Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reç Pospolita
Reç Pospolita (pol. Rzeczpospolita) — Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət. Torpaqlarının 1795-ci ildə Rusiya, Prussiya və Avstriya arasında bölünməsi ilə ləğv edilmişdir. Livoniya müharibəsində Litva ağır vəziyyətə düşdü. Litvanın yuxarı dairələri xilas yolunu Polşa ilə birləşməkdə gördü. 1569-cu ildə Lublin şəhərində Polşa ilə Litva arasında uniya bağlandı.Bu iki dövlət Reç Pospolita adlı dövlətdə birləşdi. Bu dövlətə Ukrayna və Belorusiya ərazisinin də bir hissəsi daxil idi. Polşa-Litva maqnatları (Polşada iri feodal, varlı və əsilli şəxs) və şlyaxtası (Polşada hakim feodal təbəqəsi) yaranmış vəziyyətdən istifadə edib rusları Baltik sahilindən çıxarmağa və rus torpaqlarını tutmağa çalışırdılar. Lakin 1572-ci ildə Reç Pospolita krallıq oldu. Rus çarı IV İvan Reç Pospolita taxtına sahib olmaq istədi.
Reç Pospolita dövləti
Reç Pospolita (pol. Rzeczpospolita) — Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət. Torpaqlarının 1795-ci ildə Rusiya, Prussiya və Avstriya arasında bölünməsi ilə ləğv edilmişdir. Livoniya müharibəsində Litva ağır vəziyyətə düşdü. Litvanın yuxarı dairələri xilas yolunu Polşa ilə birləşməkdə gördü. 1569-cu ildə Lublin şəhərində Polşa ilə Litva arasında uniya bağlandı.Bu iki dövlət Reç Pospolita adlı dövlətdə birləşdi. Bu dövlətə Ukrayna və Belorusiya ərazisinin də bir hissəsi daxil idi. Polşa-Litva maqnatları (Polşada iri feodal, varlı və əsilli şəxs) və şlyaxtası (Polşada hakim feodal təbəqəsi) yaranmış vəziyyətdən istifadə edib rusları Baltik sahilindən çıxarmağa və rus torpaqlarını tutmağa çalışırdılar. Lakin 1572-ci ildə Reç Pospolita krallıq oldu. Rus çarı IV İvan Reç Pospolita taxtına sahib olmaq istədi.
Reç Pospolitanın bölüşdürülməsi
Reç Pospolitanın bölüşdürülməsi, Polşanın bölüşdürülməsi (pol. Rozbiory Polski, rozbiory Rzeczpospolitej) — XVIII əsrin sonunda Polşa-Litva dövləti (Reç Pospolita) ərazilərinin Prussiya krallığı, Rusiya imperiyası və Habsburq monarxiyası arasında 1772, 1792 və 1795-ci illərdə bölünməsi. Polşanın dördüncü bölünməsi 1815-ci ildə Vyana konqresində baş vermişdir. 1918-ci ildə müstəqillik qazanmış Polşanın beşinci bölünməsi isə, 1939-cu ildə Sovet İttifaqı ilə Nasist Almaniyası arasında baş verdi. == Zəmin == XVIII əsrin ortalarında Reç Pospolita artıq tam müstəqil deyildi. Polşa krallarının seçilməsinə Rusiya imperatorlarının birbaşa təsiri var idi. Bu təcrübə, Reç Pospolitanın sonuncu hökmdarı, Rusiya imperatoru Böyük Yekaterinanın sevimlisi Stanislav Avqust Ponyatovskinin taxt-taca seçilməsinin timsalında xüsusilə aydın görünür. IV Vladislavın hakimiyyəti dövründə (1632-1648) liberum veto hüququndan getdikcə daha çox istifadə olunurdu. Bu parlament proseduru Reç Pospolitanın qanunverici orqanının - Seymin bütün zadəgan nümayəndələrinin bərabərliyi konsepsiyasına əsaslanırdı. Belə ki, hər bir qərar yekdil razılıq tələb edirdi.
IEC
Beynəlxalq Elektrotexnika Komissiyası - (ing. International Electrotechnical Commission, IEC, rus. Международная электротехническая комиссия, türk. Uluslararası Elektroteknik Komisyonu) – elektronika və elektrotexnika sahəsində, o cümlədə elektrik və başqa avadanlıqların təhlükəsizliyi üzrə standartlarla məşğul olan beynəlxalq təşkilat. Əsası 1906-cı ildə qoyulub və Cenevrə şəhərində yerləşir. Dünyanın 81 ölkəsi bu komissiyanın üzvüdür. IEC ölçü vahidləri, xüsusən, qauss, hers və veber üçün standartların inkişafına və yayılmasına yardım edib. == Həmçinin bax == Amerika Milli Standartlar İnstitutu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ləc
Ləc (Soyuqbulaq) —
NEC
NEC (yap. 日本電気株式会社) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən dünyanın ən iri telekommunikasiya şirkətlərindən biridir. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət Fortune Global 500 siyahısında 241-ci yeri tutub (2011). NEC Sumitomo qrupun üzvüdür. NEC Mobile Communications 1 may 2010-cu ildə yaradılmış mobil telefon istehsalçısı idi. O, NEC-in 70,74%-nə, Casio-nun 20,00%-nə və Hitachi-nin 9,26%-nə sahib olduğu üç Yapon elektronika istehsalçısı NEC, Casio və Hitachi arasında birgə müəssisə kimi başlamışdır.[1] Bir vaxtlar şirkət Yaponiyada mobil terminalların ikinci ən böyük istehsalçısı idi.[2] Şirkətin baş ofisi Kanaqavanın Kawasaki şəhərində yerləşirdi. Şirkət 2016-cı ilin martında ləğv edilib. == Tarixi == Şirkət 1899-cu ildə Tokioda açılıb. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olub.
