Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Privzak
Privzak (fr. Privezac, oks. Privasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12191. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 325 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 127 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 68.2%).
Prizma
Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir. Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır. Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir Yan səthin sahəsi: S y a n = P o t ⋅ l {\displaystyle S_{yan}=P_{ot}\cdot l} Tam səthin sahəsi: S t a m = P o t ⋅ l + 2 S o t {\displaystyle S_{tam}=P_{ot}\cdot l+2S_{ot}} Həcmi: V = S o t ⋅ l {\displaystyle V=S_{ot}\cdot l} V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi Sot — oturacağın sahəsi Pot-oturacağının perimetri h-silindrin hündürlüyü olarsa l = h {\displaystyle l=h} Dioqonalı=√hs kvadratı+ dioq.ot.
Krinak
Krinak (yun. Κρινάκου) — yunan mifologiyasında Axeyada yerləşən Olenin ikinci padşahı. Zevsin oğlu eyniadlı Olendən sonra hakimiyyətə gəlmişdir. O, həm də Zevsin başqa oğlu və Lesbos padşahı olmuş Makarın atası idi. Bəzi hesablarda Krinakın atası Beotiyadakı Hiriyanın eyniadlı padşahı Hiriyey adlanırdı.