Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Poloves-qıpçaq dilləri
Kuman-qıpçaq dilləri, həmçinin polovets-qıpçaq dilləri, Qafqaz-qıpçaq dilləri, oğuz-qıpçaq dilləri — türk dillərindən qıpçaq dil qrupunun bir hissəsi. Onlara qərbi qıpçaq dilləri də deyilir, lakin belə bir terminin istifadəsi arzuolunmaz omonimliyə gətirib çıxarır, çünki şərqi qıpçaq dillərindən Cənubi Altay, Fərqanə qıpçaq və qırğız dillərindən fərqli olaraq Volqa-qıpçaq, kuman-qıpçaq və noqay-qıpçaq dilləri birlikdə qərbi-qıpçaq dilləri hesab edilir. == Tərkibi == Müasir dillərdən kuman-qıpçaq dilləri qrupuna aşağıdakılar daxildir: Krım-tatar dilinin orta dialekti; Qumuq dili; Qaraçay-balkar dili; Urum dili; Kəraim dili; Qırımçaq dili.Kuman-qıpçaq dillərini kəraim-krım-tatar və qumuq-qaraçay-balkar alt qruplarına bölmək olar. Oleq Mudrak da məhz bu bölgüyə əməl edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. Отв. ред. Э. Р. Тенишев. 1988.
Sky Living Loves
«Sky Living Loves» — «British Sky Broadcasting» şirkətinin sahibləndiyi Böyük Britaniya telekanalı. Telekanal yayımına 5 iyul 2010-cu ildə başlamış, 21 fevral 2012-ci ildə isə yayımını dayandırmışdır. Telekanal «Sky Living» və «Sky Livingit» telekanalları ilə əməkdaşlıq etmişdir. == Tarixi == 1 iyul 2010-cu ildə «Living +2» kanalının əvəzinə «Sky Living Loves» kanalının yaradılması barədə «Sky» və «Virgin Media» arasında razılıq əldə olunmuşdur. 5 iyul 2010-cu ildə saat 15:00-da telekanal yayımına start vermişdir. Telekanal «Sky Living»-də yaxın zamanlarda yayımlanan komediya və dram verilişlərini yenidən nümayiş etdirirdi. Tamaşaçılar yenidən seriallara baxmaq imkanını əldə edirdilər.25 oktyabr 2010-cu ildə telekanal 2011-ci ilin əvvəlinə kimi «Sky Living» telekanalı ilə rebrendinq edəcəyini açıqlamışdır. Telekanal Sky-da EPG mövqeyini «Sky1»-dən sonra və «Sky Atlantic»-dən əvvəl olmaqla, 112-dən 107-ə kimi dəyişməyi bacarmışdır. Bunun nəticəsi kimi «Living Loves» adını «Sky Living Loves» olaraq rebrendinq etmişdir.5 sentyabr 2011-ci ildə «Sky Living Loves» telekanalı 24 saatlıq efir rejiminə keçmişdir. Əvvəllər isə telekanal 15:00-dan 02:00-a kimi yayımlanırdı.
When a Man Loves a Woman
"When a Man Loves a Woman" (azərb. Kişi qadını sevəndə‎) — Persi Slecin mahnısı. Mahnı Kelvin Lüis və Endrü Rayt tərəfindən yazılıb. Slec sinqlı 17 fevral 1966-cı ildə Alabama ştatının Şeffild şəhərində yerləşən Norala Sound Studio səsyazma studiyasında yazdırıb.Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub.2004-cü ildə Rolling Stone jurnalı "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 54-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 53-cü yerdə qərarlaşıb."When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyası eyni zamanda "Rok-n-Roll Şöhrət Zalı" tərəfindən tərtib edilən — 500 Songs That Shaped Rock and Roll siyahısına daxildir.
Plotus
İlanboyun (lat. Anhinga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin i̇lanboyunlar fəsiləsinə aid heyvan cinsi.
Povest
Povest — danışıq, təhkiyə deməkdir. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. == Haqqında == Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Ə. Vəliyevin “Gülşən”, M. Hüseynin “Kin”, M. Cəlalın “Dağlar dilə gəldi” və s. əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur.Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır. Hekауə ilə rоmаn arasında оrtа mövqe tutan, hekауədən böyük, rоmаndan kiçik epik əsərlər povest adlandırılır.
Proses
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. == Fizika və riyaziyyatda == Termodinamik proses Təsadüfi proses == Geologiyada == Relyefəmələgəlmə prosesi == İnformatikada == İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс == Hüquqda == Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Löven
Löven — Belçikanın şimalında, Brüsseldən 25 km şərqdə yerləşən şəhərdir. Benilüks ölkələrinin ən böyük universiteti Löven universiteti bu şəhərdə yerləşir.
