Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Onaqr
Onaqr (lat. Equus hemionus onager) — Qulanın yarımnövü olan at cinsindən olan təkbarmaqlı heyvan. İran və Suriyadan Hindistanın şimal-qərbinə qədər uzanan qayalı yaylalarda yaşayır. == Etimologiya == "Onaqr" sözündən gəlir (yun. όνος, onos — eşşək və αγρός, agros — tarla.). == Bioloji təsvir == Heyvanın təbiətdə hündürlüyü 1,2 m, uzunluğu isə 2 m, qulaqları eşşəkdən nəzərəçarpacaq dərəcədə qısadır. Rəngi yayda qırmızımtıl, qışda isə sarımtıl, quyruğundakı qotaz açıq qəhvəyi, ağzın ucu və gövdənin aşağı hissəsi ağdır.
Onaqra
Yağıotu (lat. Epilobium) — yağıotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Yağıotu:The Plant List saytında takson barədə məlumat.
Tüklü onaqra
Onaqa (Mortal Kombat)
Onaqa (ing. Onaga) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Əjdahalar imperatoru" ləqəbi ilə tanınan Onaqa, Şao Kanna Yeraltı dünyanı zəbt etməyə kömək etmişdi.
Sıddık Sami Onar
Sıddık Sami Onar (türk. Sıddık Sami Onar 1898, Konstantinopol – 9 avqust 1972, İstanbul) — Türkiyə hüquqşünası, inzibati hüquq üzrə mütəxəssis. Müasir Türkiyə inzibati hüququnun qurucusu, İstanbul Universitetinin ilk seçilən rektoru və universitetdə ilk inzibati muxtariyyətin müdafiəçilərindən biri idi. 1946-1963-cü illərdə İstanbul Universitetinin rektoru və müxtəlif vaxtlarda hüquq fakültəsinin dekanı vəzifəsini daşımışdır. == Həyatı == Sıddık Sami Onar 11 noyabr 1897-ci ildə İstanbulda Melepker və Abdulla Saminin ailəsində anadan olmuşdur. İlk təhsilini istnbulda almışdır. Sonradan Vefa liseyində təhsilinə davam etmişdir. Onar İstanbul Universitetinin hüquq fakültəsini bitirmişdir. Bir müddət sonra Paris Unuversitetində Hüquq Fakültəsindən məzun olmuşdur. Sıddık Sami Onar 1925-ci ildən İstanbul Ticarət Məhkəməsində hakim vəzifəsini icra etməyə başlamışdır.
Konqar-ool Ondar
Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 1962 – 25 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı. Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi. == Həyatı == Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir. Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi.
Oneqa
Oneqa — Rusiya Federasiyasında yerləşən şəhər, Arxangelsk vilayətində şəhər. == Tarixi == Oneqa rayonunun mərkəzi. Oneqa çayında liman, dəmir yolu stansiyası var. İri meşə sənayesi mərkəzidir. == Əhalisi == "Əhalisi — 22,3 min nəfər (2009). == İqtisadiyyatı == Taxta-şalban və ağaç emalı kombinatı, ağaçların növlərə ayrılması və daşınması ba-zası, hidroliz, dəmir-beton məmulatı və süd zavodları, ət kombinatı var.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Sonar
Sonar (Sound Navigation and Ranging (az: Səs naviqasiyası və dəyişmə)) səs dalğalarından istifadə edərək obyektin ölçüsünü, məsafəsini və digər məlumatlarını görməyə imkan verən cihazdır. Səsin su altında yayılması xüsusiyyətindən istifadə edərək sualtı/suüstü səyahət, xəbərləşmə və digər cisimlərin aşkarlanmasına imkan verən bir texnikadır. Sonar, İngilis dilindəki “Sound Navigation and Ranging” ifadəsinin qısaltmasıdır və səs dalğaları olan bir obyektin məsafəsi, ölçüsü və digər məlumatları haqqında məlumat almaq üçün istifadə olunan alətin adıdır. Sonar sistem əvvəlcə sualtı qayıqlar üçün istehsal edilmişdir. Suyun altında dalğaların yayılmasından istifadə edərək su altında/ üstündə gəzməyi, məsafələr aralığını hesablamağı, xəbərləşməyi və digər cisimlər haqqında məlumat əldə etməyi təmin edən bir texnikadır. Sonarı delfinlər ünsiyyət üçün, yarasalar isə istiqamətlərini tapmaq üçün istifadə edirlər. Sistem aktiv və passiv olaraq ikiyə bölünür. Passiv sonar gəmilərin səsini eşitməkdir; Aktiv sonar atış səsləri yayır və əks-sədaları dinləyir. == Tarixi == Bəzi heyvanlar (delfinlər və yarasalar) milyonlarla ildir ünsiyyət və cismin aşkarlanması üçün səslərdən istifadə etsələr də, insanın sudan istifadəsi ilk dəfə 1490-cı ildə Leonardo da Vinçi tərəfindən qeydə alınmışdır. XIX əsrdə mayakları təhlükə barədə xəbərdar etmək üçün bir köməkçi sualtı zəng istifadə edilmişdir.
