Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Radok gölü
Radok — Antarktidanın şərqində yerləşən şirinsulu göl. Göl Biver gölündən 5 km cənub-qərbdə, Aramis silsiləsindən isə 24 km cənub-şərqdə yerləşir. Antarktidanın ən dərin gölü hesab edilir. Onun dərinliyi 362 metrdir. Göl ilk dəfə 1956-cı ildə Avstraliya Millli Antaktika Araşdırma ekspedisiyası tərəfindən xəritəyə salınmışdır. Adı ekspedisiyanın qlyasiologiya proqramına böyük dəstəyi olan Melburn Universitetində məruzə oxuyan meteoroloq Uve Radokun şərəfinə adlandırılmışdır. Göl Antarktidanın dəqiq şəkildə müəyyənləşən ən dərin gölü olmaqla yanaşı həm də indiyənə kimi məlum olan yeganə şirinsulu göldür. Gölün sahilində buzlaq dili mövcuddur..
Draco draco
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Kacol
Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey) — Hindistan aktrisası. Boyu : 157 sm == Həyatı == Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir.
MacOS
macOS — (əvvəllər OS X, ilk dəfə Mac OS X) Apple tərəfindən Mac kompüterləri üçün yaradılmış əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır. Mac-ın istehsalına 1984-cü ildə başlanılmışdır.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Radlk.
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Radon
Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Rafik
Rafik — Kişi adı. Rafik Zexnini — peşəkar Norveç futbolçusu. Rafik Əl-Həriri — Digər Rafik (Xaybulla) — Xaybulla rayonunda kənd.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. Şimali Koreya Şimali Koreya coğrafiyası North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Rasək
Rasək — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sərbaz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,931 nəfər və 1,102ailədən ibarət idi.
Rayon
Rayon (fr. rayon — radius, şüa) — böyük yaşayış məntəqəsi. Rayona tabe kəndlər, qəsəbələr, qismən də şəhər və şəhər tipli qəsəbələr vardır.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Xaçik
Xaçik — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Dracaena draco subsp. draco
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Dünkerk (rayon)
Dünkerk (fr. Dunkerque) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Nor. Suprefektura — Dünkerk. Rayonun əhalisi 2012-cı ildə 377 314 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 235 nəf / km² . Rayon ərazisi — 1608 km².
Erik Ramos
Erik Fabian Ramos — Paraqvay futbolçusu, "Neftçi Bakı" klubunun eks-oyunçusu və Paraqvay milli futbol komandasının oyunçusu. == Karyera == === Klub karyerası === Erik Ramos Karapequada doğulub. Karyerası boyunca Ramos Paraqvayda və Azərbaycanda "12 oktyabr", "3 fevral", "Rubio Nyu", "Neftçi Bakı" futbol klublarında oynayıb. 2012-ci ilin yayında Erik Ramos "Neftçi Bakı" ilə 1 illik icarə müqaviləsi imzalayıb. İlk mövsümdə o klubu ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi və Azərbaycan kubokunun sahibi olub. 2012–2013-cü il mövsümündən sonra 2 klub öz aralarında transfer barədə anlaşa bilməyib və Erik Ramos Paraqvaya qayıdıb. 2014-cü ilin iyununda "Neftçi Bakı" Erik Ramosun klubuna transfer üçün pul ödəyib və müqavilə imzalanıb. 2015–2016-cı il mövsümündəki Azərbaycan kubokunun finalından sonra Erik Ramos klubda qalmayacağını bildirib. === Milli === Erik Ramosun Paraqvay milli futbol komandasında debütü 2012-ci ildə olub.
Evri (rayon)
Evri (fr. Évry) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Eson. Suprefektura — Evri. Rayon əhalisi 2006-cı ildə 500 139 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1066 nəf / km². Rayon sahəsi — 469 km².
Evrö (rayon)
Evrö (fr. Évreux) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ör. Suprefektura — Evrö. Rayon əhalisi 2014-cı ildə 247 817 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 259 nəf / km². Rayon sahəsi — 958 km².
Fijak (rayon)
Fijak (fr. Figeac) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo (departament). Suprefektura — Fijak. Rayon əhalisi 2006-cı ildə 52 869 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 34 nəf / km². Rayon sahəsi — 1550 km².
Florak (rayon)
Florak (fr. Florac) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lozer. Suprefektura — Florak. Rayon əhalisi 2006-cı ildə 13 042 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8 nəf / km². Rayon sahəsi — 1687 km².
Fontenblo (rayon)
Fontenblo (fr. Fontainebleau) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Fontenblo. Rayon əhalisi 2006-cı ildə 147 507 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 120 nəf / km². Rayon sahəsi — 1227 km².
Forbak (rayon)
Forbak (fr. Forbach) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Forbak. Rayon əhalisi 2006-cı ildə 171 779 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 306 nəf / km². Rayon sahəsi — 561 km².
Forkalkye (rayon)
Forkalkye (fr. Forcalquier) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Provans Alpları (departament). Suprefektura — Forkalkye. Rayon əhalisi 2006-cı ildə 83 045 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 39 nəf / km². Rayon sahəsi — 2112 km².
Henry Bacon
Henry Bacon (28 noyabr 1866[…] – 16 fevral 1924[…], Manhetten, Nyu-York ştatı), əsasən, Beaux-Arts memarlıq üslubuna uyğun olaraq memarlıq əsərləri hazırlayan və həyata keçirən Amerika memarıdır. Tanınmış əsərləri arasında ABŞ-nin paytaxtı Vaşinqtonda son layihəsi olan Linkoln memorialı (1915–1922-ci illərdə qurulmuşdur.) da vardır.