PEYKAN

is. [ fars. ] Əsil mənası “oxun ucundakı sivri dəmir” olub, klassik ədəbiyyatda “kirpik, (gözəlin kirpiyi)” mənasında işlənmişdir.
Əlhəzər, yay qaşın, şux peykanından; Vurar, yıxar, ötmək olmaz yanından. Q.Zakir.
Əzrayılı qanlı tutmasın anam; Məni bir kirpiyi peykan öldürür. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PEYKAN peykan bax kirpik

Etimologiya

  • PEYKAN Farscadır, “oxun ucluğu” deməkdir. Peykar “döyüş” anlamında işlədilir. Peyk (uçan) sözü ilə qohumdur
PEYK
PEYLƏMƏ
OBASTAN VİKİ
Peykanlı əməliyyatı
Peykanlı əməliyyatı - 1992-ci ildə Füzuli cəbhəsində 839 saylı kəşfiyyat batalyonunun komandiri Səməd Alyanlı (Əbilov) tərəfindən başçılıq edilən uğurlu əməliyyat. Bu əməliyyata qədər Peykanlıya üç dəfə böyük qüvvə ilə (üç batalyon) hücum olsa da, yüksəkliyi ala bilməmişdilər. Bu dəfə əməliyyatı Səməd Alyanlı öz üzərinə götürür. Hər batalyondan (839, 848, 814 və s.) 20 nəfər götürməklə 120 nəfərlik bir dəstə yaradır. Dəstənin hər bir üzvünə ayrı-ayrılıqda tapşırıq başa salınır. Dəstədə 120 nəfər canlı qüvvə, 2 ədəd BMP və 3 tank olur. Məxfiliyi saxlamaq üçün üç gün sonraya planlaşdırılan əməliyyatı Səməd Alyanlı həmin gecə reallaşdırır. Əməliyyatın birinci mərhələsində üç hissəyə bölünmüş dəstə üç istiqamətdən düşmən səngərlərinə 50 metrədək səssizcə yaxınlaşmalı idilər. Bundan sonra erməniləri təşvişə salmaq üçün dərədə yerləşdirilən texnika işə salınır. Hücum əmri verilir.

Digər lüğətlərdə

иллири́ец куга́ припря́дывание притворя́шка сру́бщик суффикса́ция тамада́ утяжеле́ние фифи́ джу́нгли ла́йка настила́ние неблагоприя́тный потерпе́ть baggies circuit breaker cryosphere dark-slide flint clay overgrazing radiography resupine time scale всепоглощающий горнолыжный