PİRNUR

həddən artıq işıqlı, nurlu.
PİRNƏZƏR
PİRNURƏ
OBASTAN VİKİ
Pirnur Məhəmmədşah Cilani
Pirnur Məhəmmədşah Cilani (15 sentyabr 1951, Pakistan – 24 dekabr 2020, Pakistan) — Pakistan siyasətçisi, Pakistan Milli Məclisinin deputatı. == Həyatı və siyasi karyerası == Pirnur Məhəmmədşah Cilani 15 sentyabr 1951-ci ildə Pakistanda anadan olmuşdur. Pakistan Milli Məclisə ilk addımlarını 2008 Pakistan ümumi seçkilərində NA-228 Umerkot seçki dairəsindən namizəd olmaqla atmağa çalışdı, lakin, seçilə bilmədi. 24 min 210 səs topladı və Navab Məhəmməd Yusifə uduzdu. Lakin, növbəti seçki prosesini gözləyən Cilani böyük ümidlərlə 2013 Pakistan ümumi seçkilərində NA-230 Tarparkar seçki dairəsindən deputatlığa namizəd oldu və qalib gəldi. 61 min 903 səs toplayaraq bununla da Məkdum Şah Mahmud Hüseyn Qureyşini məğlub etdi. Eyni seçkilərdə PS-62 Tarparkar seçki dairəsindən bitərəf olaraq Sindh Əyalət Məclisinin deputatlığına namizəd oldu və heç bir səs toplamayaraq Məkdum Xəlilüzzamana uduzdu. Sonuncu dəfə 2018 Pakistan ümumi seçkilərində NA-221 Tarparkar seçki dairəsindən deputatlığa namizəd olan Cilani yenidən Milli Məclisə deputat olaraq seçildi və ömrünün sonuna qədər bu vəzifəni icra etdi. == Ölümü == Böyük insan itkisinə səbəb olan koronavirus pandemiyasına yoluxan Pirnur Məhəmmədşah Cilaninin yoluxduğundan bir müddət sonra vəziyyəti daha da ağırlaşdı. Müalicə olunsa da, pandemiyadan xilas ola bilmədi və Pirnur Məhəmmədşah Cilani 24 dekabr 2020-ci ildə Pakistanda müalicə aldığı xəstəxanada vəfat etdi.
индетермини́зм полпре́д препара́торский развя́зно севрю́жина сифилидологи́ческий совмеща́ться фарао́нов чей-нибу́дь арлекина́да высокомолекуля́рные соединения наплеска́ть пожина́ть слобода́ Семен disability dorter onliness Ossetic sir sport stellerid subdelirium градус клерикальный