Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ponemane
Ponemane (belar. Панямонне) — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Neman çayının adı ilə adlandırılmışdır. Belarusda çay Neyman kimi adlanılır. Qrodno vilayətini, elcə də Brest və Minsk vilayətlərinə bitişik hissələri əhatə edir. Ponemanedən cənubda Qərbi Polosye, şərqdə və şiaml-şərqdə Mərkəzi Belarus, Poozere yerləşir. Neman hövzəsindəki slavyan yaşayış məskənlərinin formalaşması, tədqiqatçıların fikrinə görə 1-ci min illiyin ikinci yarısına təsadüf edir. Arxeoloqlar hesab edirlər ki, bu zaman bölgədə çox az baltikyanı kəndlərin olması diqqəti cəlb edirdi. V. Titovun 18 cildlik Belarus Ensiklopediyasındakı yazdığı məqaləyə görə, bölgə əhalisi assimilyasiya etmiş litvinlərin, yatvyaqların, prussların, tatarların və digər etnik qrupların iştirakı ilə slavyan etnogenetik əsasda inkişaf etmişdir. Arxeoloqlar F. Qureviş və J. Zveruqo görə X–XI əsrlərdə Yuxarı Ponemaniyanın slavyan əhalisi müxtəlif etnik qrupların qarşmasından meydana gəlmişdir: dreqoviçi, volınyane, mazovşane, drevlyan və kriviçi.