QƏFƏS

I
сущ.
1. клетка. Ağac qəfəs деревянная клетка, quş qəfəsi клетка для птиц; döş qəfəsi анат. грудная клетка
2. решётка. тех. , физ. Qəfəs generatoru генератор решёток, qəfəs parametri параметр решётки, atom qəfəsi атомная решётка, laylı qəfəs слоистая решётка, molekulyar qəfəs молекулярная решётка
3. перен. тюрьма, кутузка
4. тех. клеть (подъёмное устройство в шахте). Qəfəsləri pillələrlə yerləşən dəzgahlar станы со ступенчатым расположением клетей
II
прил.
1. клеточный. Qəfəsdə bəsləmə клеточное содержание
2. решетчатый
◊ qəfəs kimi как тюрьма, как гроб (о тесном помещении); qəfəsə salmaq сажать, посадить за решётку, заточать, заточить; лишать, лишить свободы; qəfəsdə saxlamaq держать за решёткой; qəfəsdən azad olmaq освободиться из заключения; qəfəsə düşmək попасть за решётку; qəfəsdə oturmaq сидеть за решёткой; quru qəfəs кожа да кости
QƏDTƏZƏ
QƏFƏSARASI
OBASTAN VİKİ
Qəfəs (Osmanlı)
Qəfəs — Osmanlı İmperiyası hərəmi içində taxta çıxması ehtimal edilən şahzadələrin mühafizəçilər tərəfindən davamlı olaraq ev həbsində saxlandıqları yerdir. Osmanlıda 1603-cü ildə qardaş qətli qanununun ləğvi şahzadələr üçün yeni bir dövr başladı. "Qəfəs həbsi" dövrü! Osmanlı İmperiyasında şahzadələr uzun illər qəfəs həyatı yaşamışdır.. İmperiyanın ilk dövrlərində Fateh Qanunnaməsində göstərildiyi kimi, səltənətin varlığının davam etdirilməsi üçün qardaş qətli tətbiq edilmişdir. Yeni taxta çıxan sultanın özünə gələcəkdə rəqib ola biləcək qardaşlarını bir arada öldürməsi tez-tez baş vermişdir. Ancaq bu yalanlar səbəbindən taxt-tacın varisləri azalmış və Osmanlı nəslinin tükənməsi təhlükəsi ortaya çıxmışdır. Mümkün varislərin qəfəsdə ev həbsində tutulması sistemi sülalənin sürməsinin güvənci olmuşdur. Ancaq bu dəfə də taxta keçən yeni hökmdarların xalqdan qopuq və dövlət rəhbərliyindən xəbərsiz olması problemləri baş qaldırmışdır. Sultan I Əhməd xanədan vərəsəlik sistemini dəyişdirib qardaş qətli qanununu ləğv etmiş, bunun əvəzinə əkbəriyət və əşrədiyət əsasları əsasən taxta keçilməsi və qəfəs sistemini gətirmişdir.
Tərs qəfəs
Tərs qəfəs-mücərrəd üçölçülü bir fəzada qurulmuş nöqtəvi qəfəsdir. Bunun hansı fəzada necə qurulduğunu və ümumiyyətlə nəyə yaradığını yaxşı anlamaq üçün tərs qəfəs anlayışının bərk cisimlər fizikasındakı roluna nəzər salaq. Kristallik bərk cisimlərin bütün fiziki xassələri, əsas etibarı ilə iki faktor əsasında formalaşır. Bunlardan biri bərk cismi təşkil edən atomların quruluşu, ikincisi isə bərk cisimlərin öz kristal quruluşudur. Bir bərk cismin kristal quruluşa sahib olması nəzəri problemlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Beləki bərk cismin fiziki xassəsini ifadə edən və koordinatın funksiyası olan hər bir fiziki kəmiyyət koordinatın üçölçülü periodik funksiyası olur. Bu o deməkdir ki, bir nəzəri məsələnin həlli üçün yazılacaq tənliklərin bərk cismi təşkil edən bütün atomlar üçün deyil, periodun müəyyən elədiyi oblastda yer alan atomlar üçün yazılması kifayətdir. Period isə kristal qəfəsin köçürmə simmetriyasını müəyyən edən a → 1 , a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}} vektorları ilə verilir. Bu vektorlara qəfəsin bazis vektorları və onların ədədi qiymətləri olan a , b , c {\displaystyle a,b,c} -lərə qəfəs sabitləri deyilir. Hər bir qəfəs üçün a → i {\displaystyle {\vec {a}}_{i}} vektorları üzərində qurulumuş paralepiped həmin qəfəsin elementar özəyi adlanır və onun həcmi V 0 = ( a → 1 [ a → 2 a → 3 ] ) {\displaystyle V_{0}={\Bigl (}{\vec {a}}_{1}[{\vec {a}}_{2}{\vec {a}}_{3}]{\Bigr )}} .
