Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Kolett
Kolett, tam adı Sidoni-Qabriel Kolett (fr. Sidonie-Gabrielle Colette; 28 yanvar 1873[…], Sen-Sovyor-an-Pyuize[d] – 3 avqust 1954[…], Paris) — fransız yazıçısı, Belle Époque-un ulduzlarından biri; 1945-ci ildən Qonkur akademiyasının üzvü. == Bioqrafiyası == Məmurun qızı, Burqundiyada doğulub böyümüşdür. 1893-cü ildə "Villi" təxəllüsü ilə tanınan o vaxtkı populyar yazıçı, jurnalist, musiqi tənqidçisi Anri Qotye-Villar (1859-1931) ilə evləndi. Onu paytaxtın ədəbi və bədii dairələri ilə tanış etdi, eyni zamanda utancsızlıqla "ədəbi neqr" olaraq istifadə etdi: 1896-cı ildən Kolett onun üçün "Klodine" haqqında təxəllüsü ilə nəşr etdirdiyi bir sıra avtobioqrafik roman yazdı. Öz təxəllüsü altında Kolett yalnız 1904-cü ildə nəşr etməyə başladı. Həyat yoldaşından uzaqlaşaraq öz yolunu axtarır, 1906-cı ildən musiqi salonunda, Marin teatrında, Mulin Ruj və s. müzikllarda çıxış etməyə başlayır. Sonra ərindən boşanır, qadınlarla bir neçə roman (həyat yoldaşı, yazıçı və aktrisa da daxil olmaqla Matilda de Morni, markiz de Belbyoff, Missi adı ilə çox tanınmayan, Poler təxəllüsü ilə çıxış edən aktrisa və müğənni Emili-Mari Buşo) və kişilər (bunların arasında - Qabriel d'Annunzio, məşhur boksçu və oyunçu Oqüst Olimp Erno və s.) yaşayır. Mulin Ruj səhnəsindəki "Misir xəyalları" pantomimasında (1907) Matilda de Morni ilə açıq öpüşməsi paytaxtda çox səs-küyə və polis prefekturasının müdaxiləsinə səbəb olmuşdur.
Marqarita Porete
Marqarita Porete (fr. Marguerite Porete; 1250[…], Eno qraflığı – 1 iyun 1310, Paris, Fransa krallığı) — Fransız mistik. "Sadə ruhların güzgüsü" kitabını paylaşmaqdan imtina etdiyi üçün iblisə xidmət etməkdə günahlandırılmış və 1310-cu ildə yandırılaraq edam edilmişdir.
Sankt-Pölten
Sankt-Pölten — Aşağı Avstriyada şəhər. Şəhər Aşağı Avstriyanın Federal əyaləti ölkənin şimal şərqində, Çexiya və Slovakiya ilə sərhəddə Dunay çayının aşağı axarında yerləşir. Əyalətin paytaxtı Sankt-Pöltendir. O, Avstriyanın ən qədim şəhəridir və federal əyalətin ən cavan paytaxtıdır. Hesshtrassedəki Ratuşa,"İt Hof" Müzeyi, orta əsr kubok kolleksiyalarının yerləşdiyi Pottenburn sarayı, Şallaburq sarayı, Festival Zalı olan şəhər mədəniyyət mərkəzi, Şourum və modern qala, Aşağı Avstriyanın Tarix Muzeyi, Karmeliterhof barokko sarayındakı Müasir İncəsənət müzeyi, Domplattsdakı Roman-qot Kilsəsi, yepiskop Bishofshop müzeyi və Hertsogenburg, Nussdorf abbatlığı və Trajsmauer dinozavrlar parkı burada yerləşir. Sankt-Pöltendən başlayaraq üzüm bağı olan əraziyə-Vahauya ekskursiya başlanır. Burada iynəyarpaqlı meşələr və Foralpenland dağı ilə əhatə olunan Valdfirtel ərazisinin çoxlu kiçik gölləri vardır. Asparnan-der-Tsajada açıq səma altında Prehistoric müzeyi, Spitz-dog-an-der-donauda gəmiçilik müzeyi və Valdkirhen-an-der-Tajada kukla müzeyi vardır.
Sankt-Pöltеn

Saus Plett çayı
Saus Plett çayı (ing. South Platte River) — ABŞ-nın Kolorado və Nebraska ştatlarında çay.