Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Onaqr
Onaqr (lat. Equus hemionus onager) — Qulanın yarımnövü olan at cinsindən olan təkbarmaqlı heyvan. İran və Suriyadan Hindistanın şimal-qərbinə qədər uzanan qayalı yaylalarda yaşayır. "Onaqr" sözündən gəlir (yun. όνος, onos — eşşək və αγρός, agros — tarla.). Heyvanın təbiətdə hündürlüyü 1,2 m, uzunluğu isə 2 m, qulaqları eşşəkdən nəzərəçarpacaq dərəcədə qısadır. Rəngi yayda qırmızımtıl, qışda isə sarımtıl, quyruğundakı qotaz açıq qəhvəyi, ağzın ucu və gövdənin aşağı hissəsi ağdır.
Onaqra
Yağıotu (lat. Epilobium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinə aid bitki cinsi.
Tüklü onaqra
Onaqa (Mortal Kombat)
Onaqa (ing. Onaga) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Əjdahalar imperatoru" ləqəbi ilə tanınan Onaqa, Şao Kanna Yeraltı dünyanı zəbt etməyə kömək etmişdi.
Sıddık Sami Onar
Sıddık Sami Onar (türk. Sıddık Sami Onar 1898, Konstantinopol – 9 avqust 1972, İstanbul) — Türkiyə hüquqşünası, inzibati hüquq üzrə mütəxəssis. Müasir Türkiyə inzibati hüququnun qurucusu, İstanbul Universitetinin ilk seçilən rektoru və universitetdə ilk inzibati muxtariyyətin müdafiəçilərindən biri idi. 1946–1963-cü illərdə İstanbul Universitetinin rektoru və müxtəlif vaxtlarda hüquq fakültəsinin dekanı vəzifəsini daşımışdır. Sıddık Sami Onar 11 noyabr 1897-ci ildə İstanbulda Melepker və Abdulla Saminin ailəsində anadan olmuşdur. İlk təhsilini istnbulda almışdır. Sonradan Vefa liseyində təhsilinə davam etmişdir. Onar İstanbul Universitetinin hüquq fakültəsini bitirmişdir. Bir müddət sonra Paris Unuversitetində Hüquq Fakültəsindən məzun olmuşdur. Sıddık Sami Onar 1925-ci ildən İstanbul Ticarət Məhkəməsində hakim vəzifəsini icra etməyə başlamışdır.
Konqar-ool Ondar
Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 1962 – 25 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı. Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi. == Həyatı == Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir. Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi.
Oneqa
Oneqa — Rusiya Federasiyasında yerləşən şəhər, Arxangelsk vilayətində şəhər. Oneqa rayonunun mərkəzi. Oneqa çayında liman, dəmir yolu stansiyası var. İri meşə sənayesi mərkəzidir. "Əhalisi — 22,3 min nəfər (2009). Taxta-şalban və ağaç emalı kombinatı, ağaçların növlərə ayrılması və daşınması ba-zası, hidroliz, dəmir-beton məmulatı və süd zavodları, ət kombinatı var.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Sonar
Sonar (Sound Navigation and Ranging (az: Səs naviqasiyası və dəyişmə)) səs dalğalarından istifadə edərək obyektin ölçüsünü, məsafəsini və digər məlumatlarını görməyə imkan verən cihazdır. Səsin su altında yayılması xüsusiyyətindən istifadə edərək sualtı/suüstü səyahət, xəbərləşmə və digər cisimlərin aşkarlanmasına imkan verən bir texnikadır. Sonar, İngilis dilindəki “Sound Navigation and Ranging” ifadəsinin qısaltmasıdır və səs dalğaları olan bir obyektin məsafəsi, ölçüsü və digər məlumatları haqqında məlumat almaq üçün istifadə olunan alətin adıdır. Sonar sistem əvvəlcə sualtı qayıqlar üçün istehsal edilmişdir. Suyun altında dalğaların yayılmasından istifadə edərək su altında/ üstündə gəzməyi, məsafələr aralığını hesablamağı, xəbərləşməyi və digər cisimlər haqqında məlumat əldə etməyi təmin edən bir texnikadır. Sonarı delfinlər ünsiyyət üçün, yarasalar isə istiqamətlərini tapmaq üçün istifadə edirlər. Sistem aktiv və passiv olaraq ikiyə bölünür. Passiv sonar gəmilərin səsini eşitməkdir; Aktiv sonar atış səsləri yayır və əks-sədaları dinləyir. Bəzi heyvanlar (delfinlər və yarasalar) milyonlarla ildir ünsiyyət və cismin aşkarlanması üçün səslərdən istifadə etsələr də, insanın sudan istifadəsi ilk dəfə 1490-cı ildə Leonardo da Vinçi tərəfindən qeydə alınmışdır. XIX əsrdə mayakları təhlükə barədə xəbərdar etmək üçün bir köməkçi sualtı zəng istifadə edilmişdir.
