Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pənbək nahiyəsi
Pənbək nahiyəsi — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. Adı Pəmbək dağ silsiləsi nın adındandır. == Tarixi == 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Ağcaqala livasının nahiyəsi.
Pəmbək (Pəmbək)
Pəmbək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə Qarakilsə - Allahverdi yolunun 25 kilometrliyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim iki komponentdən ibarətdir. I komponent qədim türk dilində «dar keçid» mənasında işlənən paam // baam, bom // boom və II komponent «təpəlik», «yüksəklik, zirvə, başlanğıc, hündürlük» mənasında işlənən bak (> bək) sözündən ibarətdir. «Dar keçid yanındakı təpəlik, yüksəklikdə, zirvədə olan kənd» mənasını ifadə edir. Bak (> bək) türk dilində «təpə tirələri» mənasında işlənən baku sözündən özünü göstərir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilində Pambak, Bambak formasında işlənir.
Bəndək
Bəndək - Atropatena (qədim Azərbaycan), Parfiya və Sasanilər dövlətində qullara verilən addır. Bu ölkələrdəki quldarlıq sistemi haqqında məlumat verən ilk mənbələrdən biri "Madaktani hazar datasdan"dır. Orada bəndək və anşəhrik terminləri qul anlamında işlədilmişdir. Hər üç ölkədə də əkinçilikdə qul əməyindən geniş istifadə olunurdu. Lakin artıq III əsrdən quldarlıq sistemi getdikcə zəifləyərək dağlmağa başlayır. Sasanilərin hüquq məcəlləsinə görə, bir çox əyalətlərdə, o cümlədən Azərbaycanda başqasına tabe olan və ondan asılı olan şəxsə bəndək deyilirdi. İran tarixçiləri Parfiya və Sasanilər dövrünə aid olan bəndək terminini qul kimi tərcümə edirlər. Lakin istər bəndək, istərsə də anşəhrik hüquqi nöqteyi-nəzərdən Romada olan quldan fərqlənirdi. Quldarlıqdan feodalizmə keçid dövründə azat və dastakert terminlərinə də təsadüf edilir. "Madaktani hazar datasdan"da qul əməyi ilə becərilən torpaq sahəsinə dastakart və yaxud dastakord deyilir.
Kənzək
Kənzək (fars. كنزق‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 868 nəfər yaşayır (207 ailə).
Pankek
Pankek — adətən yumurta, süd və kərə yağı olan bir nişasta əsaslı xəmirdən hazırlanan və tava kimi isti bir səthdə bişirilən, adətən yağ və ya kərə yağı ilə qızardılmış nazik və yuvarlaq bir düz tortdur.
PelleK
PelleK və ya əsl adı ilə Per Fredrik Avesli (21 dekabr 1986, Sanneford) – norveçli rok və metal ifaçısı, aktyor. PelleK YouTube-da ən çox izlənən Norveç müğənnisidir. == Həyatı və karyerası == 21 dekabr 1986-cı ildə Norveçin sahil şəhəri olan Sannefordda anadan olmuş və burada böyümüşdür. Kiçik yaşlarda Norveç kanallarında uşaqlar üçün nəzərdə tutulmuş verilişlərə çəkilmişdir. Məktəbi bitirdikdən sonra intensiv şəkildə musiqi ilə məşğul olmağa başlamış, işlərini YouTube vasitəsilə paylaşmağa qərar vermişdir.2013-cü ilin sentyabrında ABŞ və Avropa turnesinə çıxmış, 11 ölkədə 16 konsert vermişdir. PelleK 4 orijinal albom və 16 kover albomu buraxmışdır. 2014-cü ilin noyabrında YouTube-da ən çox izlənən norveçli müğənni olmuşdur. 2014-cü ilin sentyabrında ən sürətlə böyüyən 500 kanaldan biri olmuşdur.4 aprel 2015-ci ildə PelleK Square Enix şirkətinin video oyunları üçün mahnılar ifa edəcəyini açıqlamışdır. Şirkət müğənninin vokallarından "Lord of Vermillion Arena" oyununda istifadə etmişdir. Həmin il Pellek Riot Games şirkətinin "League of Legends" oyunu üçün "Heartslayer" mahnısını ifa etmişdir.2016-cı ildə "Yaradıcılar: Keçmiş" filmində Aleks Uolker personajını canlandırmışdır.
Pencər
Pencər - Azərbaycan milli mətbəxinə aid yemək. == Tərkibi: == 200 qr ispanaq, 3 baş soğan, 100 qr keşniş, 100 qr şüyüd, 100 qr göy soğan, 2 yumurta, 160 qr ərinmiş yağ, 1 stəkan qatıq, 2 diş sarımsaq. == Hazırlanma qaydası: == Göyərti təmizlənib yuyulur və doğranılır. Baş soğan doğranılıb, yağda qızardılır, üzərinə doğranmış ispanaq əlavə edilir və 0,5 stəkan su tökülür. İspanaq yarıçiy olanda qalan göyərtilər tökülüb qarışdırılır və suyu çəkiləndən sonra çalınmış yumurta vurulub bir də qarışdırılır. Yumurta bişəndən sonra oddan götürülür. Sarımsaq duzla əzilib qatığa qarışdırılır. Hazır sarımsaqlı qatıq xörəyin yanında süfrəyə verilir.
