Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurnus
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir. Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir. Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Prunus
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.)Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Ejen Bürnuf
Ejen Bürnuf (12.8.1801, Paris – 28.5.1852, Paris) — fransız şərqşünası. == Həyatı == Xartiyalar məktəbində (1822) və Hüquq məktəbində (1823–24) təhsil almışdır. Kollej de Fransın professoru (1832) və Fransa İnstitutu Kitabələr Akademiyasının üzvüdür. == Fəaliyyəti == Pali dilinin elmi tədqiqinin əsasını qoymuş, buddizm problemləri ilə məşğul olmuş, Avesta ədəbiyyatı və dilini araşdırmışdır. "Bhaqavat-purana"nı fransız dilinə tərcümə etmişdir (1–5 cildlər, 1840–98).
Prunus laurocerasus
Prunus laurocerasus (lat. Prunus laurocerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Həmişəyaşıl kol və ya ağacdır. Hündürlüyü 5-6 (10) m-dir. Yarpaqları dərivari, uzunsov-ellipsşəkilli, 5-20 sm uzunluğunda, tamkənarlı və ya az hallarda seyrəkdişlidir, üst tərəfdən parıldayan tünd-yaşıl, alt tərəfdən bir qədər solğundur. Çiçəkləri ikicinsli, beşüzvlüdür, ağırdır, sıx çiçək salxımları qrupuna toplanmışdır, kasayarpaqcıqları sivridir, ləçəkləri tərs-yumurtavaridir, 3mm-ə qədər uzunluqdadır; erkəkcikləri 20 ədəddir, yumurtalıq oturaqdır, sadə sütuncuqludur. Meyvələri dəyirmi-yumurtavari, çəyirdəklidir, yetişəndə qaradır, çəyirdəyi hamar, yumurtavaridir.
Prunus laxinervis
Prunus laxinervis (lat. Prunus laxinervis) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus lusitanica
Prunus lusitanica (lat. Prunus lusitanica) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus maackii
Maak meşəgilası (lat. Prunus maackii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Amur vilayətinin meşələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə çatan, enli yumurtavari, dağınıq piramidal çətirli, dekorativ ağacdır. Gövdəsi hamar, parlaq, qabıqla örtülmüş gözəl, qırmızı- narıncı və ya qızılı-sarı rəngdədir. Yarpaqları 13 sm uzunluqda, ucu biz, parlaq, ellipsvari və ya uzunsov formadadır. Çiçəkləri ağ rəngdədir, diametri 0,6 sm-ə çatır. 10-50 ədədi bir yerdə olmaqla salxımlarda toplanır, iysizdir. Meyvəsinin diametri 5 sm-ə qədər olan, yumru, qara, xırda çəyirdəkmeyvədir. Çox acıdır, quşlar və ayılar tərəfindən yeyilir, ona görə vətənində «ayı giləmeyvələri» də adlandırılır.
Prunus mahaleb
Meşə albalısı (lat. Prunus mahaleb) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Orta Avropa, Kiçik Asiyada yayılıb. == Botaniki təsviri == Hündürlüyü 6-7 m-ə çatan, yaşıl və ya açıq-qonur rəngli, nazik zoğları olan ağac və ya koldur. Yarpaqları saplaqlı, yarpaq ayası dəyirmi, yumurtavari, ucu sivri, kənarları mişardişli, səthi çılpaqdır. Çiçəkləri ağ, ətirlidir, qalxanvari salxımlarda yığılmışdır. Meyvəsi 8-10 mm uzunluqda yumurtavari, qaramtıl rəngli çəyirdəkmeyvədir. == Ekologiyası == Daşlı yamaclarda və kollu cəngəlliklərdə bitir. Kölgəyə, istiyə, rütubətə davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda aşağı, orta dağ qurşaqlarında, Naxçıvanda, Talışda təbii halda rast gəlinir.
Prunus mandshurica
Mancuriya əriyi (lat. Prunus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda şimal-cənubi Çində, Koreyanın şimal yarımadalarında, dəniz ətrafı ərazilərdə, Xanka gölündən Vladivastoka qədər təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 45 sm-ə çatan ağacdır. Gövdəsinin qabığı tünd-boz, dərin çatlıdır. Cavan zoğları yaşıl və ya parlaq qırmızı-qonur rəngdədir. Yarpaqları yuxarıdan yaşıl, aşağıdan isə tünd yaşıldır. 5-12 sm uzunluqdadır, formaca neştərvari-oval, yumurtaşəkilli və ya enli-ovaldır. Çiçəkləri 2 sm diametrində sarı, çəhrayı rəngdə, iri, açıq-çəhrayı rəngdə olub, tək-tək və ya qısa çiçək saplaqlarında dəstələrlə yerləşmişdir. Çiçəkləmə müddəti 10-11 gündür.
Prunus maximowiczii
Prunus maximowiczii (lat. Prunus maximowiczii) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus minutiflora
Prunus minutiflora (lat. Prunus minutiflora) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Sinonimləri == Amygdalus minutiflora (Engelm.) W.Wight Armeniaca minutiflora (Engelm. ex A.Gray) K.Koch Emplectocladus minutiflorus (Engelm. ex A.Gray) Dayton Cerasus minutiflora (Engelm.
Prunus mume
Prunus mume (lat. Prunus mume) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus murrayana
Prunus murrayana (lat. Prunus murrayana) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus myrtifolia
Prunus myrtifolia (lat. Prunus myrtifolia) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus nipponica
Prunus nipponica (lat. Prunus nipponica) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Sinonimləri == Prunus alpina Koidz. Prunus iwagiensis Koehne Prunus iwozana Koidz. Prunus nikkoensis Koehne == İstinadlar == Prunus nipponica:''The Plant List saytında takson barədə məlumat.
Prunus subhirtella
Prunus subhirtella (lat. Prunus subhirtella) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus tenella
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada əsasən meşə və səhralarda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Prunus tomentosa
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Prunus triloba
Üçpərli badam (lat. Prunus triloba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. Qərbi Asiyada, Şimali Koreyada dəniz səviyyəsindən 600-2500 m hündürlükdə, dağlıq meşələrdə təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətirinin diametri 1,5 -2,0 m, tünd qonur rəngli zoğları olan yarpağın tökən ağac və ya koldur. Yarpaqları tünd-yaşıl, tərs-yumurtavaridir, kənarları 3 ayalıdır. Uzunluğu 2,5-6,5 sm, eni 3 sm, kənarları kül rəngli, üst tərəfdən zəif sallanandır. Çiçəkləri kasaşəkilli, yumurtavari və ya lansetvari olub, açıq çəhrayı və ya məxməri rəngdədir, diametri 2-2,5 sm-ə çatıb, tək-tək, bəzən ikisi bir yerdə qısa çiçək saplağında yerləşirlər. Ləçəkləri dairəvi və ya enli yumurtavaridir. Mayda çiçəkləyir, iyul-avqustda yumru, şişkin, sümüklü, 1,8 sm diametrində, qırmızı rəngli meyvəsi yetişir.
Prunus ursina
Prunus ursina (lat. Prunus ursina) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus vachuschtii
Prunus vachuschtii (lat. Prunus vachuschtii) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus verecunda
Prunus verecunda (lat. Prunus verecunda) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus vulgaris
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Prunus zippeliana
Prunus zippeliana (lat. Prunus zippeliana) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus × yedoensis
Prunus yedoensis (lat. Prunus yedoensis) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.