Unaqi
Unaqi (ウナギ) - şirinsu ankvili, xüsusilə Yapon ankvili üçün işlədilən yapon söz. Unaqi Yaponiya mətbəxində geniş istifadə olunan məhsuldur, kabayaki kimi geniş istifadə olunur. Duzlu suda yaşayan və Yaponiyada anaqo kimi tanınan ankvillərlə səhv salınmamalıdır. Unaqi əsasən donburi tipli xörək olan unadon şəklində servis edilir: unaqi dilimləri düyü üzərinə qoyulur (bəzən bu xörəyə unaqidon deyilir). Unaqi piroqu adlı şirin biskvit növü də unaqidən hazırlanır. Unaqidə çoxlu protein, A vitamini və kalsium var. Yaponiyada unadon restoranları çoxdur. Çox vaxt bu restoranların önündə unaqi sözünün ilk hərfi olan "う" hiraqanası işarə olur. Şizuoka prefekturasının Hamamatsu şəhərindəki Hamana gölündə ən yüksək keyfiyyətə malik unaqilər yaşayır. Nəticədə gölün ətrafında bir çox kiçik unaqi restoranı açılmışdır.
Yonqar
Yonqar emal olunan pəstahdan mexaniki emal zamanı ayrılan material hissəciyidir. Metalların kəsmə ilə emalında yonqarlar müxtəlif mərhələlərdə yaranır. Alət metala daxil olduqda birnci mərhələ də metalın əzilməsi baş verir. Bu zaman material nisbətən bərkiyir. Kəsmə zonasında təzyiq artır və yaranan gərginlik kəsmə zonasındakı toxunma gərginliyindən böyük olduqda sürüşmə baş verir. Sürüşmə müstəvisində metallın kristallik qəfəsi dağıdılır və yonqar alətin qabaq üzü üzrə sürüşür. Nəticədə materialdan fərqli olaraq müxtəlif formalı yonqarlar əmələ gəlir. Yonqar kəsmə zonasından kənarlaşdırıldıqdan sonra alət növbəti dəfə pəstaha girir və növbəti yonqar çıxarılır. Beləliklə səth hissə-hissə yonulur və emal olunur. Yonqar əmələgəlmədə temperatur ənvacib amillərdəndir.
Şonqar
Şonqar — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır.
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
Ocaq
Ocaq və ya soba — cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən cihaz.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
Enqr
Jan Ogüst Dominik Enqr (fr. Jean Auguste Dominique Ingres; 29 avqust 1780[…], Montoban[d][…] – 14 yanvar 1867[…], Paris[…]) — fransız rəssamı. XIX əsr Avropa akademizminin görkəmli nümayəndələrindən biri. == Həyatı == Fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr 1780-ci ilin avqustun 29-da Fransada anadan olub. Onun atası bir çox uğurlu peşəyə sahib olub: daşyonma, miniatür rəssam, heykəltaraş, dekorativ bənna və bir də həvəskar musiqiçi. İlk rəsm və musiqi təhsilini atasından alan gənc Enqri özünün ilk tanınmış rəsm əsərini 1789-cu ildə antik tökmə gipslə yaratmışdır. 1786-cı ildə o, yerli məktəbdə təhsilini davam etdirmiş, lakin 1791-ci ildə Fransa İnqilabının baş verməsi təhsilinə son qoymuş və məktəb bağlanmışdır. Təhsilinın yarımçıq qalması Enqri üçün həmişə təhlükə mənbəyi olaraq qalmışdır. 1791-ci ildə atası Joseph Enqri oğlunu Tuluza şəhərinə aparır. Tuluzda onu Royale de Peinture Akademiyasının heykəltaraş və memarlıq sinfinə qəbul etdirir.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
Hüseyn Ronaği
Hüseyn Ronaği - İran azərbaycanlılarından olan, İranda 2009-cu il prezident seçkilərindən sonra başlanan etirazlar zamanı həbs edilən bloqer və siyasi dissdentdir. O, Babək Xürrəmidin ləqəbi ilə məqalələr yazmışdır. == Həbsi == O, 2009-cu ilin dekabr ayının 13-də hökumətin internet qdağasını pozduğu üçün qardaşı Həsən ilə birlikdə həbs edilmişdir. Hüseyn Ronaği ürək və böyrək problemlərindən əziyyət çəkir. Həbsxanadakı gözətçilər ona tibbi yardım göstərilməsinə icazə verilməmişdi. Buna etiraz olaraq, Hüseyn aclıq aksiyası keçirmişdir. Qardaşı azaqlıda buraxılsa da, Hüseyn Evin həbsxanasında saxlanılmışdır. Ondan televiziyada üzr istəmək və günahını etiraz etmək tələb olunmuşdur. Bunu rədd etdikdən sonra isə, oktyabr ayının 3-də i 15 illik həbs cəzasına məhkum edilmişdir. Həbsdə olarkən 4 dəfə böyrək əməliyyatı keçirmişdir.
