Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Opasnıe adaları
Opasnıe — Şimal Torpağının cənub-qərbində yerləşən, iki adadan ibarət olan adalar qrupu. Sahillərini Şimal Buzlu okeana daxil olan Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə dazildir (Rusiya). Yaxınlığında yerləşən adalar: Bolşevik (42 km şərqdə), Oktyabr İnqilabı (50 km şimalda), Krasnoflotskie adaları (23 km şimal-şərqdə). Arxipelaq iki elədə böyük olmayan iki adadan ibarətdir — Vostoçnıy adası və Zapadnıy adası. Onlar arasında məsafə 1,4 km təşkil edir. Hər iki ada dairəvi formaya malikdir. Diametrləri 200–250 m arasıbda dəyişir. Ən hündür nöqtəsi 14 metrdir (Vostoçnıy adası). Bir hissəsi buzla örtülüdür.