Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Protodil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Proselia
Chaetanthera (lat. Chaetanthera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Prinodia
Şümşə (lat. Ilex) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinə aid bitki cinsi.
Proxodna mağarası
Proxodna mağarası (bolq. Проходна) – Bolqarıstanın Loveç vilayətinin Lukovit bələdiyyəsinin Karlukovo kəndinin yaxınlığında, İskar dərəsində yerləşən karst mağarası. Mağara tavanındakı Tanrının gözləri adlı iki gözəbənzər dəliyi ilə məşhurdur. Proxodna mağarası Karlukova dərəsində yerləşən məşhur görməli yerlərdən biridir. Həmin region Bolqarıstanda ən böyük karst regionlarından biridir və speleologiya üçün populyar məkandır. Dördüncü dövrdə formalaşan Proxodna mağarası 262 metr uzunluğundadır və Bolqarıstandakı ən uzun mağara keçididir. Mağaranın iki girişi var və girişlər qarşı tərəflərdə yerləşir. Girişlər, uyğun olaraq, Böyük giriş və Kiçik giriş adlanır. Kiçik giriş 35 metr hündürlüyündə, Böyük giriş 42,5-45 metr hündürlüyündədir. Mağaranın adı bolqar dilindən tərcümədə "Keçid mağarası" deməkdir.