PƏRTOV
PƏRVANƏ
OBASTAN VİKİ
Pərvan
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Pərvan vilayəti

Dizac-i Pərvanə (Bünab)
Dizac-i Pərvanə (fars. ديزج پروانه‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,028 nəfər yaşayır (248 ailə).
Pərvanlı
Pərvanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zərdab rayonunun Pərvanlı kəndi Yarməmmədbağı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Pərvanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Pərvanə
Pərvanə — qadın adı; təxəllüs.
Pərvanə (Üşnəviyyə)
Pərvanə (fars. پروانه‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (36 ailə).
Pərvanə Hacıyeva
Pərvanə Hacıyeva (11 avqust 1973, Marneuli) — biokimya üzrə tanınmış alim, Mayns Universitetinin (AFR) tibb üzrə professoru. == Həyatı və elmi fəaliyyəti == Pərvanə Hacıyeva 1973-cü ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur. 1979-1988-ci illərdə Marneuli rayonunun Şulaveri orta məktəbində təhsil alır. Orta təhsilini davam etdirmək üçün o 1988-ci ildə Gəncə şəhərindəki 17 nömtəli orta məktəbə daxil olur.1989-cu ildə bu məktəbi „Gümüş medal“la başa vurur. Orta məktəbu uğurla başa vuran Pərvanə Hacıyeva 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olur. Burada o tibbi biologiya ixtisası üzrə təhsil alır. 1996-ci ildə təhsilini bu ali məktəbdə başa vurduqdan sonra o AMEA-nin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Pərvanə Hacıyeva 1998-ci ildə Florens şəhərində yerləşən „Nüvə maqnit rezonansı mərkəzi“ndə doktoranturaya daxil olur. Burada o məşhur alim Prof. Ivano Bertininin rəhbərliyi altında metallproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olur.
Pərvanə Qurbanova
Pərvanə Yaqub qızı Qurbanova — azərbaycanlı teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == 2 aprel 1965-ci ildə anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Bu illər ərzində aşağıdakı rolları oynamışdır: Maral “Maral” (Cəfər Cabbarlı) Firəngiz “Oqtay Eloğlu” (Cəfər Cabbarlı) Sevinc “Sənsiz”(Şıxəli Qurbanov) İncixanım “Atabəylər” (Nəriman Həsənzadə) Əfsanə “İtkin gəlin” (Əlibala Hacızadə) Narınc “Yandırılmış adam”(Əlibala Hacızadə) Aqasiya “Odu atma, Promitey”(M.Kərim) Nazan “Yad qız”(Orhan Kemal) Gülqönçə “Cavad xan”(Nüşabə Məmmədova) Ülviyyə “Unutmaq İstəyirəm” (Nüşabə Məmmədova) Şahnaz “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev) Gənc qadın “Qana-qan”(Bukovça) Həcər xanım “Eşq və İntiqam”(Süleyman Sani Axundov) Qadəm “Qatil”(Elçin Əfəndiyev) Firuzə “Ölüm hökmü”(Elçin Əfəndiyev) Həvva “Varlı qadın” (Elçin Əfəndiyev) Qətibə “Şeyx Nizami”(Oqtay Altunbay) Qızılgül “Balaca şahzadə”(Antuan de Sent-Ekzüperi) Şəhrəbanu “Müsyo Jordan və dərviş Məstəli şah”(Mirzə Fətəli Axundov) Pırpız Sona “Dəli yığıncağı”(Mirzə Cəlil)1990-cı ildən hal hazıra kimi Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir, və aşağıdakı rolların ifaçısıdır: “Xeyir və Şər”də Kürd qızı, “Məhəbəət əfsanəsi”ndə Şirin, “Bəhram şah”da Afaq, “Məhəbbətin qənimi”ndə Sədaqət və s. Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilmişdir. == Fəxri adlar və mükafatlar == Teatr xadimləri ittifaqının üzvüdür, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Pərvanə Zəngəzurlu
Pərvanə Zəngəzurlu (1958, Acıbac, Qafan rayonu) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. == Həyatı == Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-cü ildən Aşıq Pəri Məclisinin rəhbəridir. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb. Ailəlidir, 2 övladı var.
Pərvanə nahiyəsi
Pərvanə nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. == Tarixi == 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Pərvanə nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 69 kənd ibarət idi.
Pərvanə İbrahimova
Pərvanə İbrahimova (qızlıq soyadı: Qurbanova; tam adı: Pərvanə Yəhya qızı İbrahimova; 3 avqust 1977, Qaraçanta, Amasiya rayonu) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri (2010-cu ildən) və Beynəlxalq jurnalistika kafedrasının dosenti. 2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir. == Təhsili, elmi dərəcə və elmi adları == 1984-1994-cü illərdə Gəncə şəhəri 24 saylı orta məktəbdə oxuyub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının "Jurnalistika" ixtisası üzrə dissertantı olub. 2011-ci ildə "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb. == Əmək fəaliyyəti == 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. 2000-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
Pərvanə İsmayılova
Pərvanə Xalid qızı İsmayılova (doğ. 06 fevral 1981, Qax, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında FİDE ustası (1993). 12-14 yaş qızlar arasında SSRİ çempionu (1991). 10 yaş qızlar arasında dünya çempionu (1992). 12 yaş qızlar arasında Avropa çempionu (rapid). 1992-ci ildən etibarən 10,12,14,16 və yuxarı yaş qızlar arasında respublika çempionu. 1992-ci ildə 10 yaşlı qızlar arasında SSRİ və dünya çempionluğunu qazanıb. 1994-cü ildə Avropa birinciliyinin çempionu. == Həyatı == 1988 - ci ildə Qax şəhərindəki 2 saylı orta məktəbin 1- ci sinifinə daxil olmuş və müəyyən qədər xaricdə (Türkiyədə) təhsil aldıqdan sonra 1997- ci ildə Qax şəhər 1 saylı orta məktəbdən məzun olmuşdur. 2011- ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub 2016- cı ildə akademiyanın şahmat fakultəsini bitirmişdir.
Pərvanələrin rəqsi (serial, 2012)
Pərvanələrin rəqsi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Ailə dramı olan bu teleserialda hadisələr ər-arvad, gəlin-baldız, bir sözlə ailə münasibətləri əsasında yaradılmışdır. == Film haqqında == Bu serial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. Teleserial 82 seriyadan ibarətdir. Serialın ilk mövsümü 1 may 2012-31 iyul 2012-ci il tarixlərini əhatə etmişdir. Bu müddətdə 40 seriya yayımlanmışdır. İkinci mövsüm isə 1 oktyabr 2012-27 iyun 2013-cü il tarixlərində efirə çıxmışdır. Bu müddətdə növbəti 42 seriya nümayiş olunmuşdur. == Mükafatlar == Serial 2015-ci ildə "Ən yaxşı TV serial" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Rövşən İsax, Arzu Soltan Quruluşçu rejissor: Rövşən İsax Operatorlar: Hüccət Cəfərov, Tural Bağırov (II) Bəstəkar: Nailə Mirməmmədli İkinci rejissor: Vüqar Əmirov Səs: Samir T. Gülmalıyev, Anar Quliyev Montaj: Səbuhi Vahidoğlu Qrafik dizayn: Ayaz Qasımbəyli Aranjiman: Rabil Səfərli İcraçı prodüser: Rizvan Məmmədov Kastinq: Mehman Məmmədov Tretman qrupu: Vüqar Əmirov, Vüsalə Məmmədova, Sevinc İslamqızı, Tərminə Məmmədova, Məlahət Əhməd, İradə Məmmədova, Mehman Məmmədov İşıq: Xəzər Sultanov, Əlibala Zamanov Makiyaj: Nərgiz Nəsibova Saç ustası: Tahirə Əliyeva Mətbəx işləri: Lətifə Qüdrətova, Rəna Abdullayeva Sürücülər: Ramitdin Səfərov, Cəbrayıl Cəfərov Musiqilərindən istifadə edilən bəstəkarlar: Hikmət Mirməmmədli, Səid Rüstəmov Şeirlərindən istifadə edilən şairə: Fidan Axundova (titrlərdə yoxdur) === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.
Pərvanələrin rəqsi (teleserial, 2012)

