Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panisea
Coelogyne (lat. Coelogyne) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Panisea yunnanensis
Panisea bilamellata
Coelogyne bilamellata (lat. Coelogyne bilamellata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü. Panisea bilamellata (Lindl.) Rchb.f.
Panakeya
Panakeya və ya Panaseya (yun. Πανάκεια — "əlac", "dəva-dərman") — yunan mifologiyasında Asklepin qızı, eyni zamanda Apollonun nəvəsi. Higeya və İasonun bacısı, dava dərman, əlac ilahəsi. Dərman bitkilərlə müalicə ilə məşğul olurmuş.
Panossa
Panossa (fr. Panossas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38294. Kommunanın 1999-cu il üçün əhalisi 498 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 223 ilə 390 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 30 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Patabea
Ixora (lat. Ixora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Manabea
Aegiphila (lat. Aegiphila) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Amerina DC. ex Meisn. Brueckea Klotzsch & H.Karst. Manabea Aubl. Omphalococca Willd.
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir. Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Digitaria panicea
Digitaria sanguinalis (lat. Digitaria sanguinalis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin barmaqotu cinsinə aid bitki növü. == Sinonimləri == Asperella digitaria Lam. Cynodon praecox (Walter) Roem. & Schult. Dactilon sanguinale (L.) Vill. Digitaria aegyptiaca Willd. Digitaria aegyptiaca subsp. caucasica (Henrard) Tzvelev Digitaria australis Willd. ex Trin.
Heracleum panaces
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Kibernetik yanaşma
Kibernetik yanaşma – kibernetik yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir məqsədyönlü davranış idarəetmə kimi nəzərdən keçirilir. Geniş, kibernetik mənada idarəetmə – süni obyektlər və canlı orqanizmlərin idarə olunması haqqında müxtəlif elmlərdə toplanmış metod və üsulların ümumiləşdirilməsidir. İdarəetmə dedikdə mühitin, idarəetmənin obyekti adlandırılan bir hissəsinə məqsədyönlü təsirin təşkili prosesi başa düşülür. Bu proses zamanı obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbatları ödənilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Nauli Canaşia
Nauli Canaşia (gürc. ნაული ჯანაშია; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü. 1 mart 1947-ci ildə anadan olmuşdur. 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur. 17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.
Panagia Ekatontapiliani
Panagia Ekatontapiliani (sözbəsöz tərcümədə 100 qapılı kilsə deməkdir) və ya Panagia Katapoliani — Yunanıstanın Paros adasında yerləşən Parikiya şəhərindəki tarixi bizans kilsə kompleksi. Kilsə kompleksində, iki ibadətgah və xaç şəklində olan baptisteriya ilə əhatə olunmuş əsas ibadətgah yerləşir. Kilsə adının mənşəyi bəlli deyil, çünki onun yüz qapı və ya darvazası yoxdur. Bir nəzəriyyə əsasən bu "Katapoliani" ("Aşağı Şəhər kilsəsi") adının təhrif olunduğuna görədir, çünki o, Parikia şəhərinin aşağı hissəsinin dəniz sahilində yerləşir. Kilsə 326-cı ilə aid edilir. Ehtimal var ki, onun qədim xüsusiyyətləri, xristianlığın 391-ci ildə Roma İmperiyasının dövlət dini olaraq qəbul edilməsindən öncəki dövrə aid olunur. Kilsə, Roma imperatoru Böyük Konstantinin (hakimiyyət illəri 306–337) anası müqəddəs Yelena tərəfindən qurulduğu iddia olunur. Yelena bunu Müqəddəs Torpaqlara zəvvarlığı əsnasında, adada bir ibadətgahda ibadət etmək üçün dayandığı zaman etmişdir. Həmçinin, ərazidə sonradan aparılan tikinti işləri I Yustiniana bağlayırlar. Ərazi 18-ci əsrdə baş verən zəlzələ nəticəsində çox zərər gördü, lakin tədricən bərpa edildi.