Qəfəs (Osmanlı imperiyası)
Qəfəs — Osmanlı İmperiyası hərəmi içində taxta çıxması ehtimal edilən şahzadələrin mühafizəçilər tərəfindən davamlı olaraq ev həbsində saxlandıqları yerdir. Osmanlıda 1603-cü ildə qardaş qətli qanununun ləğvi şahzadələr üçün yeni bir dövr başladı. "Qəfəs həbsi" dövrü! Osmanlı İmperiyasında şahzadələr uzun illər qəfəs həyatı yaşamışdır.. İmperiyanın ilk dövrlərində Fateh Qanunnaməsində göstərildiyi kimi, səltənətin varlığının davam etdirilməsi üçün qardaş qətli tətbiq edilmişdir. Yeni taxta çıxan sultanın özünə gələcəkdə rəqib ola biləcək qardaşlarını bir arada öldürməsi tez-tez baş vermişdir. Ancaq bu yalanlar səbəbindən taxt-tacın varisləri azalmış və Osmanlı nəslinin tükənməsi təhlükəsi ortaya çıxmışdır. Mümkün varislərin qəfəsdə ev həbsində tutulması sistemi sülalənin sürməsinin güvənci olmuşdur. Ancaq bu dəfə də taxta keçən yeni hökmdarların xalqdan qopuq və dövlət rəhbərliyindən xəbərsiz olması problemləri baş qaldırmışdır. Sultan I Əhməd xanədan vərəsəlik sistemini dəyişdirib qardaş qətli qanununu ləğv etmiş, bunun əvəzinə əkbəriyət və əşrədiyət əsasları əsasən taxta keçilməsi və qəfəs sistemini gətirmişdir.
Almaz qəfəsli (Faberje yumurtası)
"Almaz qəfəsli" (rus. “Алмазная сетка”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1892-ci ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Yumurta bavenit suxurundan hazırlanmışdır. Diaqonal istiqamətdə toxunulmuş qızıl qəfəsə başdan-başa brilliant daşlar düzülmüşdür. Qəfəsin diaqonal millərinin birləşdiyi yumurtanın yuxarı və aşağı qütblərində iki böyük brilliant daş yerləşir. Yumurtanın içərisi sürpriz üçün nəzərdə tutulmuş, ağ atlasla örtülmüş boşluğa malikdir. == Sürprizi == Almaz qəfəsli yumurtanın sürprizi ilk dəfə Faderje emalatxanasında hazırlanmış mexanizmli fil fiquru olmuşdur. Fiqur xüsusi açar vasitəsilə qurula bilirmiş. Filfiquru Danimarka krallığının gerbindəki fil ilə eynilik təşkil edir.
Atom kristal qəfəsi
=== Atom kristal qəfəsi === Düyünlərində bir-biri ilə kovalent rabitələr ilə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəs == Xarakteristikası == Atom qəfəsinin düyünlərində neytral atomlar yerləşir. Atomlar arasında kovalent rabitə onların valent elektronlarının qoşalaşması hesabına yaranır. Atom kristal qəfəsində atomlar da ionlar kimi fəzada müxtəlif vəziyyətdə yerləşir və nəticədə müxtəlif formalı kristallar əmələ gəlir. Kristalda kovalent rabitə sp elementləri üçün xarakterik olur. Məsələn, həm almazın, həm də qrafitin kristal qəfəsinin düyünlərində karbon atomları mövcuddur. Düyün nöqtələrində yerləşən bu atomların müxtəlif cür yerləşməsi ilə əlaqədar olaraq, almaz kristalları oktaedr, qrafit kristalları isə prizma şəkillidir. == Uyğun element və birləşmələr == Karbonun allotropik şəkildəyişmələri (almaz, qrafit, fülleren, karbin), eləcə də bəzi elementlər (silisium, germanium) atom kristal qəfəs quruluşludur. Karbonun allotropik şəkildəyişmələrinin kristal qəfəsinin tipi eyni olsa da, quruluşu fərqlidir. Atom kristal qəfəs əmələ gətirən maddələrə B, C, Si, SiC, SiO2 , qırmızı və qara fosforu misal göstərmək olar. SiC və SiO2 atom kristal qəfəsli olsalar da, atomlar arasındakı rabitə polyar kovalent rabitə ilə yaranmışdır.
