Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hapoel Petah-Tikva FK
Hapoel (Petax-Tikva) - İsrailin futbol klubu
Cetus
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Kətük
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.
Opeth
Opeth — 1990-cı ildə İsveçdə yaranmış proqressiv metal qrupu. Yarandığı ildən bəri bir neçə dəfə üzv dəyişikliyi yaşayan qrupda, vokal, gitarist və bəstəkar olaraq Mikael Akerfeldt hər zaman ön planda olmuşdur. Opeth fəaliyyətə başladığı ildən indiyədək caz, proqressiv rok, bluz, klassik tərzdəki musiqisi, metal musiqi ilə bağlılıq təşkil etmişdir, və bu bağlılıq bəstələrdə özünü göstərmişdir. İlk vaxtlarda death hətta black metal melodiyalarının çox sıx istifadə edən qrup, xüsusilə "Blackwater Park" və "Deliverance" albomlarından sonra progressiv metal təsirini artırmışdır. Bir çox mahnıda akustik gitara və sakit vokal hissələrə və eyni zamanda ani və güclü keçidlər ilə sərt melodiyalara və brutal vokallara rast gəlinir. Qrup bu şəkildə illər içərisində öz tərzini meydana gətirmiş və geniş bir dinləyici kütləsi əldə etmişdir. İlk dörd albom boyunca nadir hallarda səhnəyə çıxan qrup, xüsusilə Blackwater Park albomunun ardından çıxdıqları dünya turunda bir çox ölkədə səhnəyə çıxmışdır. Opeth'in on studiya albomu, üç ədəd konsert DVD'si, üç ədəd konsert albomu və iki xüsusi yığma albomu vardır. İlk debüt albomları "Orchid" 1995-ci ildə yayımlanmışdır. 2008-ci ildə yayımlanan "Watershed" albomu, ilk həftəsində Billboard 200 siyahısında 23-sırada yerini almışdır.
Peluş
Peluş (fr. peluche) ön tərəfində uzun (8 mm-ə qədər) xovlu, bir növ məxmər olan parçadır. Xov ipək, yun, pambıq və ya polyester kimi sintetik liflər ola bilər. Kətanın özü həmişə pambıq parçadan hazırlanır. Dekorativ məqsədlər üçün, qadın geyimlərinin tikilməsi, maskarad və teatr kostyumları, mebel üzlükləri və bəzən avtomobil salonunun üzlənməsi üçün istifadə olunur. Peluş oyuncaq ayı və digər uşaq oyuncaqlarını hazırlamaq üçün istifadə olunur. Peluş, yumşaq və toxunuşa xoş olduğu üçün xüsusi dizayner oyuncaqlarının istehsalı üçün əsas materiallardan biridir. Onun xovlu bütün parça boyunca və ya ayrı-ayrı yerlərdə yerləşir. Məxmər ilə müqayisədə, peluş yığını daha az sıx və daha yüksəkdir. Liflərin növündən asılı olaraq, peluş kəsilə bilər (məxməri xatırladan), ilməli, birtərəfli, iki tərəfli.
Peruj
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Perul
Perul (fr. Peyroules, oks. Peirolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04148. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 136 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.9%, 1999-cu ildə 72.1%). Fəal olan 95 nəfərdən 76 nəfər (46 kişi və 30 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi.
Perun
Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir. == Slavyan bütpərəst tanrıları == Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.
Perüi
Perüi (fr. Peyruis, oks. Peirueis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Perüi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04149. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2542 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1521 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1080 nəfər iqtisadi fəal, 441 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.0%, 1999-cu ildə 67.0%). Aktiv fəaliyyət göstərən 938 nəfərdən (546 kişi və 392 qadın), 142 nəfər işsiz (50 kişi və 92 qadın) idi.
Pesah
Pesah (ivr. ‏פֶּסַח‏‎) — Misirdən çıxışın xatirəsinə həsr olunmuş əsas yəhudi bayramı. Bu, nisan ayının bahar ayının on dördüncü günündə başlayır və İsraildə 7, İsraildən kənarda isə 8 gün qeyd olunur. Karaitlər, Samariyalılar və qismən də Məsihçi yəhudilər tərəfindən də hörmətlə qarşılanır. Tövrat bu bayram zamanı yəhudilərə çörək və mayalı taxıl olan hər hansı digər yeməkləri (İbranicə חָמֵץ hametz — "mayalı") yeməyi qadağan edir. Həmçinin, Tövrat (Pentateuch) bu günlərdə matzo (mayasız çörək) yeməyi əmr edir. Pesah, Sukkot və Şavuot ilə birlikdə üç "həcc bayramı"ndan biridir ("Şloşet ha-reqalim"). Bu bayramlarda Qüds məbədinin mövcud olduğu dövrdə yəhudilər Yerusəlimə qalxdılar. İsraildə Pesah bayramı 7 günlük tətildir, ilk və son günləri tam hüquqlu bayramlar və qeyri-iş günləridir. Aralıq günlərə chol ha-moed (həftə içi tətillər) deyilir.
