Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qunnar Qarfors
Qunnar Qarfors (d. 29 may 1975, Hammerfest, Norveç) — Norveçli səyyah. Qunnar Qarfors 198 ölkəni ziyarət etmiş ən gənc həvəskar-səyahətçidir. O, bütün səyahətlərini daimi işindən ayrılmadan edə bilmişdir. Belə ki, Qunnar həftə sonları və özünün ödənişli məzuniyyətləri çərçivəsində dünyanı gəzmişdir.
Pafos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. == İqlimi == Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Tayler Parkford
Tayler Parkford (ing. Tyler Parkford; 1 mart 1985, Lonq-Biç, Kaliforniya) — amerikalı musiqiçi. Los-Ancelesdə qurulmuş Mini Mansions qrupunun vokalisti və klaviatura ifaçısıdır. O, həmçinin launj pop dueti Mister Goodnite-ın üzvüdür. Parkford Arctic Monkeys və The Last Shadow Puppets qrupunun konsertlərində çıxış edir. == Həyatı == Parkford Kaliforniyanın Lonq-Biç şəhərində böyüyüb. Uşaq ikən klassik fortepiano təhsili alıb və sonra gitara çalmağı öyrənib. Santa Cruz, Kaliforniya Universitetində kino məktəbində daxil olub. Məhz orada gələcək qrup yoldaşı Zak Daues ilə tanış olmuşdur. Üçlük 2009-cu ildə Queens of the Stone Age qrupunun basçısı Maykl Şumen ilə birlikdə Mini Mansions qrupunu yaratmışdır.
Pafos (dəqiqləşdirmə)
Pafos: Pafos (yun. πάθος — hiss, emisiya) — ritorika termini. Pafos (yun. Πάφος, türk. Baf) — Kiprdə şəhər. Pafos — mifoloji personaj.
Pafos qəsri
Pafos qəsri ― Kiprdə, Pafos limanının kənarında yerləşən qəsr. Orijinal Bizans qəsri qərbdə Saranta Kolones qəsrindən 600 metr qərbdə yerləşirdi və 1222-ci ildə baş verən zəlzələ nəticəsində tamamilə dağılmışdır. İndiki qəsr limanı qorumaq üçün XIII əsrdə Kipr kralları tərəfindən tikilmiş iki qüllədən biri idi. Şərq liman qülləsi 1491-ci il zəlzələsi nəticəsində dağılsa da, dağıntıları liman divarı boyunca hələ də görülə bilər. 16-cı əsrin ortalarında liman qəsri Venesiya Respublikası tərəfindən dağıdıldı. 1592-ci ildə Osmanlılar adanı tutduqdan sonra onu bərpa etdi və möhkəmləndirdi. Qəsrin girişindəki ağ mərmər lövhə (150 × 40 sm), Kiprin Türk komandiri Əhməd Paşa (1589-1593) tərəfindən 1592-ci ildə yenidən qurulmasına işarə edir. 1878-ci ildə Pafos qəsrinin hərbi məqsədlər üçün istifadəsi dayandırıldı və ingilis dövründə duz anbarı olaraq istifadə edildi. Qəsr 1953-cü il zəlzələsində zərər gördü və təmir işləri 1969-cu ilə qədər tamamlandı. Pafos qəsri 21 iyul 1974-cü ildə Türk hava və dəniz qüvvələri tərəfindən Pafos limanının bombardmanı zamanı da zərər görsə də, ciddi ziyan görməmişdi.
Auqarten Farfor Manufakturası
Auqarten Farfor Manufakturası (alm. Porzellanmanufaktur Augarten‎) — Birinci Habsburq İmperiyasının məxsus, Vyana şəhəri ətrafında yerləşən farfor manufakturasıdır. == Tarixi == Faktiki olaraq Vyanadakı farfor manufakturası meysen manufakturasından sonra Avropada ikinci oldu. 25 may 1718-ci ildə Avstriya İmperatoru VI Karlın fərmanla 25 il ərzində imperiyada farforun istehsal etmə hüququnu Klaudius İnnosensius dyu Pakenə (Claudius Innocentius du Paquier) xüsusi imtiyazlarla verildi. Avstriya farforunun istehsalının bu dövrü "Dyu Pake dövrü" kimi məlumdur. Manufaktura paytaxtın şəhərətrafı ərazisində yerləşmişdir. Manufaktura əvvəlki yerləşməsi müasir dövrdəki küçənin adı ilə adlanırdı — Porzellangasse. "Dyu Pake dövrü"nün məmulatları barokko üslubunda hazırlanırdı. VI Karlın taxtdan enməsindən sonra hakimiyyətə Mariya Teraza (1740-1780) gəldi. Şəxsi manufaktura dövlətin xeyrinə satılmışdı və «Vyana İmperatorunun Dövlət manufakturası» adını almışdır.
Vilyam Parsons (lord Ross)
Vilyam Parsons (ing. William Parsons, 3rd Earl of Rosse; 17 iyun 1800[…], York, Yorkşir[d], Birləşmiş Krallıq – 31 oktyabr 1867) — Britaniya-irland astronomu və ictimai xadimi. Qraf Ross bir sıra reflektor teleskopların yaradıcısı kimi tanınır. Teleskoplardan ən böyüyü 1845-ci ildə tikilən, XX-ci əsrin əvvəllərinə qədər dünyanın ən böyük teleskopu olaraq qalan 72 düymlük "Leviafan" tekeskopudur. Parsons 1807-ci ildən 1841-ci ilə qədər "Baron Oksmentaun" titulunu daşıyıb. == Həyatı == Yorkda, irland zadəganı Laurens Parsonsun ailəsində anadan olmuşdur. O, Dublin Triniti Kollecində təhsil almış və Oksford Universitetinin Maqdalen kollecini 1822-ci ildə riyaziyyat üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1841-ci ildə atasının ölümündən sonra Parsons qraf titulunu almış və Offali qraflığında (İrlandiya) mülkə sahib olmuşdur. 14 aprel 1836-cı ildə Meri Feld ilə ailə qurmuşdu. Bu evlilikdə onların 13 (digər mənbələrə görə — 11) uşağı olmuşdur, lakin onlardan yalnız dördü yetkinlik yaşına qədər sağ qalmışdır: Laurens Parsons, IV-cü qraf Ross (1840–1908); Möhtərəm Randal Parsons (1848–1936); Riçard Kler Parsons (21 fevral 1851–26 yanvar 1923), Cənubi Amerikada dəmir yollarının tikintisi ilə məşğul olmaqla məşhurlaşmışdır; Ser Çarls Algernon Parsons (1854–1931), buxar turbininin ixtiraçısı kimi tanınırdi.Uilyam Parsons elm ilə yanaşı, siyasi fəaliyyətlə də məşğul olmuşdur: Britaniya Parlamentinin İcmalar Palatasının (1821–1834) və Lordlar Palatasının (1845–1867) üzvü, Dublin Universitetinin Triniti Kollecinin kansleri (1862–1867), London Kral Cəmiyyətinin prezidenti (1848–1854) olmuşdur.