Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Posidoniy
Posidonius (yun. Ποσειδόνιος, (e.ə. 135, Apameya (Suriya), Həma mühafəzəsi – e.ə. 51, Roma) antik filosof, orta stoa dövrünün nümayəndəsi. Suriyanın Apameya şəhərində anadan olmuşdur. Sonra Afinaya köçmüş, orada Panetiusun öyrəncisi olmuşdur. O, uzun müddətli səyahətlərə çıxmış, müxtəlif ölkələrə səfər etmişdir. Eyni zamanda o, elmlə də məşğul idi. Riyaziyyat, fizika, astronomiya, coğrafiya, tarix kimi elmlər onun maraq dairəsinə daxil idi. Demək olar ki o, antik dövrün ən bilikli alimlərindən biri olmuşdur.