PROVEN

adj sübut edilmiş / olunmuş

PROVEABLE
PROVENANCE
OBASTAN VİKİ
Proven (rayon)
Proven (fr. Provins) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Proven. Rayon əhalisi 2006-cı ildə 154 269 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1651 km².
Evarist Levi-Provensal
Evarist Levi-Provensal (fr. Évariste Lévi-Provençal) (4 yanvar 1894, Əlcəzair – 23 mart 1956[…]) — fransız ərəbşünası. == Həyatı == Evarist Levi-Provensal 4 yanvar 1894-cü ildə Əlcəzairdə dünyaya gəlmişdi. Əlcəzayir Universiteti Ədəbiyyat Fakültəsində René Basset və Jérôme Carcopino kimi müəllimlərdən Şərq dilləri və şərqşünaslıq öyrəndi. 1913-cü ildə məzun olduqdan sonra orduya qatıldı və Birinci Dünya Müharibəsi dövründə Çanaqqala cəbhəsində savaşdı; yaralanması üzərinə İskəndəriyəyə, yaxşılaşınca da Mərakeşə göndərildi. Savaşın ardından 1920-ci ildə Rabatdakı L'Institut des Hautes Études Marocainese müəllim olaraq təyin edildi; burada həyatı boyunca üzərində çalışacağı təməl iki sahəyə, Ərəbcəyə və Əndülüs-Məğrib (özəlliklə Bərbəri) tarixinə yönəldi. 1922-ci ildə Les historiens des Chorfa başlıqlı disserasiyasıyla doktor ünvanını aldı. 1926-cı ildə vəzifə tutduğu institunun müdirlüyünə və "Hespéris" dərgisinin redaktorluğuna gətirildi. 1935-ci ildə Əlsəzayir, 1940-cı ildə Toulousə universitetlərinə təyin edildi; bu arada bir müddət Qahirə Universitetində müəllim olaraq çalışdı. II Dünya Savaşı sırasında təkrar əsgərə çağrıldı.