Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Frederik Bastiat
Klod Frederik Bastiat (30 iyun 1801, Bayonna[d] – 24 dekabr 1850[…], Roma)— Fransız klassik liberal nəzəriyyəçisi, siyasi iqtisadçı və Fransa Assambleyasının üzvü olub. == Bioqrafiyası == Klod Frederik Bastiat 30 iyun 1801-ci ildə Fransanın Akvitaniya əyalətində, Bayonna şəhərində doğulmuşdur. Doqquz yaşında yetim qalan Frederik atasının valideynlərinin(nənə-babası) himayəsində böyümüşdür. 17 yaşında o, məktəbi tərk etmiş və vaxtının çoxunu ailə biznesinin ixracatçısı olaraq işə sərf etmişdir. İqtisadçı Tomas Dilorenzo bildirir ki, bu ailə biznesi təcrübəsi Bastiatın sonrakı yaradıcılığında mühüm rol oynamışdır. Çünki bu, gənc Frederikə bazarda ticarət qaydalarının müəyyən təsirlərini birbaşa yerində öyrənməyə imkan yaratmışdır. Onun intellektual maraq dairəsi müxtəlif idi, bura fəlsəfə, tarix, siyasət, din, səyahət, şairlik, siyasi iqtisad və bioqrafiya daxil idi. Onun iqtisadçı kimi ictimai karyerası yalnız 1844-cü ildə başladı və 1850-ci ildə ölümüylə başa çatdı. Bastiat ehtimala görə Fransa boyunca dolaşıb öz ideyalarını təbliğ etdiyi müddətdə vərəm xəstəliyinə tutulmuşdur. Bu xəstəlik onun gələcək nitqlərini də etməyə imkan vermədi(xüsusən, onun 1848 və 1849-cu ildə seçildiyi qanunvericilik assambleyasında) və həyatına son qoydu.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.