Petra
Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı. == Tarixi == Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi.
Pəstah
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir. == Mənbə == Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
Pətək
Pətək – xırda gözcüklərdən ibarət taxtadan hazırlanmış arı ailəsi üçün yaşayış yeri, arı yuvası. Pətək arıların yaşayış yeri olduğuna görə onlar yuvanı yağışdan, qardan qoruyur və yuvada hava şəraiti üçün yararlı olmalıdır. Pətək kifayət qədər geniş düzəlməlidir ki, onu yazda və payızda havalar soyuq olduqda qısaltmaq və havalar istiləşdikcə, ailənin inkişafı və bal yığımının başlanması ilə əlaqədar genişləndirmək mümkün olsun. === Pətəklərin tipi === Arılar üçün müasir pətəklər iki əsas tələbə cavab verməlidir: birincisi-arılar üçün yaxşı yaşayış yeri və ikincisi-arılara işləyən zaman rahat olmalıdır. Ölkəmizdə aşağıdakı pətək tipləri vardır: Bir və ikigövdəli 12 çərçivəli pətəklər Çoxgövdəli (4 gövdəli) 10 çərçivəli pətək 24 çərçivəli yataq pətəklər Yarımgövdəli pətəklərÇoxgövdəli pətəklərdə bütün çərçivələrin ölçüsü 435x230 mm-dir. Qalan 4 tip pətəklərdə yuva çərçivəsinin ölçüsü 435x300 mm, yarımgövdəli pətəklərdə isə çərçivələrin ölçüsü 435x145 mm olur. Bu və ya başqa pətək növündən istifadə etdikdə yerli iqlim və baltoplama şəraiti nəzərə alınmalıdır. Köçəri arıçılıq rayonları yüngül və daşımaq üçün əlverişli olan çoxgövdəli pətəklərdən, qışı sərt keçən rayonlar isə yaxşı isti pətəklərdən istifadə edilməlidir. === Pətəklərin rəngi === Pətəyi hər hansı bir rəngdə boyamaq olar. Lakin arıların müəyyən rəngli görmə xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Peter
Peter — ad. Peter Bartşi — İsveçrəli keçmiş üzgüçü. Peter Pokornı — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi Peter Qutyan — Slovakiyalı üzgüçü. Peter Stormare — isveçli aktrisa. Peter Farmer — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Şmeyxel — Danimarkalı qapıçı.
Etüd
Etüd — təsviri incəsənətdə gələcək əsərin hazırlıq eskizi. Etüd — musiqi əsəri. Etüd — şahmat kompozisiyalarından biri. Etüd — teatr pedaqogikasında aktyorluq texnikasının təkmilləşdirilməsi üçün istifadə edilən məşq. Etüd — rol oyununun emosional tədrisi. Etüd — sovet fotoaparatı. Etüd — sovet diaproyektoru.
FƏTH
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür.
Aşıq Pənah
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926 – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). Tarixi == Həyatı == Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur.26 avqust 1978-ci ildə vəfat etmişdir. == Xatirəsi == Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında haqqında film çəkilmişdir. == Yaradıcılığı == 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir.
Bernqard Petri
Bernqard Eduardoviç Petri (17 sentyabr 1884-25 noyabr 1937)—sovet etnoqrafı və antrapoloqu. == Həyatı == Bernqard Eduardoviç Petri 17 sentyabr 1884-cü ildə Berndə anadan olmuşdu. Uşaqlığı İtaliyada keçmişdi. Gimnaziyanı və universiteti Sankt-Peterburqda bitirmişdi. Onun hamisi və ustadı akademik Vasili Radlov idi. Universiteti tamamlayandan sonra Rusiya elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyində ştatdankənar əməkdaş, sonra kiçik etnoqraf vəzifələrində çalışmışdı. Avstraliya və Okeaniya şöbəsinə başçılıq etmişdi. Bernqard Petri 1912, 1913 və 1916-cı illərdə Pribaykala antropo-arxeoloji ekspedisiyada iştirak etmişdi. Bernqard Petri 1918-ci ildən İrkutsk Universitetinin dosenti, sonra professoru vəzifəsində çalışmışdı. Onun diyarşünaslıq dərnəyinə gələcək akademik A. P. Okladnikov (1908—1981) və tarix elmləri doktoru M. M. Gerasimov (1907—1970) tez-tez baş çəkirdilər.
