Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Su polosu
Su polosu və ya vaterpolo - su idmanı oyunu. İki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir. Oyun 4 hissədən ibarət olur. Və hər bir hissədə hər iki komanda rəqib qapısından top keçirməyə çalışırlar. Rəqib qapısına daha çox top vuran komanda qalib hesab edilir. Komanda 6 oyunçu və 1 qapıçıdan təşkil olunur. Əlavə olaraq komandalarda qapıçı əvəzedicisi də daxil olmaqla əvəzedicilər də ola bilər. Su polosu bir qayda olaraq dərin ( adətən 1.8m. ) hovuzlarda oynanılır və bu oyunu oynayanlar xeyli dözümlülüyə malik olmalıdır.
Su polosu arenası (Bakı)
Su polosu arenası — Bakı şəhərinin Səbail rayonunda, əsasən su polosu yarışlarının keçirilməsi üçün nəzərdə tutulan arena. Arena Dövlət Bayrağı Meydanının cənub ucunda yerləşir. Arena təxminən üç min insan üçün nəzərdə tutulmuşdur. 2015-ci ildə arenada 2015 Avropa Oyunları çərçivəsində su polosu yarışmaları keçirildi. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü il fevralın 3-də keçirilmiş Oyunların Təşkilat Komitəsinin ilk iclasında Bakıda su polosu arenasının qurulacağını elan etdi. Su polosu arenasının Bakıda Su İdmanları Mərkəzinin yanında inşa ediləcəyi açıqlandı. 2015-ci ildə Avropa Oyunlarının başlamasına qədər fəaliyyətə başlayır.
Su polosu 2017 İslam Həmrəyliyi Oyunlarında
2017 İslam Həmrəyliyi Oyunlarında Su polosu yarışları 13 - 18 may tarixində 1 qruplu dairəvi sistem əsasında keçirilmişdir. Bir mükafat dəsti kişilər arasında oynanmışdır. Təsnifat mərhələsi 7 aprel 2017-ci ildə keçirilmişdir.
2017 İslam Həmrəyliyi Oyunlarında su polosu
2017 İslam Həmrəyliyi Oyunlarında Su polosu yarışları 13 - 18 may tarixində 1 qruplu dairəvi sistem əsasında keçirilmişdir. Bir mükafat dəsti kişilər arasında oynanmışdır. Təsnifat mərhələsi 7 aprel 2017-ci ildə keçirilmişdir.