Plоçe
Plоçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dуbrоvniçkо-Neretvаnskаya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Abrazion proses
Abraziya (geomorfologiya)
Adiabat proses
Adiabatik proses (yun. adiabatos - bağlı) - havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabatik proses
Adiabatik proses (yun. adiabatos - bağlı) - havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Cəmilə (povest)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ailə getməliyəm, ancaq ona baxmaqdan hələdə doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir. Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarim aildən yanima gəldikdə də onu gizlətməyə çalişiram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə,o, sənət əsəri olmaqdan çox uzaqdır.Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir. Şəklin dərinliyində boz payızın səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır. İlk planda tünd qırmızı yovşanli step uzanır.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. == Denudasion proses == Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Donald Glover
Donald Qlover (25 sentyabr 1983, Edvards[d], Kaliforniya) — amerikalı aktyor, komediyaçı, müğənni, repçi, yazar, rejissor və prodüser. Səhnə adı kimi "Childish Gambino" təxəllüsündən istifadə edir. O, yaradıcısı olduğu və rol aldığı "Atlanta" serialına görə iki "Primetime Emmy" və iki "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. == Coğrafiyası == Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Honey & Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
I Klovis
I Xlodviq (fr. Clovis I er; təq. 466[…], bilinmir – 27 noyabr 511, Paris) — Frank kralı. 509-511-ci illərdə hakimiyyətdə olmuşdur. I Xlodviq Fransanın və Merovinqlər sülaləsinin ilk kralı hesab olunur. Xlodviq Xristianlıq dinini rəsmi formada qəbul etmiş ilk frank hökmdar kimi də tanınır. == Həyatı == == Fəaliyyəti == Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi.486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri torpaq sahiblərinə çevrildilər.
Klovis Fernandes
Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1954 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi. "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı. == Həyatı == 1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir. 2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı. Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. == Xüsusiyyəti == Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Luis Flores
Luis Flores (d. 9 mart 1994) — Puerto-Rikolu üzgüçü. Luis Flores Puerto-Rikonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Luis Flores birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.31 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 53-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir.Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. == Maraqlı faktlar == Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. == Haqqında == Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Olones bərzəxi
Olones bərzəxi (rus. Олонецкий перешеек) - Bərzəx Kareliya Respublikasının ərazisində, Ladoqa gölü ilə Oneqa gölü arasında yerləşir. Bəzən Oneqa-Ladoqa suayrıcısı kimi adlandırılır. == Tarixi == Olones bərzəxi artıq mezolit dönəmində meydana gəmişdir. Artıq dağ döründə Kareliya ərazisində bir çox qədim yaşayış yerləri formalaşmışdı. Bu isə bərzəxin əhəmiyyətini artırırdı. Bərzəx 1801-1922-ci ilə qədər eyni adlı quberniyanın tərkibində olmuşdur. Bərzəxin əhəmiyyəti səbəbindən bölgə ərazisi bir çox müharibələrə şahidlik etmişdir. XIII əsrin ortalarından XX əsrə qədər İsveç, Finlandiya, Rusiya imperiyası və SSRİ kimi ölkərərin nəzarətində olmuşdur.
Oxşar (povest)
Oxşar (rus. Двойник) — Fyodor Dostoyevskinin qələmə aldığı povest. Əsər ilk dəfə 30 yanvar 1846-cı ildə "Oteçestvennye zapiski" qəzetində işıq üzü görmüşdür. Daha sonra Dostoyevski əsər üzərində yenidən işləmiş və əsər 1866-cı ildə yenidən nəşr olunmuşdur. == Məzmunu == Əsərin qəhrəmanı 9-cu dərəcədən məmur olan Yakov Petroviç Qolyadkin xeyirxah, sadə, yumşaq xarakterli bir insandır. Bir dəfə Yakov Petroviç onunla eyni ad və soyadda olan bir nəfərlə — əkizi ilə qarşılaşır, lakin onun oxşarı ondan fərqli olaraq yalançı, yaltaq və əclaf adamdır. Əsərdə də Yakov Petroviçin öz oxşarı ilə mübarizəsindən bəhs olunur. Dostoyevskinin bu fikirləri onun sonrakı əsərlərində də öz yerini tapır. Bu Dostoyevskinin ikinci əsəridir, fəqət əsər həmin dövrdə o qədər də yaxşı qarşılanmamışdır. Dostoyevski "Bədbəxt insanlar" əsəri kimi bu əsərinin də tənqidçilər tərəfindən müsbət qarşılanacığını gözləsə də, bu belə olmur.