veston

m pencək

vestibule
vêtement
OBASTAN VİKİ
Volter Veston
Volter Veston (ing. Walter Weston; 25 dekabr 1860, Derbi – 27 mart 1940, Kensinqton) – İngiltərə missioneri və alpinisti. "Yaponiya alpinizminin atası" hesab olunur. == Həyatı == Volter Veston 25 dekabr 1860-cı ildə İngiltərənin Derbi şəhərində yerləşən Parker küçəsində doğulmuşdur. O, rezin məhsulların istehsalı ilə məşğul olan Con Vestonun və onun həyat yoldaşı Emma Batlendin altıncı oğlu idi. Veston 1876–80-ci illərdə Derbi məktəbində təhsil almış, burada bir neçə il müddətində 1 mil üzrə qaçış rekordunu (4 dəqiqə, 47 saniyə) öz əlində saxlamışdır. Daha sonra Kembricdə yerləşən Kler kollecinə daxil olmuş, 1883-cü ildə bakalavr, 1997-ci ildə isə magistr dərəcəsi ilə məzun olmuşdur. Veston Ridli-Holl kollecində təhsil aldıqdan sonra 1885-ci ildə diakon, 1886-cı ildə isə rahib olmuşdur. 1885-ci ildə Ridinq şəhərində Sent-Cons kollecində dini vəzifəyə təyin olunmuşdur. Veston bu illərdə alpinizmə maraq göstərməyə başlamış, 1886 və 1887-ci illərdə Alp dağlarına dırmaşmışdır.