Unaqi
Unaqi (ウナギ) - şirinsu ankvili, xüsusilə Yapon ankvili üçün işlədilən yapon söz. Unaqi Yaponiya mətbəxində geniş istifadə olunan məhsuldur, kabayaki kimi geniş istifadə olunur. Duzlu suda yaşayan və Yaponiyada anaqo kimi tanınan ankvillərlə səhv salınmamalıdır. == Yaponiya mətbəxi == Unaqi əsasən donburi tipli xörək olan unadon şəklində servis edilir: unaqi dilimləri düyü üzərinə qoyulur (bəzən bu xörəyə unaqidon deyilir). Unaqi piroqu adlı şirin biskvit növü də unaqidən hazırlanır. Unaqidə çoxlu protein, A vitamini və kalsium var.Yaponiyada unadon restoranları çoxdur. Çox vaxt bu restoranların önündə unaqi sözünün ilk hərfi olan "う" hiraqanası işarə olur. Şizuoka prefekturasının Hamamatsu şəhərindəki Hamana gölündə ən yüksək keyfiyyətə malik unaqilər yaşayır. Nəticədə gölün ətrafında bir çox kiçik unaqi restoranı açılmışdır. Unaqi əsasən isti yay aylarında yeyilir.
Yonqar
Yonqar emal olunan pəstahdan mexaniki emal zamanı ayrılan material hissəciyidir. Metalların kəsmə ilə emalında yonqarlar müxtəlif mərhələlərdə yaranır. Alət metala daxil olduqda birnci mərhələ də metalın əzilməsi baş verir. Bu zaman material nisbətən bərkiyir. Kəsmə zonasında təzyiq artır və yaranan gərginlik kəsmə zonasındakı toxunma gərginliyindən böyük olduqda sürüşmə baş verir. Sürüşmə müstəvisində metallın kristallik qəfəsi dağıdılır və yonqar alətin qabaq üzü üzrə sürüşür. Nəticədə materialdan fərqli olaraq müxtəlif formalı yonqarlar əmələ gəlir. Yonqar kəsmə zonasından kənarlaşdırıldıqdan sonra alət növbəti dəfə pəstaha girir və növbəti yonqar çıxarılır. Beləliklə səth hissə-hissə yonulur və emal olunur. Yonqar əmələgəlmədə temperatur ənvacib amillərdəndir.
Şonqar
Şonqar — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
Ocaq
Ocaq ya da Soba, cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən bir cihazdır.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da təndir qoyarkən yumrulanan gilə deyilir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. == Mülahizələr == Xalq arasında sadəcə «Ocaq» adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir. Kəndin çox yaşlı, hətta dünyasını dəyişmiş sakinlərinin dediyinə görə bu yerdə bir seyyidə qadın dəfn olunub və o, əvvəlcə Alar, sonralar isə Solqard kəndində yaşayan seyidlərin qohumu olmuşdur.
Bayan-Öndör
Bayan-Öndör (monq. Баян-Өндөр) — Monqolustanın Uverxanqay aymakında yerləşən sumdur. Aymakın paytaxtından 120 kilometr məsafədə, Bumbat qəsəbəsinin mərkəzində yerləşmişdir. Əhalisi 5100 nəfərə bərabərdir. Ulan-Batordan 303 km məsafədə yerləşmişdir.. == Təsviri == === Relyefi === Sumun səth sahəsi çoxlu kələ-kötürlüklə zəngindir. Sumda çoxsaylı dağarası şoran çökəkliklərə rast gəlmək olar. Bu da sum üçün xarakterik əlamətlərdən biridir. === İqlimi === Kəskin-kontinental iqlimə malikdir. Yanvarda orta temperaturu - 15°-25°С, iyulda - +14°+20°С bərabərdir.