Lanqr (rayon)
Lanqr (fr. Langres) — Fransanın Şampan-Arden regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Marna. Suprefektura — Lanqr. Rayon əhalisi 2006-cı ildə 46 150 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 21 nəf / km². Rayon sahəsi — 2163 km².
Lars Onsager
Lars Onsager (27 noyabr 1903[…], Kristianiya[d] – 5 oktyabr 1976[…]) — ABŞ fiziki və kimyaçısı. O, 1968-ci ildə "Nobel" mükafatına layiq görülmüşdür. == Həyatı == Lars Onsager 27 noyabr 1903-cü ildə Norveçdə anadan olmuşdur. O, milliyətçi norveçlidir. Onsager 1928-ci ildən ABŞ-də yaşayır. Onun əsas tədqiqatları dönməyən proseslərin, faza keçidlərinin və elektrolitlərin nəzəriyyələrinə aiddir. Onsager elektrikkeçirmə tənliyini vermiş, kinetik əmsalların simmetriya prinsipini kəşf etmişdir. Sonuncu Onsager teoremi adlanır. O həmçinin, ifrat axıcı heliumun kvant burulğanları nəzəriyyəsini təklif etmişdir. == İstinadlar == == Xarici keçidlər == Lars Onsager papers (MS 794).
MirAğaBalım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini — mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar. Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə "Xan" ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də.
Məryəmin otağı
Məryəmin otağı (ing. Mary's Room) — Frenk Ceksonun "Epifenomenal Qualia" (1982) əsərində təklif etdiyi və "Məryəmin bilmədiyi şeylər"də (1986) genişləndirilmiş idrak fəlsəfəsində düşüncə təcrübəsi. Bu təcrübə fizikalizmə, kainatdakı hadisələrin, o cümlədən zehninin sırf fiziki təbiətə malik olması fikrinə qarşı bir arqumentdir. F. Ceksonun düşüncə təcrübəsi tamamilə yeni ideya deyildi, oxşar arqumentlər XVIII əsrin ortalarından etibarən ifadə edilmiş və müzakirə edilmişdir. Con Lokk əməliyyatdan sonra anadangəlmə kor olanlar tərəfindən əşyaların ilkin vizual qavranılmasının təbiəti haqqında sensasiyalı epistemologiya məsələsini qaldırdı ki, bu da təcrübə ilə təsdiqləndi. Beləliklə, Çarli Brod 1925-ci ildəki işində qeyri-məhdud riyazi və məntiqi qabiliyyətlərə malik olan və maddələrin atom quruluşunu birbaşa müşahidə edə biləcək bir baş mələk təsəvvür etməyi təklif etdi. Belə bir baş mələk hər hansı bir maddənin kimyəvi xassələrini proqnozlaşdıra bilərdi: məsələn, ammonyakın suda həll olunan rəngsiz qaz olduğunu proqnozlaşdıra bilərdi. Ancaq Broda görə, o, qoxusunun burundakı reseptorlara necə təsir edəcəyini və insan beynində hansı neyronların iştirak edəcəyini bilsə belə, insan üçün necə olacağını təxmin edə bilməyəcək. Təcrübə 1982-ci ildə The Philosophical Quarterly jurnalında "Epifenomenal Qualia" məqaləsində dərc edilmişdir. Bu məqalədə F. Cekson oxucunu alim, rəng tədqiqatçısı Məryəm ilə tanış etməyi təklif edir.
Oneqa (dəqiqləşdirmə)
Oneqa