Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barbara Pompili
Barbara Pompili (fr. Barbara Pompili; 13 iyun 1975[…], Bois-Bernard[d]) — fransız siyasətçi, Fransa Milli Assambleyasının üzvü. Kompleks Ətraf Mühitin Dəyişiklikləri Naziri (2020-ci ildən). == Bioqrafiya == 13 iyun 1975-ci ildə Bois-Bernard kəndində (Pas-de-Kale departamenti) anadan olub. Lill Universitetini siyasi elmlər üzrə bitirib. Siyasi fəaliyyətə 2000-ci ildə Yaşıllar Partiyasına qoşularaq başlayıb. 2002-ci ildə Fransada keçirilən prezident seçkiləri zamanı o, Yaşılların namizədi Noel Mamerin mətbuat katibi olub. Sonrakı beş il ərzində o, İva Koşun köməkçisi kimi çalışır. 2007-2012-ci illərdə o, Fransa Milli Assambleyasında Sol Demokratlar və Respublikaçılar fraksiyasının Aparat rəhbərinin müavini olub. 2012-ci il Milli Assambleya seçkilərində Barbara Pompili Somme departamentinin 2-ci seçki dairəsində Yaşıllar və Sosialistlər Alyansının namizədi olur və 50,83% səslə qalib gəlir.
Numa Pompili
Numa Pompili (lat. Numa Pompilius; 21 aprel e.ə. 753 – e.ə. 671, bilinmir) — Romuldan sonra Roma çarı Tit Tasinin yeznəsi Numa Pompili olmuşdu. O, dinc siyasət yürüdürdü. O, torpaqsızlara torpaq vermiş, yadellilərdən yeni icma yaratmış, sənətkarları “bir kollegiyada birləşdirib onlara xüsusi bayram günü - Aqonalia bayramı - müəyyən etmişdir”. O, pontifiklərin (kahinlər) kollegiyasını yaratmışdı. Onun vaxtında Romada taun xəstəliyinin yayıldığını da deyirlər. Pompilinin hakimiyyəti 43 il davam etmişdir.