Panavia Tornado
Panavia Tornado İtaliya, Böyük Britaniya və Almaniya tərəfindən birgə istehsal olunmuş iki mühərrikli, çoxməqsədli qırıcıdır. Tornado qırıcısının üç əsas variantı var: Tornado IDS döyüşçü-bombardmançı, Tornado ECR düşmənin hava hücumundan müdafiə sistemlərini üstələmək məqsədli radioelektron mübarizə və kəşfiyyat, Tornado ADV tutucu (interceptor) variantı. İlk uçuşunu 14 avqust 1974-cü ildə həyata keçirmiş, 1979-1980-ci illərdə silahlanmaya qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı bu döyüş təyyarəsinin üç istehsalçı ölkədən başqa yeganə ixracatçısıdır. Tornado qırıcıları indiyə qədər müxtəlif döyüş ərazilərində istifadə edilmiş, Bosniya, Kosovo, Suriya, İraq, Əfqanıstan kimi fərqli ölkələrdə döyüş tapşırığını uğurla yerinə yetirmişdir. Almaniya: 64 ədəd IDS və 29 ədəd ECR variantı. İtaliya: 62 ədəd IDS və 16 ədəd ECR variantı. Birləşmiş Krallıq: 80 ədəd GR4/GR4A. Səudiyyə Ərəbistanı: 82 ədəd IDS variantı.
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Sistemli yanaşma
Sistemli yanaşma – mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur. Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
Xanasər (Mərənd)
Xanasər (fars. خانه سر‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (30 ailə).
Nanase Kiryu
Nanase Kiryu (d. 31 oktyabr 1989) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 16 oyun keçirib, 3 qol vurub.
Panama (dəqiqləşdirmə)
Panama — Mərkəzi Amerikada dövlət. Panama — Panamanın paytaxtı, ölkənin siyasi, inzibati və mədəni mərkəzi.
Panama (şəhər)
Panama (isp. Panamá) — Panamanın paytaxtı, əhalisi 1 063 000 nəfərdir (2000). Panama kanalının, Sakit okeana kəsişən yerində yerləşir. Panama ölkənin siyasi, inzibati və mədəni mərkəzidir. Şəhər 15 avqust 1519-cu ildə salınıb. Bütün tarixi boyu iki okean arasındaa ticarət körpüsü rolunu oynayıb. Hal-hazırda ölkənin bank mərkəzi rolunu oynayır. Panama şəhərinin şərqində, mərkəzdən 45 dəqiqəlik yolda beynəlxalq aeroport yerləşir. Şəhərdə daxili reyslər üçün ikinci aeroport da vardır. Şəhərdə avtobus və taksilər fəaliyyət göstərir.
Panama Respublikası
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Panama bayrağı
Panama bayrağı — Panamanın Dövlət bayrağı
Panama bərzəxi
Panama bərzəxi — Şimali Amerika materikini Cənubi Amerika materiki ilə birləşdirir. Şimaldan Karib dənizi və cənubdan Sakit okean suları ilə əhatələnir. Yəni bu iki coğrafi su obyektlərini ayırır. Bərzəxin formalaşması iki tavanın bir-biri ilə toqquşması nəticəsində 12–15 milyon il bundan öncə meydana gəlmişdir. Bu birləşmə nəticəsində canlılar sərbəst şəkildə şimala və cənuba doğru hərəkət etmişdir. O da bəllidir ki, Cənubi Amerikaya insanlar şimaldan məhz bu bərzəx vasitəsilə gəlmişlər. Bərzəx Panamanın ərazisində yerləşir. Mövcud əlverişli coğrafi mövqe ilə əlaqədar onun üzərində Panama kanalı çəkilmişdir. Kanalın uzunluğu 81,6 km təşkil edir. Bu kanal vasitəsilə 1000 kilometrlərlə məsafə qısalmışdır.
Panama kanalı
Panama kanalı — Panamada, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanalİnşaatı ABŞ tərəfindən tamamlanmış və kanal 15 avqust 1914-cü il açılmışdır. Sarı qızdırma, malyariya, torpaq sürüşməsi və s. səbəblərdən 27500-ə yaxın işçi inşaatda həyatını itirmişdir. Bu gün Nyu-Yorkdan San Fransiskoya gedən bir gəmi Horn Burnunu dolaşdığı təqdirdə isə 22500 km yol qət etməli olurdu. Lakin Panama kanalı vasitəsilə 9500 km üzür. Açıldığı tarixdən 2002-ci ilədək Panama kanalından 800000 (səkkiz yüz min) gəminin keçdiyi düşünülür. Panama kanalından hər il 14000-dən çox gəmi keçir və təqribən 203 milyon ton yük daşınır. Panama kanalı boyu səyahət təqribən 9 saat çəkir. Həmçinin kanalda quraşdırılmış xüsusi qaldırıcı qurğular vasitəsilə gəmilər keçilməsi çətin olan yerlərdən asanlıqla keçə bilir.Panama kanalı dünyanın ən bahalı kanalıdır. Kanal bölgəsinin sosial vəziyyəti inkişaf etmişdir.