Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Sultan Şahcahan
Sultan Şahcahan (5 yanvar 1592 - 22 yanvar 1666) — Hindistanda olan Babur İmperiyasının hökmdarı (1628-1658). == Həyatı == Sultan Şahcahan atası və xanlığın qurucusu Babur Şah tərəfindən Əmir Teymurun,ana tərəfindənsə Cuci Xan vasitəsilə Çingiz Xanın nəvəsidir.İllər boyunca varisi olduğu Teymur İmperatorluğunu yenidən qurmağa başlamış,bu məqsədlə də dəfələrlə Mavərənnəhrə səfərlər etmişdir.Babası Teymurun xəyallarındalı şəhər olan Səmərqəndi 3 dəfə geri almış, lakin yenidən itirmişdir.Hindistana səfərlər planlamış və sələfləri tərəfindən Hindistanən xeyli hissəsi tutulmuşdur. Şahcahanın mirzənin taxta çıxa bilməsi üçün hər şeydən əvvəl taxt-tac qovğasına başlayan qardaşlarını məğlub etməsi lazım gəlmişdi. Mübarizədə qalib gəldikdən sonra imperatorluğun parçalanmasının və bundan sonrakı taxt-tac qovğalarının qarşısını almaq üçün öz soyundan olan bütün kişiləri öldürtdü. Bundan sonra əfqan əmirlərinin üsyanlarını yatırtdı. Dövlətabad, Qolqanda, Micapur və Tibeti aldı. Avropalılar onun zamanında Hindistanla əlaqələrini daha da artırdılar. Şah Cahanın dörd oğlu vardı. Onların idarəçi kimi yetişmələri və taxta çıxmağa hazırlanmaları üçün müxtəlif bölgələrə əmir qoydu. Ancaq 1658-ci ildə Şah Cahan ağır xəstələndikdə ölməmişdən əvvəl uşaqları arasında taxt-tac çəkişməsi başladı.
Con Kallahan
Con Kevin Kallahan (23 dekabr 1953, Bruklin, Nyu-York ştatı – 28 mart 2020, Ranço-Miraj[d], Kaliforniya)- Amerikalı aktyor. Ən çox televiziyada yayımlanan Edmund Qrey obrazını canlandırdığı "All My Children" filmi ilə tanınır. == İlk illəri == Callahan 23 dekabr 1953-cü ildə Bruklin, Nyu-Yorkda anadan olmuşdur. Berklidə Kaliforniya Universitetində hüquq təhsili almışdır. == Kariyerası == Onun yer aldığı aşina istehsallar arasında, 1984-1985-ci illərdə Leo Russell obrazını canlandırdığı "General Hospital" serialı, 1986-1988-ci illərdə Erik Stavros rolunu oynadığı "Falcon Crest" tam zamanlı serialı, 1989-1991-ci illərdə Kreyq Hant rolunu oynadığı "Santa Barbara" serialı və 1992-2005-ci illərdə Edmund Qrey obrazını canlandırdığı "All My Children" serialları sayıla bilər. Callahan həmçinin 1997-ci ildə Esta TerBlanche ilə birlikdə rol aldığı "Spin City" komediya serialında, "My Life is a Soap Opera" və 2008-2010-cu illərdə "Days of Our Lives" filmlərində Edmund rolunu oynamışdır. Callahan və onun aktrisa həyat yoldaşı Eva LaRue, 1995 real vaxt televiziya istehsalı; 1997-ci ildə "Weddings of a Lifetime" ilə "Miss America Gözəllik müsabiqəsi"ni təqdim etdi. 1990-cı ildə Callahan "To Tell the Truth" televiziya şousunun remeykində görkəmli natiq kimi göründü. == Şəxsi həyatı və ölümü == Callahan ilk evliliyini 1982-ci ildə Linda Frimanla edib və 1994-cü ildə boşanıb. Onun bu evlilikdən iki oğlu var.
Alahan monastrı
Alahan — Mersin ilində, Mut ilçəsinin ətrafında böyük bir kilsə kompleksidir. == Məskunlaşma == Alahan monastırı Mersini Qaramana bağlayan əsas yolunun 2 km şərqində və Mut ilçəsinin 15 km-ə qədər şimalında yerləşir. Monastırın yolu hər mövsüm açıqdır və ana yoldan nəqliyyat vasitəsilə 10 dəqiqəlik məsafədədir. == Tarixi == İsanın həvarilərdən Tarsuslu Pavel (Sen Paul) və yenə Tarsusda yaşamış, Xristianlığın qabaqcıllarından Barnabes, 41-ci ildə Xristianlığı yaymaq üçün Anadoluya müxtəlif səfərlər etmişdilər. Bunların gəzintiləri əsnasında yerləşdikləri dərhal hər yerdə xatirələrinə məbədlər inşa edilmişdir. Lakin, o tarixdə Xristianlıq hələ rəsmi din olmadığından və ibadət gizli olduğundan məbədlərini də gözdən uzaq və gediş-gəlişin çətin olduğu yerlərdə tikilməsi nəzərdə tutulmuşdur. Alahan monastırının olduğu yerdə də belə bir məbədin inşa edildiyi aydın məsələdir. Ancaq bu günkü monastır xristianlığın rəsmi olaraq qəbul edilməsindən sonra, V əsrdə əsrdə inşa edilmişdir. Monastırı inşa etdirən adam monastırda Lahd və bir kitabəsi olan Tarasis adlı bir rahibdir. Ancak maliyyənin böyük hissəsi Bizans imperatoru tərəfindən təmin edilmişdir.
Alahan monastırı

Qafqazın parlayan ulduzu - Azərbaycan
Qafqazın parlayan ulduzu — Azərbaycan — 2015-ci ildə Macarıstanda macar dilində Azərbaycanın mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı haqqında alim Borbala Obruzanski və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu kitab. == Haqqında == "Qafqazın parlayan ulduzu-Azərbaycan" adlı kitabın müəllifləri Macarıstanın tanınmış alimi, Borbala Obruzanskinin və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovdur. Kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və digər mövzular haqqında ətraflı məlumat verilib. Kitabın elmi məsləhətçisi "Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti"nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir. Kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.