Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peyzaj
Peyzaj (fr. Paysage, pays - ölkə) ya da Mənzərə (fars. منظره‌‎)— təsviri incəsənətdə landşaftın, təbii mənzərənin rəsmi. Dənizin tabloda əks olunduğu mənzərələr isə "marina" adlanır, onu çəkənlər isə "marinist". == Azərbaycanlı peyzajistlər və əsərləri: == Səttar Bəhlulzadə (1909-1974) - "Suraxanının qədim odları" (1971), "Gülüstan" (1965), "Qızbənövşəyə gedən yol" (1953), "Göyçay" (1972), "Bilgəh" (1962), "Torpağın arzusu" (1963) və s., Bəhruz Kəngərli (1892-1922) - "Türbə" (1919), "Naxçıvan, Sınıq minarəli məscid" (1920), "Nuhun məzarı" (1921), "Naxçıvanda rus kilsəsi" (1920), "Atabəyin türbəsi" (1919) və s., Nəcəfqulu İsmayılov (1923-1990) və b.
Pəyhan
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. == Tarixi == XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Peyman Keşavarz
Peyman Keşavarzi Nəzərloo (fars. پیمان کشاورزی نظرلو‎ , 6 mart 1995-ci il təvəllüdlü) İranlı bir futbolçudur.İran pro-liqası traktor komandasının müdafiəçisi kimi çıxış edir. == Karyera == İran komandası Traktor Sazi akademiyasında başladı. 2014-cü ildə əsas komandaya yüksəldi və 1 oyun keçirdi. 5 ili Traktör, Maşın Sazi, Esteghlal Ahvaz və Göstəriş Polad ilə birlikdə İranda oynadı. 2019-cu ildə Azərbaycanın Sumqayıt komandasına qoşuldu. Peyman Keşavarz da 2020-ci ildə Səbail komandasına qoşuldu və bir il orada oynadıqdan sonra ilk komandası Traktora qayıtdı.
Peyman Keşavarzi
Peyman Keşavarzi Nəzərloo (fars. پیمان کشاورزی نظرلو‎ , 6 mart 1995-ci il təvəllüdlü) İranlı bir futbolçudur.İran pro-liqası traktor komandasının müdafiəçisi kimi çıxış edir. == Karyera == İran komandası Traktor Sazi akademiyasında başladı. 2014-cü ildə əsas komandaya yüksəldi və 1 oyun keçirdi. 5 ili Traktör, Maşın Sazi, Esteghlal Ahvaz və Göstəriş Polad ilə birlikdə İranda oynadı. 2019-cu ildə Azərbaycanın Sumqayıt komandasına qoşuldu. Peyman Keşavarz da 2020-ci ildə Səbail komandasına qoşuldu və bir il orada oynadıqdan sonra ilk komandası Traktora qayıtdı.
Peyğan (Kəleybər)
Peyğan (fars. پيغان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 785 nəfər yaşayır (178 ailə).
Sema Peyman
Sema Peyman (3 fevral 1960, İstanbul) — Türkiyə qadın rəssamı. == Həyat və karyera == Sənətçi 3 fevral 1960-cı ildə İstanbulda çox köhnə Qara dəniz ailəsinin qızı olaraq anadan olub. Peyman toxuculuq sənayesində çalışaraq, uşaqlıqdan rəssamlıqla maraq və istedadını üstələyərək, bəzi rəssamlardan aldığı xüsusi hazırlıqdan sonra, 1993-cü ildən impressionist üslubunda işləməklə peşəkar mənada rəssamlıq sənətinə keçmişdi. Sonrakı illərdə o, öz bədii karyerasını davam etdirərək, yeni əsərlər hazırlamaqda davam edən, realist üsluba keçərək Kuşadasına, İzmirə, Kappadokiyaya və İstanbula gedən rəssamların sərgilərini təşkil etdi. At, pişik, it temalı ev heyvanlarının fotoşəkilləri, sənətkarın əsərlərində tərtib etdiyi, bəzən insanların şəkillərinə diqqət çəkir. O, iş adamı və turist Rasi Peymanla evlidir və uşaqları yoxdur.
Peyman Keşavarzi Nəzərloo
Peyman Keşavarzi Nəzərloo (fars. پیمان کشاورزی نظرلو‎ , 6 mart 1995-ci il təvəllüdlü) İranlı bir futbolçudur.İran pro-liqası traktor komandasının müdafiəçisi kimi çıxış edir. == Karyera == İran komandası Traktor Sazi akademiyasında başladı. 2014-cü ildə əsas komandaya yüksəldi və 1 oyun keçirdi. 5 ili Traktör, Maşın Sazi, Esteghlal Ahvaz və Göstəriş Polad ilə birlikdə İranda oynadı. 2019-cu ildə Azərbaycanın Sumqayıt komandasına qoşuldu. Peyman Keşavarz da 2020-ci ildə Səbail komandasına qoşuldu və bir il orada oynadıqdan sonra ilk komandası Traktora qayıtdı.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. == Əhali == İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Fəzzan
Fəzzan (ərəb. فزان‎; lat. Phazania) — Liviyanı meydana gətirən üç qədim bölgədən biridir. Digər ikisi Tərabülüs və Kirenaiykadır. Mərkəzi Səbhadır. Bugünkü Liviyanın cənub-qərbində yerləşir. Bölgənin adı bəzi qaynaqlarda Fəzzan keçməkdədir. Fəzzanda qurulan ilk dövlət Fəzzan Sultanlığıdır. Bu dövlət daha sonra Misirlilərin hakimiyyətinə qirmişdilər. == Tarixi == 1551 - ci ildə Turqut Rəis, Tərabülüsi fəth edəndə Fəzzan da həqiqətən Osmanlı Dövlətinə qatılmış ve Tərabülüs Bəylərbəyliyinə bağlı Fəzzan Bayrağı qurulmuşdur.
Geylan
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Meydan
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Neysan
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Pentan
Pentanlar (q.yun. πέντε – beş) — Alkanlar sinfindən doymuş karbohidrogen. Bir molekulunda 5 karbon atomu var. 3 izomeri var: TM — Tədqiqat metodu MM — Motor metodu == Alınması == Pentan təbii qazın konsentratlarından, neftdən, karbon-oksid (CO) və hidrogenin (H2) sintezindən alınmış karbohidrogenlərdən alınır.
Pərvan
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Qəzyan
Qazyan və ya Qəzyan; Qəzyan (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Reyhan
Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. == Növləri == Adi reyhan, dirrik reyhanı, nəcib reyhan (Ocimum basilicum L.) Gözəl reyhan (Ocimum gratissimum L.) Nanəyarpaq reyhan (Ocimum menthafolium Hochst.) == Dində == "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Seycan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Şeyban
Şeyban— İranın Xuzistan ostanının Bavi şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,211 nəfər və 4,063 ailədən ibarət idi.