Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Respirator
Respirator — nəfəs orqanlarını zərərli maddələrdən və müxtəlif növ tozlardan mühafizə edən maska. Respiratorlar əleyhqaza nisbətən daha yüngül, istifadə üçün daha sadə, rahat mühafizə vasitələridir. Lakin respiratorlar nəfəs orqanlarını havada zərərli maddələr yolverilən yüksək konesntrasiyasadan 10-15 dəfəyədək artıq olmayan hallarda mühafizə edir. Yolverilən yüksək konsentrasiya müəssisənin iş zonasının havasındakı elə elə maddələrin miqdarına deyilir ki, belə miqdar insanın bütün iş stajı dövründə, gündə 8 saat iş rejimində müasir metodlarla aşkar edilməsi mümkün olan heç bir xəstəlik törədə bilməyir. Xlordan, ammonyakdan, sionid turşusundan və başqa güclü zəhərli TKM-dən mühafizə məqsədilə respiratorlardan istifadə etmək qadağandır. Respiratorlar quruluşuna görə əsas 2 növə ayrılırş birinci növ respiratorlarda süzücü maska eyni zamanda süzücü element rolunu oynayır. ŞB-1 “Lepestok-200”, “Lepestok-40”, U-2K, RP-K məhz belə respiratorlardandır. Ikinci respiratorlarda isə süzücü növ elementlər xüsusi patronlarda yerləşdirilir. Bu növə “Astra”, F-62Ş, RPQ-67, RU-67 markalı respiratorlar aiddir. Hazırda başlıca süzücü elementlər yüksək polimer maddələr əsasında hazırlanmış materiallardan ibarətdir ki, bunlar petryanov süzgəci, FPP-15 və FPP-70 adlanırlar.
Kəskin respirator distress sindromu
Şok ağciyər (kəskin respirator distress sindromu) — ağciyər alveolyar sisteminə xas olan hüceyrə komponentlərinin (epitelial və endotel hüceyrələri) ciddi şəkildə təsirləndiyi kəskin bir vəziyyətdir. ARDS prosesi ağciyərlərdə geniş yayılmış iltihabın sürətlə başlaması və bütün alveolları təsir edən zədələnmə (diffuz alveolyar zədə — DAD) ilə tənəffüs çatışmazlığının bir növüdür. Əgər törədici aradan qaldırıla bilsə, xəstədə olan səthi tapıntılar qısa müddətdə yox olacaq. Törədici güclü olduğu hallarda tənəffüs dəstəyi tələb edən intensiv hipoksiya (oksigen aclığı) vəziyyəti inkişaf edir. Orta ölüm: 50% (yaşlılarda 90%). Sağ qala bilən xəstələrdə tənəffüs funksiyalarına ciddi təsir göstərən ağciyərlərdə geniş yayılmış toxuma məhvi (xroniki interstisial ağciyər xəstəliyi) baş verə bilər.