Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parametr
Parametr — (q.yun. παραμετρέω «ölçürəm») — bir çox eyni tip elementlərin oxşarlığını müqayisə etmək üçün qəbul edilən ölçüdür.
Sahə (ölçü parametri)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. == Müəyyən edilməsi == Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür.Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Barometr
Barometr (q.yun. βάρος) – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı və metal (aneroid) Barometrlər olur. Hipsotermometrlər də Barometrlərə aiddir. Mayeli Barometrlərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir. Civəli barometr 1644-cü ildə itakyan fizik və riyaziyyatçı Evangelista Torriçelli tərəfindən kəşf edilmişdir.
Perimetr
Perimetr (yun. περίμετρον — çevrə, yaxud yun. περιμετρέο — ətrafı ölçürəm) — fiqurun sərhəddinin ümumi uzunluğu (əsasən müstəvi üzərində). Uzunluq kəmiyyətləri ilə ölçülür. Bəzən həndəsi fiqurun sərhədini də perimetr adlandırırlar. == Həndəsi fiqurların perimetr düsturları == Müxtəliftərəfli üçbucaq: a+b+c; Bərabəryanlı üçbucaq: 2a+b; Bərəbərtərəfli (düzgün) üçbucaq: 3a; Düzbucaqlı və paraleloqram: 2(a+b); Kvadrat və romb: 4a; Müxtəliftərəfli trapesiya: a+b+c+d; Bərabəryanlı trapesiya: 2a+b+c. == Nümunə == Çoxbucaqlının perimetri onun tərəfləri cəminə bərabərdir. dairənin perimetri (onun çevrəsinin uzunluğu) ;;; P = 2 π r = π d , {\displaystyle P=2\pi r=\pi d,} -yə bərabərdir, burada π {\displaystyle \pi } =3.14159… -sabit, r {\displaystyle r} — dairənin radiusu; d {\displaystyle d} — dairənin diametridir. Üçbucaqla əlaqəli düsturlarda (məsələn üçbucağın sahəsinin Heron düsturu ilə hesablanması zamanı) yarımperimetr anlayışından da istifadə edirlər.
Parametrik dövrə
Parametrik dövrə xassələri zamandan asılı olan və qeyri-stasionar sistem operatoru T(t) ilə xarakterizə olunan xətti dövrədir [1]. Belə dövrəyə dəyişən parametrli dövrə də deyilir. Parametrik dövrələrdə giriş siqnalının ugir(t) çevrilmə qanunu uçıx(t) = T(t)• ugir(t) kimidir. Parametrik dövrə termini xətti dövrənin tərkibində parametrlərindən heç olmazsa biri zaman funksiyası olan elementin olması ilə əlaqədardır. Radiotexnikada rezistiv R(t), tutum C(t) və induktiv L(t) parametrik elementlərdən istifadə olunur. Xətti və qeyri-xətti parametrik dövrələri fərqləndirirlər. Xətti parametrik dövrələrdə elementlərin parametrləri qoşulan gərginlikdən asılı olmur. Lakin reaktiv elementlərdən heç olmazsa biri zamanca dəyişir. Xətti parametrik dövrələr dəyişən əmsallı xətti diferensial tənliklərlə ifadə olunur, məsələn, d2x/dt2+a1•(dx/dt)+a0(t)•x=f(t), burada x - dövrənin elementindəki cərəyan və ya gərginlik, f(t) - xarici təsirdir. Xətti parametrik sistemin fərqləndirici xüsusiyyəti elementin parametrini idarə edən köməkçi rəqs mənbəyinin olmasıdır.
İrem Karamete
İrem Karamete (20 iyun 1993, İstanbul) — Türkiyə rapira qılıncoynatması idmançısı. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısı. 2016 Yay Olimpiya Oyunlarının iştirakçısı. == Həyatı == İrem idmançı ailəsində anadan olmuşdur, atası Mehmet Karamete, Almaniyanın qılıncoynatma komandası və 1976 və 1984 Olimpiadalarında çıxış edən həyat yoldaşı Niliyə məşqçilik etmişdir. İremin böyük bacısı Merve qılıncoynatma ilə məşğul olmuş və millinin heyətində çıxış etmişdir. İstanbulda yerləşən Özyeğin Universitetini bitirmişdir.İrem 10 yaşında qılıncoynatma ilə məşğul olmağa başladı. 2008-ci ildə beynəlxalq yarışlarda debüt etdi. 2013-cü ildən qılıncoynatma dünya çempionatlarında müntəzəm olaraq çıxış edir. 2014-cü ildə o, Türkiyə çempionu oldu. 2015 Qılıncoynatma Dünya Kubokunun mərhələlərində bir neçə mükafat qazanmışdır.