Pendik
Pendik İstanbul ilinin Anadolu yaxasında, Mərmərə dənizinə sahili olan və Kocaeli yarımadasında yerləşən bir rayondur. Cənub-şərqdən Tuzla, şərqdən Kocaelinin Gebze rayonu, şimaldan Şilə və Çəkməköy, qərbdən Kartal, Sancaktəpə və Sultanbəyli, cənubdan isə Mərmərə dənizi ilə əhatə olunub. Əhali sayına görə İstanbulun 4-cü, Anadolu Yakası isə ən sıx rayonudur. 1987-ci ilə qədər Kartal rayonunun qəsəbələrindən biri olub, 1987-ci ildən sonra Kartaldan ayrılaraq rayon olub. Sonra şərq qonşusu Tuzla 1992-ci ildə Pendikdən ayrıldı. Sonrakı illərdə Tuzlada olan Güzelyalı mahalı yenidən Pendikə bağlandı. Hazırda bələdiyyə sədri 2019-cu ildən Əhməd Cindir. == Coğrafiya == Təxminən 200 km2 əraziyə yayılmışdır və 9 km sahil xəttinə malikdir. Pendikin səth formaları ümumiyyətlə kobuddur. Dəniz sahili sahildən şimala doğru gil və qum və silisiumla örtülüdür.
Pensər
Pensər — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki «yuxarı» və sə «baş», «hündür» sözlərindəndir (Yuxarıbaş kəndi). == Tarixi == Kəndin qədim adı Butəsərdir. Şeyx Zahid Gilani Astaranın Butəsər ( indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253 -cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbristanlığındadır. Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsi ilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır.
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. == Xətti quruluşlu izomerləri == Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır.Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. == Şaxəli quruluşlu izomerləri == Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). == Yanacaq kimi == Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Pəmbək
Tarixi yaşayış məntəqələri
Pənceh
Pənceh – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Pənceh kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 314 nəfər təşkil etmişdir.
Pəncər
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Pərkək
Pərkək (fars. پركك‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 5 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Səngək
Səngək — çörək növü. == Tarix == Şimali Azərbaycanda səngək əvvəllər geniş şəkildə yayılmışdı, amma 1920-ci ildə Sovet işğalından sonra azalıb.
Xəndək
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Penuel
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. == Müəyyənləşdirilməsi == 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Pevek
Pevek (çuk. Пээкин, Пээк) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi ərazisində yerləşən şəhər. Pevek şəhər dairəsinin mərkəzidir. Rusiyanın ən şimal şəhəridir. == Toponim == Şəhərin adı çukça dilində işlənən çuk. пээкиней sözündən götürülmüş və mənası kök, şişmiş dağ deməkdir. Şəhər Peekiney adlı təpöənin ətəklərində yerləşir. Şəhər öz adını çukça ətirli dağ mənasını verən «paqıt-kenay» sözündən götürmüşdür. Rəvayətə görə müasir şəhərin yaxınlığındakı, dağın ətəyində çukçalarla yukaqirlər arasında döyüş baş vermişdir. Döyüşdə ölənlərin cəsədlərinin qoxusu bu yerlərdə uzun müddət qalmışdır.
Pətək
Pətək – xırda gözcüklərdən ibarət taxtadan hazırlanmış arı ailəsi üçün yaşayış yeri, arı yuvası. Pətək arıların yaşayış yeri olduğuna görə onlar yuvanı yağışdan, qardan qoruyur və yuvada hava şəraiti üçün yararlı olmalıdır. Pətək kifayət qədər geniş düzəlməlidir ki, onu yazda və payızda havalar soyuq olduqda qısaltmaq və havalar istiləşdikcə, ailənin inkişafı və bal yığımının başlanması ilə əlaqədar genişləndirmək mümkün olsun. === Pətəklərin tipi === Arılar üçün müasir pətəklər iki əsas tələbə cavab verməlidir: birincisi-arılar üçün yaxşı yaşayış yeri və ikincisi-arılara işləyən zaman rahat olmalıdır. Ölkəmizdə aşağıdakı pətək tipləri vardır: Bir və ikigövdəli 12 çərçivəli pətəklər Çoxgövdəli (4 gövdəli) 10 çərçivəli pətək 24 çərçivəli yataq pətəklər Yarımgövdəli pətəklərÇoxgövdəli pətəklərdə bütün çərçivələrin ölçüsü 435x230 mm-dir. Qalan 4 tip pətəklərdə yuva çərçivəsinin ölçüsü 435x300 mm, yarımgövdəli pətəklərdə isə çərçivələrin ölçüsü 435x145 mm olur. Bu və ya başqa pətək növündən istifadə etdikdə yerli iqlim və baltoplama şəraiti nəzərə alınmalıdır. Köçəri arıçılıq rayonları yüngül və daşımaq üçün əlverişli olan çoxgövdəli pətəklərdən, qışı sərt keçən rayonlar isə yaxşı isti pətəklərdən istifadə edilməlidir. === Pətəklərin rəngi === Pətəyi hər hansı bir rəngdə boyamaq olar. Lakin arıların müəyyən rəngli görmə xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Tənək
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Vənək
Vənək — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,509 nəfər və 653 ailədən ibarət idi.
Ağbulaq (Pəmbək)
Ağbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponimin Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Lusaxbyur qoyulmuşdur.
Darbaz (Pəmbək)
Darbaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «ensiz» mənasında işlənən dar sözü ilə türk dilində «dağ çökəkliyi» mənasında işlənən baz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Dərəkənd (Pəmbək)
Dərəkənd — İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, indiki Quqark (Böyük Qarakilsə) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 31 km məsafədə, Çaxçaxlı çayının sahilində, Çubuxlu dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim «iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur» mənasında işlənən dərə sözü ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Kənd dərədə yerləşdiyi üçün «Dərəkənd» adlandırılmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Dzoragyuğ (Dərəkənd) adlandırılmışdır.
Goran (Pəmbək)
Goran (Qoqaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Toponimi == 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qoqaran adlandırılmışdır. Goran tayfasının adındandır.Toponim şahsevən türk tayfasından olan goran etnonimi əsasında əmələ gəlmişdir. N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.