Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artsak
Arsak — Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponim. Artsak (mahnı) — 1999-cu ilin erməni mahnısı.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Proşek
Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir. Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır. Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır. İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Brüsk
Brüsk (fr. Brusque, oks. Brusca) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamare kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12039. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 75 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arası) arasında 107 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə bu 62.6%).
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.
Ərsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Ruşuk
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
Artsak (mahnı)
Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı" filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər. Ermənistan Pan-Armenian Oyunları Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər. ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib. 2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir.
Oreşak zirvəsi
Oreşak zirvəsi (bolq. връх Орешак, ‘Vrah Oreshak’ \'vr&h o-re-'shak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından şərqdə, Patleyna buzlağından cənub-qərbdə, Embree buzlağından şimal-qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə şimali Bolqarıstanda yerləşən Oreşak şəhərinin adını daşıyır. Oreşak zirvəsi 78°02′24″ c. e. 85°44′06″ q. u.
Pornsak Sonsen
Pornsak Sonsen (2 noyabr 1960 – 15 oktyabr 2021) – Tailand musiqiçisi.
Prisad adası
Prisad adası (bolq. остров Присад, ‘Ostrov Prisad’ \'os-trov 'pri-sad\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 520 m, cənub-şimal istiqamətində eni 640 metrdir. Limets yarımadasından 60 m məsafədə yerləşmişdir. Ada Şimal-şərqi və cənub-şərqi Bolqarıstanda yerləşən Prisad şəhərinin adını daşıyır. Prisad adası 63°13′55″ c. e. 62°10′38″ q. u.
Racendra Prasad
Racendra Prasad (3 dekabr 1884[…] – 28 fevral 1963[…], Patna) — Hindistan siyasi və dövlət xadimi. Hindistanın I prezidenti. Kəlkətə Universitetində təhsil almışdır. 1911-1920-ci illərdə vəkil işləmişdir. 1911-ci ildə Hindistan Milli Konqresinə (HMK) daxil olmuş, milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1934, 1939 və 1947-48-ci illərdə HMK-nin sədri idi. Dəfələrlə həbs cəzasına məhkum edilmişdir. 1946-1948-ci illərdə Hindistan müvəqqəti hökumətinin ərzaq və kənd təsərrüfatı naziri, 1946-1950-ci illərdə Hindistan Müəssislər Məclisinin sədri olmuşdur. 1952-1962-ci illərdə Hindistan respublikasının prezidenti idi. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Rusnak (kommuna)
Rusnak (fr. Roussennac, oks. Rocennac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Pusa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Rusa
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Uşak
Uşak — Türkiyənin Uşak ilinin inzibati mərkəzi. Uşakın Əhali Artır: TÜİK-in Mart 2023 Hesabatına Baxış Uşakın Əhali Artır.
Püşk
Püşk (çöp) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər: Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Markus Zusak
Markus Zusak (ing. Markus Frank Zusak (d.23 iyun, 1975) — Avstraliyalı yazıçı. Zusak, Avstarliyanın Sidney şəhərində anadan olub. Onun anası Liza alman, atası Helmut isə avstraliyalıdır. O ən çox, beynəlxalq bestseller olan Kitab Oğrusu və Elçi kitabları ilə tanınır. Zusak, beş kitabın müəllifidir. O 1999-2001-ci illərdə yazdığı ilk üç kitabı olan The Underdog, Fighting Ruben Wolfe və When Dogs Cry kitabları ilə beynəlxalq səviyyədə nəşr olundu və bir çox mükafat qazandı. Birinci kitabı olan The Underdog'un nəşri yeddi il ərzində başa çatdı.
Marsel Prust
Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], XVI arondisman (Paris)[d], Paris – 18 noyabr 1922[…], XVI arondisman (Paris)[d], Paris) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir. Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
Pusat (mifologiya)
Pusat - Türk və Altay xalq mədəniyyətində və mifologiyasında silah mənasına verir. Günümüzdə "at, arvad, silah" olaraq söylənən atalar sözünün orijinal forması "at, arvad, pusat" şəklindədir və bu atalar sözündə silaha verilən önəm vurğulanır. Başqa bir anlayışa görə də Türk mədəniyyətində kişi bığına, qadının saçına, atın quyruğuna icazəsiz toxunulmaz, bunların zorla kəsilməsi böyük təhqir sayılır və bu təhqir ancaq Pusatla aradan qaldırılır. Türk xalq inancında bəzi silahlara ayrı bir əhəmiyyət verilir və bunlar müqəddəs qəbul edilir. Qılınc Qılınc, türklərdə və monqollarda müqəddəs bir obyektdir. Əcdad qılıncı nəsildən-nəslə əmanət edilib evdə saxlanılır. And edilərkən əyilib qılınc öpür. Döyüş ruhunun simvolu sayılır. Skiflərdə qılınc Tanrının rəmzidir. Göydən gələn qılınclar ən güclü silahlar olaraq qəbul edilir.
Ruşan bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sulpan (Urşak)
Çulpan (başq. Сулпан, rus. Чулпан) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 16 km. ən yaxın dəmiryol stansiyasından (Söngəkgöl stansiyası): 45 km.