Betün (rayon)
Betün (fr. Béthune) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Pa-de-Kale. Suprefektura — Betün. Rayonun əhalisi 2014-ci ildə 286.219 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 404 nəf / km². Rayon sahəsi — 707,6 km².
Cordula petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Cypripedium petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Donald Petri
Donald Petri (ing. Donald Petrie; 7 sentyabr 1846 – 1 sentyabr 1925, Oklend) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Donald Petri toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Petrie, D. List of the flowering plants indigenous to Otago (англ.) // Transactions and Proceedings of the Royal Society of New Zealand (англ.)русск. : journal. — 1896. — Vol. 28. — P. 540—591. == Şərəfinə adlandırılmış taksonlar == Petriella Zotov, 1943, nom.
Filipp Peten
Filipp Peten (fr. Henri Philippe Benoni Omer Joseph Pétain; 24 aprel 1856[…], Qoşi-a-la-Tur[d], İkinci Fransa İmperiyası – 23 iyul 1951[…], Port-Juanvil[d]) — Fransa hərb və dövlət xadimi, Fransa marşalı (21.11.1918), Birinci Dünya müharibəsi zamanı fransız ordusunun komandanı (15.05.1917-ci ildən). 1940—1944-cü illərdə Fransada Vişi rejimi adlanan kollaborsionist avtoritar hökumətin başçısı olmuşdur. Kollaborsionizm (fr. collaboration) anlayışı Petenə məxsusdur.
Frauke Petri
Frauke Petri (alm. Frauke Petry‎, qızlıq soyadı (Marquardt); d. 1 iyun 1975, Drezden, Almaniya Demokratik Respublikası) — AFR siyasətçisi, biznesmen. == Tərcümeyi-halı == 1975-ci ildə Drezdendə anadan olub. 1989-cu ilə kimi ailəsi ADR-in Şvartshayde şəhərində yaşayıb. Anası kimyaçı, atası mühəndis olub. Ailəsi üç dəfə Federativ Almaniyaya qaçmaq istəyib, ancaq istəyinə 1989-cu ildə nail olub. 1992-cu ildə ailəsi Berqkamen şəhərinə köçür (Şimali Reyn-Vestfaliya torpağı). 1998-cu ildə Redinq Universitetini (İngiltərə) kimyaçı bakalavr ixtisası ilə bitirir. 2004-cü ildə Gettinq Universitetinin doktoru olur.
Fətul Fətullayev
Fətul Fətullayev (tam adı:Fətul Həsən oğlu Fətullayev) — Məşhur azərbaycanlı gəmi kapitanı == Həyatı və təhsili == Fətul Həsən oğlu Fətullayev 1915-ci ildə Orconikidze (indiki Vladiqafqaz) şəhərində anadan olub. 1936-cı ildə Bakı dənizçilik texnikumunu “Uzaq səfərlər gəmi sürücüsü” ixtisası ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində əmək fəaliyyətinə başlayıb. Özünə qarşı tələbkarlığı ilə seçilən gənc tezliklə dənizçilər arasında nüfuz qazanmışdır. Neft donanmasının qabaqcıllarından olub. Liderlik keyfiyətləri və təşkilatçılıq qabiliyyəti Böyük Vətən müharibəsi illərində özünü xüsusilə büruzə verib. 1942-ci ildə kapitan göyərtəsinə qalxıb. Müharibə illərində iritonnajlı “ÜKP(b)” tankerində böyük istehsal riski olan yüklərin – hərbi sursatın, döyüş texnikasının və yanacağın daşınmasını həyata keçirib. Kapitanı olduğu gəmi dəfələrlə aviahəmlələrə məruz qalıb. Belə şəraitdə kapitan kimi xüsusi bacarıq və şücaət göstərib.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979-1985). 1975-76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976-77-cı illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977-81-ci illərdə MİB-də texnik, 1981-85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985-89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989-92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992-93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993-99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000-2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974—cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.