BARÓMETR

[ yun. ] Hava təzyiqini ölçmək, onun dəyişəcəyini qabaqcadan bilmək və dəniz səthinə nisbətən yerin səviyyəsini müəyyən etmək üçün cihaz.
Ruzgarın pişəzvəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına mizanülhava (barometr) deyirlər. H.Zərdabi.
Qüdrət yan divardan asılmış barometrə tez-tez baxırdı. M.Hüseyn.

// məc. Bir şeyin meyarı, göstəricisi mənasında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAROMETR BAROMETR, MİZANÜLHƏVA (arx.) Ruzgarın pişəzvəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına mizanülhəva (barometr) deyirlər (H

Etimologiya

  • BAROMETR yun. baros – ağırlıq + yun. metreo – ölçürəm
BARÓQRAF
BAROMETRİ́K
OBASTAN VİKİ
Barometr
Barometr (q.yun. βάρος) – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı və metal (aneroid) Barometrlər olur. Hipsotermometrlər də Barometrlərə aiddir. Mayeli Barometrlərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir. Civəli barometr 1644-cü ildə italyan fizik və riyaziyyatçı Evangelista Torriçelli tərəfindən kəşf edilmişdir.

Digər lüğətlərdə