Conqar boğazı
Çonqar boğazı - ukr. Чонгарська протока, krımtat. Çonğar boğazı (Krım yarımadasını materikdən) Çonqar yarımadasını Tyop-Cankoy yarımadasından (Ukrayna) ayırır. Azov dənizinin akvatoriyasına daxil olan Sivaş körfəzinin şərqi ilə qərbini birləşdirir. Uzunluğu 300 m, eni 80–150 m, dərinliyi 3 m təşkil edir. Boğaz vətəndaş müharibəsinin və İkinci Dünya müharibəsinin qanli döyüşlərinə şahidlik etmişdir. Boğaz üzərində iki avtomobil körpüsü vardır. Cənub hissədə yerləşən köhnə körpü istifadəsizdir.
Conqar yarımadası
Çonqar yarımadası (ukr. Чонгар, Чонгарський півострів) — Azov dənizinə daxil olan Sivaş körfəzinin şimalında yerləşən yarımada. İnzibati cəhətdən Xerson vilayəti Qeniçek rayonu ərazisinə daxildir. Çonqar boğazı ilə birlikdə Siaş yarımadasını iki yerə ayırır. Çonqar yarımadası çox saylı damba və körpülərlə Krım yarımadasına birləşir. Yarımadada eyni adlı kənd yerləşir. == Hərbi əhəmiyyəti == Çonqar yarımadası Or bərzəxi və Arabat əqrəbi ilə birlikdə Krımın materikə birləşməsi baxımından böyük əhəmiyyət daşıyır. İstər Rusiya vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi dönəmində burada şiddətli döyüşlər getmişdir.. Burada general Vrangelin rəhbərliyi və fransız mühəndislərin iştirakı ilə Çonqar güçləndirilmiş müdafiə xətti qurulmuşdur. 2014-cü ilin fevral-dekabr ayları Ukraynaya məxsus PPX yaxınlığı və Çonqar kəndidə daxil olmaqla Rusiya ordusunun nəzarətində olmuşdur.
Donqar (dəqiqləşdirmə)
Donqarlar — trachichthyiformes dəstəsinə aid heyvan fəsiləsi. Donqar (musiqi) — qədim Azərbaycan simli musiqi aləti.
Donqar (musiqi)
Donqar — mizrabla çalınan qədim Azərbaycan simli musiqi aləti. == Tarixçə == Donqardan XIX əsrin I yarısında geniş istifadə edilib. Rus rəssamı Q. Q. Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) Azərbaycanı da gəzmiş və bir sıra qiymətli əsərlər yaratmış. O, "Şamaxı rəqqasələri" adlı tablosunda bir sıra Azərbaycan çalğı alətləri ilə yanaşı, donqarı da təsvir edir. Bu tablo hazırda Sankt-Peterburqda şəhərinin Rus Dövlət Muzeyində qorunur. Nə yazıq ki, alət sonralar unudulub. Ancaq onu asanlıqla bərpa edib peşəkar alətə çevirmək olar. == Söz açımı == "Donqar" sözü Azərbaycan türkcəsində insan və ya heyvan bədənində çıxıntıya deyilir. Çanağında yöndəmsiz çıxıntı olduğuna görə alət belə adlandırılıb.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
Hüseyn Ronaği
Hüseyn Ronaği - İran azərbaycanlılarından olan, İranda 2009-cu il prezident seçkilərindən sonra başlanan etirazlar zamanı həbs edilən bloqer və siyasi dissdentdir. O, Babək Xürrəmidin ləqəbi ilə məqalələr yazmışdır. == Həbsi == O, 2009-cu ilin dekabr ayının 13-də hökumətin internet qdağasını pozduğu üçün qardaşı Həsən ilə birlikdə həbs edilmişdir. Hüseyn Ronaği ürək və böyrək problemlərindən əziyyət çəkir. Həbsxanadakı gözətçilər ona tibbi yardım göstərilməsinə icazə verilməmişdi. Buna etiraz olaraq, Hüseyn aclıq aksiyası keçirmişdir. Qardaşı azaqlıda buraxılsa da, Hüseyn Evin həbsxanasında saxlanılmışdır. Ondan televiziyada üzr istəmək və günahını etiraz etmək tələb olunmuşdur. Bunu rədd etdikdən sonra isə, oktyabr ayının 3-də i 15 illik həbs cəzasına məhkum edilmişdir.Həbsdə olarkən 4 dəfə böyrək əməliyyatı keçirmişdir. 100-ə qədər həbsxana yoldaşı dövlət orqanlarına məktub yazaraq.