Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prisbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Köhnə probst evi
Köhnə probst evi (çex. Staré proboštství) – Praqa yepiskoplarının köhnə iqamətgahıdır. Qəsrin cənub yamacında yeni iqamətgahın tikintisinə qədər (1874-cü ilə kimi) bu bina yepiskoplara "sədaqət və həqiqət" ilə xidmət göstərmişdi. Probstluq Praqa qəsrinin mərkəzində, Müqəddəs Vit kafedralının yaxınlığında yerləşir. == Tarix == Köhnə probst evinin binası çox güman ki, Jiji tanrısına həsr olunan qədim bütpərəst məbədin yerində inşa edilmişdi. 1060-cı ildə daha əvvəl tikilmiş ev Çexiyada daşdan inşa edilmiş ən qədim yaşayış binası idi. Günümüzdə bu evi inşa etdirən yepiskopun adı məlum deyil. Lakin iddia olunur ki, bu ilk Çexiya yepiskopu Detmar idi; 976-cı ildə o Müqəddəs-Adalbertin davamçısı olmuşdu. Arxeoloji qazıntılar təsdiqləyir ki, Roman üslubunda daş bina Müqəddəs Vit kapitulunun başçılarının iqamətgahı olaraq xidmət göstərmişdi; onun qarşısında isə bir zamanlar kafedral xidmətçiləri üçün iki taxta ev inşa edilmişdi. Bu "yepiskop həyətinin" daxilində Müqəddəs Moritz kapellası yerləşirdi.