Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Barqa
Barqa (it. Barga) — İtaliyanın Toskana regionunda şəhər.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Parma
Parma — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Parma Rayonu mərkəzi olan bir şəhərdir. Parmanın Etrüsk mənşəli adı antik Romalılar tərəfindən də istifadə edilmiş və Roma ordularının istifadə etdiyi yumru qalxanlar da Parma olaraq anılmışlardır. Parma şəhərinin ortasında Parma Çayı adlı bir axar su keçir. Hal-hazırda Parma şəhəri jambonu (Prosciutto di Parma), xüsusi "Parmesan" pendiri (Parmıgiano-Reggiano), şəhərin çox gözəl və dəyişik arxitekturası və şəhərin ətrafındakı çöl sahənin gözəlliyi ilə tanınmışdır. Parmadan olan Parma Universiteti Avropanın ən köhnə universitetlərindən biridir.
Parça
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Praqa
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı. 31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir.Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir.Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346-1378-ci illər) iqamətgahı olmuşdur.Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi.Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır.Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var. Geniş müasir ictimai nəqliyyat sistemi şəhəri birləşdirir. Burada Mərkəzi Avropanın ən qədim universiteti olan Praqadakı Çarlz Universiteti də daxil olmaqla bir çox dövlət və özəl məktəblər yerləşir.GaWC araşdırmalar mərkəzinə görə Praqa "Alfa-" qlobal şəhəri kimi təsnif edilir.2019-cu ildə şəhər Mercer tərəfindən dünyanın 69-cu ən yaşana bilən şəhəri seçildi.Elə həmin il PICSA İndeks şəhəri dünyanın 13-cü ən yaşana bilən şəhəri kimi qiymətləndirdi. Zəngin tarixi onu məşhur turizm məkanına çevirdi və 2017-ci ilə qədər şəhər hər il 8,5 milyondan çox beynəlxalq ziyarətçi qəbul etdi.
Qarğa
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22—23 sm, kütləsi 150—200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Sarqa
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Varqa
Varqa - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı.
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. == Coğrafiyası == Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Amaro Parqo
Amaro Rodriquez-Felipe y Tejera Maçado və ya Amaro Parqo (3 may 1678 – 4 oktyabr 1747) — İspan pirat. == Həyatı == Gəncliyində Karibdə tarlalarda işlətmək üzrə aparılan Afrikalı qul ticarəti daxil olmaqla ticarət işlərə və pirat fəaliyyətlərinə başladı. Sor María de Jesús ilə olan yaxın dostluğu səbəbiylə xeyir işləri də etməyə başladı. Amaro Parqo, məmləkəti San Kristobal de La Laqunada 4 oktyabr 1747-ci il tarixində vəfat etdi, eyni şəhərdə olan Santo Dominqo monastrına basdırıldı. Amaro Parqo, İngilis və Hollandalılara qarşı verdiyi mübarizə səbəbiylə İspaniyada milli bir qəhrəman olaraq qəbul edildi.
Ananda Marqa
Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan. Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır. Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər.
Boz qarğa
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460—735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Conyza parva
Kanada xırdaləçəyi (lat. Erigeron canadensis) — xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Conyza parva Cronquist Erigeron canadensis L. Erigeron pusillus Nutt. Leptilon canadense (L.) Britton Leptilon pusillum (Nutt.) Britton Conyza canadensis var. canadensis (L.) Cronquist Conyza canadensis var. glabrata (A. Gray) Cronquist Conyza canadensis var. pusilla (Nutt.) Cronquist Erigeron canadensis var. glabratus A. Gray Erigeron canadensis var.
Fərruxru Parsa
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda nazir olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Macropus parma
Parma vallabisi (lat. Macropus parma) — kenquru cinsinə aid heyvan növü.
Muhibbə Darqa
Muhibbə Darqa (13 iyun 1921, Konstantinopol – 6 mart 2018, İstanbul) — türk qadın arxeoloqudur. == Tərcümeyi-halı == O II Əbdülhəmid Daruqazadə Mehmet Emin bəyin nəvəsidir. O Erenköy qız lisesindən sonra o İstanbul Universitetinin arxeoloq fakültəsinin məzunu olur. 1947-ci ildə elmlər namizədi, 1965-ci ildə dosent və 1973-cü ildə isə professor olur. Qaratəpə, Gədikli və Gəyirməntəpədə yarışlarında iştirak edir. O qədim yazıların oxumasında dünyanın ən məşhur alimlərindən biri sayılır. O İstanbul Universitetində arxeologiya fakültəsində dərs deyir. Onun ən məşhur əsəri "Keçmiş Anadolu qadınları" adlı əsəri onun ən məşhur əsəridir. == Kitabları == O babası Mehmet Emin bəyin ilk türk səyyahlarından biri olub və onun gəzib gördüyü yerləri 2009-cu ildə "İstanbul'dan Asya-yı Vusta'ya Seyahat" və 2010-cu ildə isə "Kazı başkanının karavanası" adlı kitabda dərc olunur. Muhibbə darqa 6 mart 2018-ci ildə İstanbulda vəfat edib.
