Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prabovo Subianto
Prabovo Subianto Cocohadikusumo (ind. Prabowo Subianto Jojohadikusumo; 17 oktyabr 1951, Cakarta) — İndoneziyanın seçilmiş prezidenti, indoneziyalı siyasətçi, iş adamı və İndoneziya ordusunun keçmiş general-leytenantıdır. Hazırda müdafiə naziri vəzifəsini icra edir. O, indoneziyalı iqtisadçı Sumitro Cocohadikusumo və Dora Siqarın oğludur. Prabovo 1983-cü ildə mərhum prezident Suhartonun ikinci qızı olan Siti Hediati Haricadi (digər adı Titiek Suharto) ilə evləndi. Bununla belə, cütlük 1998-ci ildə İndoneziyada baş verən şiddətli siyasi böhran fonunda ayrıldı, bu böhranda Prabovo bəzi qalmaqallara səbəb olmaqda günahlandırıldı və daha sonra İordaniyaya sürgünə getdi. O vaxtdan bəri bir daha bir araya gəlmədilər. Prabovo 1970-ci ildə İndoneziya Hərbi Akademiyasını bitirib və 1998-ci ildə Strateji Ehtiyat Komandanlığına (Kostrad) rəhbərlik təyin olunana qədər əsasən Xüsusi Təyinatlı Qüvvələrdə (Kopassus) xidmət edib. Elə həmin il o, şərəfsizcəsinə ordudan tərxis olundu və sonradan insan hüquqlarının pozulması iddiası ilə ABŞ-yə girişi qadağan edildi. O, sağçı millətçi kimi təsvir edilmişdir.