Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panakeya
Panakeya və ya Panaseya (yun. Πανάκεια — "əlac", "dəva-dərman") — yunan mifologiyasında Asklepin qızı, eyni zamanda Apollonun nəvəsi. Higeya və İasonun bacısı, dava dərman, əlac ilahəsi. Dərman bitkilərlə müalicə ilə məşğul olurmuş.
Makaley Kalkin
Makaley Kalkin (ing. Macaulay Culkin; 26 avqust 1980, Nyu-York, ABŞ) — amerikalı aktyor. 1990-cı illərin ən uğurlu uşaq aktyorlarından biri hesab olunur. Kalkin evdə tək filmlərində (1990 və 1992) canlandırdığı Kevin Makkalister obrazı ilə şöhrət qazanmışdır. İlk filmə görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. O, 2021-ci ildə "Amerikan qorxu hekayəsi" teleserialının onuncu mövsümünə çəkilmişdir. Makaleyin aktyor olan iki qardaşı var: Kiran və Rori. == Həyatı == Tam adı Makaley Karson Kalkin olan aktyor 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib. Anası Patrisiya Bantrap telefon operatoru idi, atası Kit Kalkin isə əyalət aktyoru olub. Bir müddət sonra oğlunun meneceri kimi çalışıb.
Paşabəy (Həştrud)
Paşabəy (fars. پاشابيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (64 ailə).
Akakiy Vasadze
Vasadze Akaki Alekseyeviç (gürc. ვასაძე, აკაკი; 1899 — 1978) — sovet gürcü aktyorudur, teatr rejissoru, pedaqoq. SSRİ-in Xalq artisti (1936) üç dəfə Stalin mükafatı (1942, 1946, 1951)laureatı. == Tərcümeyi-hal == 1899-cu il 25 iyulda Kutaisidə (hal-hazırkı Gürcüstanda) doğuldu. 1909 — 1918 ci illərdə Kutaisi zadəgan gimnaziyasında oxudu. 1917 — 1918 ci illərdə Kutaisi teatrında rəssam-dekorator işləyirdi və eyni yerdə ilk dəfə səhnədə çıxış etməyə başladı. 1918 — 1920 ci illərdə Q. Djabadari adına Tbilisi dramatik studiyasında və eyni zamanda Tiflis universiteti nin tarix fakultəsində oxuyurdu. 1920 — 1921 ci illərdə — Tbilisi dövlət dramının aktyorudur. 1921 ci ilin Yanvar — mart aylarında Batumi də Aspindzada batalyonun əsgəri1921 ci ilin mart-avqustu Batumi şəhər teatrının aktyorudur. 1921 ci ildən 1958 ci ilə qədər — Şota Rustavelinin adına Gürcü dövlət akademik teatrının aktyordur (Tiflis) (1935 — 1942 ci illər teatrın bədii hissə müdiri , 1938— 1942 ci illər teatr direktoru, 1948 — 1955 ci illər teatrın əsas rejissoru).
Akakiy Çereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Emma Makkey
Emma Maki (ing. Emma Mackey; 4 yanvar 1996, Le-Man[d]) — fransız-britaniyalı aktrisa. "Seks tərbiyəsi" teleserialında Meyv Uayli rolunu canlandırmaqla məşhurluq qazanıb. == Həyatı == Emma Maki 4 yanvar 1996-cı ildə Fransanın Le-Man şəhərində anadan olub. Məktəb direktoru olan atası Filipp fransızdır, anası Reyçel isə britaniyalıdır. Maki Sablé-sür-Sart kommunasında böyüyüb. 2013-cü ildə Nantes Kollecində Yüksək Fəxri diplomla bakalavr dərəcəsini almışdı, daha sonra Lids Universitetində ingilis dili və ədəbiyyatını öyrənmək üçün İngiltərəyə köçdü. Təhsilini 2016-cı ildə bitirdi. Hal hazırda Londonda yaşayır.
Alber Pahimi Padake
Alber Pahimi Padake (ərəb. ألبر بهيمي بدكي‎; fr. Albert Pahimi Padacké; 15 noyabr 1966, Pala[d]) — 26 aprel 2021-ci ildən etibarən Çadın hazırkı Baş naziri olan siyasətçi. == Həyatı == Padake 1966-cı ilin noyabrında Pala sub-prefekturasının Quin şəhərində anadan olub. Ncamena Universitetini fəxri diplomla bitirmişdir. == Fəaliyyəti == 1997-ci ilin noyabr ayında işinə məsuliyyətsiz yanaşmasına görə Prezident İdris Debi tərəfindən qovulanadək öncə Maliyyə Naziri, daha sonra isə Ticarət Naziri vəzifəsində çalışıb. Pahimi Padake 8 noyabr 2001-ci ildə hökumətdə Mədənlər, Enerji və Neft Naziri təyin edilməmiş dən öncə 2001-ci ilin fevralınadək Maliyyə üzrə dövlət katibi idi. 2001-ci ilin avqustunda ehtiyat nazir təyin edildi və bu vəzifəni 2002-ci ilin iyun ayına qədər tutdu. Pahimi Padake 2002-ci ilin mayında parlament seçkilərində Mayo-Dallah departamentində Pala seçki dairəsində Çad Demokratiya Uğrunda Milli Hərəkat namizədi olaraq Milli Məclisə seçildi. 2002-ci ilin iyunundan 2005-ci ilin avqustunadək Mərkəzi Afrika İqtisadi və Valyuta Birliyinin üzvü oldu.