Döş qəfəsi limfa axacağı
Döş qəfəsi limfa axacağı və ya torakal kanal (həmçinin sol limfa kanalı, qida kanalı kimi də tanınır) — insan anatomiyasında limfa sisteminin iki limfa kanalından daha böyüyü (digəri sağ limfa kanalıdır). Torakal kanal limfa sistemində əsas rol oynayır. Bədənin limfasının çox hissəsi bu kanal tərəfindən toplanır və sonra daxili boyun və sol körpücükaltı venalar arasında brakiosefalik vena yaxınlığında qana axır. Torakal kanal təmiz limfa deyil, həm limfa, həm də emulsiya edilmiş yağları ehtiva edən bir maye olan hilus daşıyır. O, həmçinin sağ döş qəfəsi, qol, baş və boyundan başqa (sağ limfa kanalı tərəfindən boşaldılan) limfanın çox hissəsini bədəndə toplayır. Kanalın deşilməsi zamanı maye plevra boşluğuna daxil olur. Bu mayeyə şilotoraks deyilir. == Strukturu == Yetkinlərdə döş kanalının uzunluğu adətən 38-45 sm və orta diametri təxminən 5 mm-dir. Damar adətən 12-ci torakal fəqərə (T12) səviyyəsindən başlayır və boyun kökünə qədər uzanır, sonra enir və venoz bucaqla bitir. === Mənşəyi === Torakal kanal T12 fəqərəsi səviyyəsində[3] sisterna şilinin yuxarı kənarından başlayır.
Faradey qəfəsi
Faraday qəfəsi və ya Faraday qalxanı, elektromaqnit sahələrini bloklamaq üçün istifadə olunan bir korpusdur. == Tarix == == Nümunələr == == Həmçinin bax == == Qalereya == == İstinadlar == == Xarici linklər == Faraday Cage Protects from 100,000 V :: Physikshow Uni Bonn Notes from physics lecture on Faraday cages from Michigan State University Top Gear's Richard Hammond is protected from 600,000 V by a car (a Faraday Cage).
Kristal qəfəslər
Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-ion, atom, molekul və metal kristal qəfəsi olur. == İon kristal qəfəsləri == Düyünlərində ion rabitələrlə birləşmiş müsbət və mənfi yüklü ionlar olan kristal qəfəslərinə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri duzlardır. Məsələn, natrium-xloridin {NaCl} kristal qəfəsi kub şəklindədir və onun düyünlərində müsbət yüklü natrium və mənfi yüklü xlorid ionları yerləşir. İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu və müəyyən bərklikdə olur. == Atom kristal qəfəsləri == Düyün nöqtələrində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş atomlar olan kristal qəfəsinə atom kristal qəfəsləri deyilir. Atom kristal qəfəsi olan maddələrə: ▪️ B ▪️ C (almaz, qrafit) ▪️ Si ▪️ SiO2 (kvars) ▪️ SiC ▪️ qara və qırmızı fosforu kimi maddələri misal göstərmək olar. Bu maddələrin əksəriyyəti çox bərk olur və onlar üçün yüksək ərimə temperaturu xarakterikdir. == Molekul kristal qəfəsləri == Düyün nöqtələrində molekullar olan kristal qəfəslərinə molekul kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəsi əmələ gətirir.
Qızılgüllü və qəfəsli (Faberje yumurtası)
"Qızılgüllü və qəfəsli " (rus. “” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje bu yumurtanı 1907-ci ildə çar II Nikolayın sifarişi ilə pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün hazırlamışdır.
Qəfəsabad (Əbhər)
Qəfəsabad (fars. قفس اباد‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 487 nəfər yaşayır (99 ailə).
Döş qəfəsi
Döş qəfəsi, sinə (lat. Thorax) — bədənin hissələrindən biridir. Döş sümüyü, 12 cüt qabırğa, torakal onurğa və əzələlərdən əmələ gəlir. Qabırğa qəfəsi döş qəfəsini (Cavum thoracis), həmçinin diafraqmanın əyriliyinə görə qarın boşluğunun yuxarı hissəsini ehtiva edir. Sinə içərisində və xaricində güclənən tənəffüs əzələləri quru onurğalılarında nəfəs almağı təmin edir. Sinə konus şəklindədir. Onun iki açılışı (apertures) var — yuxarı və aşağı. Üst açılış arxadan birinci torakal fəqərənin gövdəsi ilə, yan tərəfdən birinci qabırğalar, öndən isə döş sümüyünün manubriumu ilə məhdudlaşır. Ağciyərin zirvəsi onun vasitəsilə boyun nahiyəsinə, həmçinin yemək borusu, nəfəs borusu, qan damarları və sinirlərə çıxır. Aşağı açılış yuxarıdan daha böyükdür, XII torakal fəqərənin gövdəsi, XI və XII qabırğalar və qabırğa tağları, xiphoid prosesi ilə məhdudlaşır və diafraqma ilə bağlanır.

Digər lüğətlərdə