Pərvanəoğulları bəyliyi
Pərvanəoğulları bəyliyi — Sinopda Qaradəniz sahillərində 1261-ci ildə qurulmuş Anadolu türk bəyliyi. Bəyliyin qurucusu Pərvanə Muinəddinin oğlu Muinəddin Məmməd Bəydir. Muinəddin Məmməd Bəydən sonra taxta Muinəddin Məsud Bəy çıxmışdır. Genuyalılarla ticarət əlaqələrində yaranan problemdən sonra Məsud Bəy əsir alınmış, bir müddət sonra azad edilmişdir. Məsud Bəyin oğlu Qazi Çələbi hakimiyyətdə olarkən Pərvanəoğulları bəyliyi Trapezund İmperiyası və Genuya Respublikası ilə vuruşmuşdur. Bəyliyin hakimiyyətinə 1322-ci ildə Candaroğulları bəyliyi tərəfindən son qoyulmuşdur.

Digər lüğətlərdə

конфиденциа́льность опера́торский подрейфова́ть ти́фдрук уговори́ться гобеле́новый драгметалли́ческий зиму и лето переме́нные издержки перечу́вствовать пир во время чумы́ ужа́рить хулига́нить варакоса обоюдный плагиат bethought coasting-vessel electric shock therapy laxity muscle in qualified sugaring корпулентный обеззараживание