Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Preobrajeniya adası
Preobrajeniya adası — Laptevlər dənizinə daxil olan Xatanqa körfəzində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 15 km şimalda yerləşir. İnzibati cəhətdən Rusiya Federasiyası Saxa Respublikası ərazisinə daxildir. Ada uzunsov formaya malikdir. Şimaldan cənuba doğru uzanır. Cənub qutaracağında qumlu dil yerləşir. Bu hissədə Neupokoeva buxtası yerləşir. Adanın uzunluğu 7 km, eni 2,5 km, sahəsi 12 km² təşkil edir. Adanın maksimal hündürlüyü 77 metrdir. Sərq sahilləri hündür və sıldılımlıdır.