Nicanor Parra
Nikanor Parra Sandoval (5 sentyabr 1914[…], San Fabian[d], Çili – 23 yanvar 2018[…], La Reyna[d], Çili) — Çili yazıçısı, riyaziyyatçısı və fiziki.
Parağa rayonu
Parağa rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1925–1933-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Parağa kəndi olmuşdur. Qıvraq rayonuna 15 kənd daxil idi == Tarixi == 1925 ci ildə yaradılan Parağa rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Parağa, 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Parağa kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Parma FK
"Parma" və ya rəsmi olaraq "Parma Kalço 1913" (it. Parma Calcio 1913 — Emiliya-Romanya regionunun Parma şəhərini təmsil edən İtaliya peşəkar futbol klubu. Hazırda İtaliyanın səviyyəcə 2-ci sayılan Seriya B-də çıxış edir. 1913-cü ilin dekabr ayında "Parma Futbol Klubu" adı ilə təsis olunan klubun ev stadionu 1923-cü ildən 27,906 yer tutumu olan Ennio Tardini stadionudur, hansına ki çox vaxtı qısa olaraq İl Tardini deyilir. Kalisto Tantsi tərəfindən maliyyələşdirilən klub 1992-2002-ci illər arasında səkkiz kubok qazandı, bu dövrdə 1996-97 mövsümündə yüksək liqada ən yaxşı nəticəsi olan 2-ci yeri tuta bilmişdir. Klub üç İtaliya Kuboku, bir İtaliya Superkuboku, iki UEFA kuboklarını, bir UEFA Superkuboku və bir UEFA Kuboklar Kuboku mükafatlarının qalibidir.2003-cü ilin sonlarına baş verən Parmalat qalmaqalına görə klubun maliyyə problemləri başladı, nəticədə klubun baş şirkəti dağıldı və 2007-ci ilə qədər klub nəzarət edilən idarəetmə altında fəaliyyət göstərirdi. Klub 2015-ci ildə müflis elan edildi və Seriya D-də yenidən quruldu və 2018-ci ildə Seriya A-ya qayıtdı.
Parma vallabisi
Parma vallabisi (lat. Macropus parma) — kenquru cinsinə aid heyvan növü.
Praqa (tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Praqa Loretası
Praqa Loretası (çex. Pražská Loreta) - Çexiyanın paytaxtı Praqa şəhərinin Hradçanı rayonunun Loreta meydanının şərq hissəsində yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə eyni anda müqəddəs Məryəmin daxmasını və Loreta xəzinəsini də özündə birləşdirən Loreta monastır kompleksinin tərkibinə daxildir. Bu dini ziyarətgah İtaliyada yerləşən eyniadlı şəhərin şərəfinə adlandırılmışdır. 1626-ci ildə yarandığı ilk gündən başlayaraq, Praqa Loretası insanlar tərəfindən ziyarət olunan əsas yerlərdən birinə çevrilmişdir. Bütün bu dini kompleksin mirvarisi Casa Santa'nın (yəni Müqəddəs Evin) surəti sayılır. Əfsanəyə görə Nazaretdə yerləşən məhz bu evdə müqəddəs Məryəm yaşayırdı və XIII əsrdə mələklər bu evi İtaliyaya öz qanadlarında aparmışdılar. == Tarixi == Loreta dini kompleksin tikintisi Çexiyalı aristokrat qadın, Lobkovitzli Katerjina tərəfindən başladılmışdı. O əfsanələrə o qədər inanırdı ki, doğma Praqa şəhərində də Casa Santa'nın tikintisinə qəra verdi. Gələcək monastırın memarlıq tərtibatı Mikulovda yerləşən Müqəddəs evdən ilhamlanmışdı.
Daraq damğa
Daraq damğa — Krım xanlarından olan Gəraylar sülaləsi tərəfindən istifadə olunan dövlət simvolu. Damğa Krım tatarlarının milli bayraqlarında da təsvir edilib. == Haqqında == Krım tatar milli bayrağında da yer alan daraq damğası Krım xanlığının paytaxt şəhəri olan Baxçasarayda bəzi giriş qapıları və divarların üzərində də təsvir edilmişdir. Damğa əsasən Gəraylar sülaləsi dövründə istifadə olunub. 1917-ci ildə qurulan Krım Xalq Cümhuriyyətinin də milli bayrağında mavi fonda daraq damğası təsvir edilmişdir. 1991-ci ildə II Krım Tatar Milli Qurultayında mavi fonda sol yuxarı küncdə daraq damğası təsvir edilmiş bayraq Krım tatarlarının bayrağı kimi qəbul edilmişdir.