Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peruçisa meşəsi
Peruçisa (serb. Перућица, xorv. və bosn. Perućica) — Avropa ərazisində qalmış relikt dörd meşədən biri. Meşə Bosniya və Herseqovinanın Serbiya ilə sərhəddində yerləşən Suteska Milli Parkının ərazisində yerləşir. Unikallığı və özünəməxsusluğu nəticəsində meşə ciddi qorunan ərazilərdən biri hesab olunur. Meşə ərazisində ilk ciddi araşdırma 1938-ci ildə həyata keçirilmişdir. Peruçisa meşəsi Dinar dağları bölgəsində ağacların sayına, hündürlüyünə, biomüxtəlifliyinə və gözəlliyinə görə öndədir. 1952-ci ildə, Yuqoslaviya Sosialist Federativ Respublikası tərkibində olan zaman 1234 hektarlıq sahəyə xüsusi status verilmiş və "elmi araşdırma obyekti" elan olunmuş. 1954-cü ildə isə ərazinin sahəsi 200 hektar artırılmış və dövlət tərəfindən qorunan ərazi kimi qeydiyyata alınmışdır.