Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Batrak (Bakalı)
Batrak (başq. Батрак, rus. Батрак) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 55 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (61 %) üstünlük təşkil edir.
Mahaşiva Ratra
Mahaşiva Ratra (Şiva allahının böyük geçəsi) - Hindistanda Şiva allahının şərəfinə keçirilən bayram. == Bayramın keçirildiyi tarix == Mahaşiva Ratra bayramı hər il (yanvar-fevral) ayında yeni ayın görünməsi ilə keçirilir. 2017-ci ildə Hindistanda Mahaşiva Ratra bayramı 24-25 fevralda keçirilmişdir. == Bayram necə keçirilir == Bayram, adətən yerli vaxtla günəşin batdığı andan başlayır. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (maha-böyük deməkdir) bayramı da adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini yeməklə "mükafatlandırırlar", çünki bundan sonra oruc mərasimi başlayır. Bu bayram qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar Parvatiyə (Əfsanəyə görə Şivanın arvadıdır) onlara uğurlu ailə həyatı, gözəl uşaqlar bəxş etməsi üçün dua edirlər. Dindarlar "katha"-Şiva haqqında tarixi oxuyur, onun şərəfinə həsr olunmuş himnləri ifa edirlər.
Artsak
Arsak — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Artsak (mahnı) — 1999-cu ilin erməni mahnısı.
Kathak
Kathak (hindi : कथक) Şimali Hindistana məxsus olan klassik rəqs üslubudur. Bu rəqsdə sürətli ayaq hərəkətləri, fırlanmalar və əl hərəkətləri vacibdir. Hər rəqs bir hekayədən danışır. Keçmişdə “kathaka” adlı nağılçılar mifləri, mifoloji hekayələri rəqs hərəkətlərinin müşayiəti altında danışırdılar. Məhz bu rəqslərə əsaslanaraq hekayələrin danışılması ənənəsi nəsildən-nəslə keçmiş və günümüzə qədər gəlib çatmışdır.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Lavrak
Lavrak (lat. Dicentrarchus labrax) — xanıkimilər dəstəsindən balıq növü.
Patras
Patras (q.yun. Πάτραι, yun. Πάτρα, lat. Patrae) və ya Baliyabadra (türk. Balyabadra) – Yunanıstanda şəhər. Konstantinos Stefanopulos — 1995-2005-cı illərdə Yunanıstanın prezidenti.
Qatran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Raraka
Raraka (fr. Raraka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan 40 km şərqdədir. Ensiz üzük formasına malikdir. Atollun sahəsi 7,2 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Fakarava kommunasına daxildir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Batrax
Batrax (lat. Batrachoides) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Atrek
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. == Adının etimoloqiyası == Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. == Coğrafiyası == Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. == Gidroqrafiyası == İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Catra
Catra (sanskritcə hərəkət, səfər, səyahət, təntənəli nümayiş, bayram; sonralar– tamaşa) — xalq tamaşasının qədim növü, musiqi, nəğmə, rəqs və oyunlarla müşayiət olunan kütləvi gəzintilər. == Tarixi == 1-ci minilliyin sonu – 2-ci minilliyin əvvəlində yaranmışdır; ən çox Hindistanın şimal şərqində və Nepalda yayılmışdır. == Təsviri == Catra, əsasən, kortəbii, hər hansı ailə, icma şənlikləri və yaxud dini bayramlar zamanı təşkil olunur. Müxtəlif yerlərdə və istənilən vaxtlarda (məs., axşam vaxtı kəndin ortasında tonqal ətrafında) keçirilə, müxtəlif miqyasda (lokal-etnikdən ümummilliyədək) ola bilər. Catra Benqaliya və Orissada 15–16-cı əsrlərdə musiqili rəqs dramının (catraqan) mifoloji süjetləri əsasında teatrlaşdırılmış tamaşa kimi yaranmışdır. Açıq havada, şüvüllər üzərinə tarım çəkilmiş böyük örtük (aktyorlar və tamaşaçılar üçün) altında oynanılır. 18-ci əsrin sonlarından repertuarı xeyli genişlənmiş, ənənəvi Catra sənəti tədricən peşəkar sənətə çevrilmişdir.
Hatra
Hatra (ərəb. الحضر‎ al-Ḥaḍr) — İraqın Ninəvə mühafazası və Cəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır. Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin Ellinizm və Qədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi. 7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.
Matra
Matra (Avstriya. Mátra) — Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Ətrak
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Kotrak xan
Kotrak xan (bolq. Котраг, tatar. Көдрә - qıvırcıq, qıvrım çuvaş Katra Pattar) -Kubrat xanın oğlu, İdil Bulqar dövlətinin qurucusu.
Mikloş Tatray
Mikloş Tatray (19 sentyabr 1986) — Macarıstanlı atıcı. Mikloş Tatray Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mikloş Tatray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 567 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Patrik Andrade
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi. Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır. 2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır. Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir. Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir. 28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.
Patrik Aşi
Patrik Aşi (fr. Patrick Achi; 17 noyabr 1955, Paris) — 26 mart 2021-ci ildən etibarən Kot-d'İvuarın Baş naziri vəzifəsini icra edən Kot-d'İvuar siyasətçisi. Aşi Parisdə Kot-d'İvuar əsilli ana və fransız əsilli atadan doğulub. O, Fransa və ABŞ-da təhsil alıb. Atasının adı Eratum, anasının adı isə Attiyedir. 16 aprel 2020-ci ildə COVID-19-dan müsbət test verdiyini və növbəti bildirişə qədər özünü təcrid etdiyini açıqladı. 2021-ci ilin may ayında o, yorğunluq və tibbi müayinədən keçmək üçün Parisə aparılıb. 2010–2017-ci illər arasında Aşi Qiyom Soro, Janno Aussu-Kuadio və Deniyel Kablan Dunkan hökumətlərində İqtisadi İnfrastruktur Naziri olub. Aşi xəstəxanaya yerləşdirilən Baş nazir Həməd Bakayokonun vəzifələrini icra etmək üçün 8 mart 2021-ci ildə Baş nazir təyin edildi. Bakayoko iki gün sonra vəfat etdi.
Patrik Berger
Patrik Berger (d. 10.11.1973, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Patrik Braxner
Patrik Braxner (alm. Patrick Brachner‎; 7 yanvar 1992, Avstriya) – Azərbaycanı təmsil edən avstriyalı xizəkçi. 2014-cü il Qış Olimpiya oyunlarında Azərbaycanı slalom və böyük slalom idman növlərində təmsil etmişdir. Açılış mərasimində Azərbaycan bayrağını o daşımışdır. Patrik Azərbaycanı 2018 Qış Olimpiya Oyunlarında da təmsil edib və heç bir medal qazanmayıb.
Patrik Broun
Patrik Broun (ing. Patrick Browne; 1720[…], Meyo[d] – 29 avqust 1790) — İrlandiya botaniki. Browne, P. (1756). The civil and natural history of Jamaica in three parts. 503 p., 49 p. Brownea Jacq., 1760, nom. cons. bitki cinsi Geocapromys brownii məməli növü Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed. 2.