهمیل پاشا, Ekrem Cemîl Paşa; türk. Ekrem Cemilpaşa) və ya Əkrəm Cəmilpaşazadə (türk. Ekrem Cemilpaşazade; 22 fevral 1891, Diyarbəkir – 31 dekabr 1974, Dəməşq) — kürd siyasətçisi və zabiti. Əkrəm Cəmilpaşa 22 fevral 1891-ci ildə Osmanlı imperiyasının tərkibində olan Diyarbəkirdə mühüm kürd ailələrindən olan Cəmilpaşazadə ailəsinin nümayəndəsi Qasım bəy və çərkəzəsilli Xeyriyyə xanımın ailəsində anadan olmuşdur. Əkrəm Cəmilpaşa Diyarbəkirdə yerləşən hərbi məktəbdə təhsil almış və təhsilini İstanbulda davam etdirmişdir. Cəmilpaşa 1913-cü ildən atası tərəfindən göndərildiyi İsveçrədə riyaziyyat təhsili almağa nail olmuşdur. Avropadan İstanbula qayıdarkən kürd tələbələr üçün "Hevî" assoasiyasını təsis etmişdir. Birinci Dünya müharibəsi başlayan zaman Əkrəm Cəmilpaşa Osmanlı imperiyasını müdafiə etməyə çağırılmışdır. Çanaqqala cəbhəsində artilleriya sahəsində xidmət etdikdən sonra Qafqaz cəbhəsinə göndərilmiş və orada yaralanmışdır.
Əkrəm Aslanov
Əkrəm Əhməd oğlu Aslanov (10 sentyabr 1954, Zaqatala rayonu – 4 avqust 2024, Gəncə) — fizika-riyaziyyat elmləri namizədi == Həyatı == 10 sentyabr 1954-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. 1971–76-cı illərdə ADU-nun Fizika fakültəsində təhsil almışdır. 1976–78 – Şamaxı Astrofizika Rəsədxanası – kiçik elmi işçi kimi çalışmışdır. 1977–90-cı illərdə M. Lomonosov adına Moskva Dövlət Universiteti yanında P. Şternberq adına Dövlət Astrofizika İnstitutunda boyük elmi işçiyə qədər yüksəlmişdir. 1983-cü ildə "İfrat böyük kütləli qoşa ulduzların təkamülünün son mərhələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-cı ildən Gəncə Dövlət Universitetində çalışıb. 1990–1995-ci illərdə GDU-nun UTF və Riyazi analiz kafedralarında müəllim, 1995–2015-ci illərdə GDU-nun İnformatika kafedrasında dosent vəzifələrini tutub. 2010–2015--ci illərdə İnformatika kafedrasının müdiri olub. Yüzdən çox elmi və metodiki əsərlərin müəllifidir. 4 avqust 2024-cü ildə vəfat edib.