Peç
Peç (şəhər, Macarıstan)
REA
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 860 həqiqi üzvü, 1113 müxbir üzvü, 715 akademiyasının professoru vardır. == Rəhbərlik == Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). == Ədəbiyyat == Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Rej
Rej — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Ren
Ren (fr. Rennes, IPA: [ʁɛn]) — Fransanın Brötan regionun paytaxtı , İl və Vilen departamentində yerləşən şəhərdir. == Demoqrafiyası == == Qardaşlaşmış şəhərlər == Setif, Əlcəzair Löven (nid. Leuven, fr. Louvain, alm. Löwen‎), Belçika Ekseter (ing. Exeter), Böyük Britaniya Xyüe (vyet. Huế), Vyetnam Erlanqen (alm. Erlangen‎), Almaniya Kork (ing. Cork, irl.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Req
Req — (rus. рег, ing. reg) Əlcazair Saxa­rasında düzənlik daşlı səh­ranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvi­nin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşın­mış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəl­liflər R. Liviya səhrasındakı “serir” termininin sinonimi hesab edirlər.
Rev
Rev (Əsgəran)
Rey
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi. == Tarixi == Ərəb sərkərdəsi Ömər bin Saad I Müaviyə və I Yezidlə, hər iki xəlifə ilə yaxın münasibətdə olmuşdur. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi təyin edilmişdir. 1194-cü ildə Xarəzmşahlar ilə İraq Səlcuqlu dövləti arasında aparılan böyük savaşla məşhur olmuşdu. Savaşdan sonra Xarəzmşahların idarəsinə keçən şəhər, sırayla İran və Osmanlı dövləti arasında əl dəyişdirdi. İran-İraq müharibəsi sırasında yerlə bir edilən şəhər, günümüzdə İran İslam Respublikası sərhədləri içərisindədir. Səlcuqlular dönəmində ən önəmli tibb və elm mərkəzi halına gəlmiş bir şəhər idi. Nizamülmülkün əmrləriylə təhsil üçün aparılan yeniliklərin başladığı və ən önəmli gəlişmələrin yaşandığı şəhərdir. Böyük Səlcuqlu imperiyasının qurucusu Toğrul bəy 8 Ramazan 455-ci (5 sentyabr 1063) ildə burada dünyasını dəyişib dəfn edilmişdir.
Rəcm
Rəcm və ya daşqalaq (lat. lapidatio) — hələ qədimlərdə yəhudilərə və yunanların icra etdikləri ölüm hökmü növü. Quran ayələri daşqalağın əvvəlki qövmllərdə də olmasını təsdiq edir. Məsələn, "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"", yaxud, (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.
Osmanlı-Reç Pospolita müharibələri
Osmanlı-Reç Pospolita müharibələri, XVII əsr boyu davam etmiş olan Osmanlı imperiyası ilə Reç Pospolita arasındakı hərbi toqquşmalardır. Osmanlı-Reç Pospolita müharibəsi (1620-1621). Baxın: Hotin müqaviləsi Osmanlı-Reç Pospolita müharibəsi (1633-1634) Osmanlı-Polşa müharibəsi (1672-1676). Baxın: Buçaş müqaviləsi. Osmanlı-Müqəddəs İttifaq müharibəsi. Baxın: Karlovitsa müqaviləsi.
Re:Re:
Re:Re: – Yaponiyanın Asian Kung-Fu Generation musiqi qrupunun "Sol-fa" albomuna daxil olan sinql. 2016-cı ildə qrup albomu və mahnını yenidən yazmış və 16 mart 2016-cı ildə buraxmışdır. Mahnının 2016-cı il versiyası "Erased" animesinin açılış mahnısı olmuşdur. == Musiqili video == Sinql üçün hazırlanan musiqili videonun rejissoru Kazuyoşi Okudur. Video qrupun köhnə musiqi videoları ilə canlı performanslarının qarışığından ibarətdir. Videonun sonunda bütün görüntü birləşir və ortaya "Re:Re:" sözü ortaya çıxır. == Trek siyahısı == Bütün sözlər Masafumi Qoto tərəfindən yazılmışdır..
Adrienna Riç
Adrienna Riç (ing. Adrienne Cecile Rich; 16 may 1929[…], Baltimor, Merilend[…] – 27 mart 2012[…], Santa-Kruz[d], Kaliforniya) — Amerikalı şairə, publisist, feminizmin ikinci dalğasının nümayəndəsi. == Bioqrafiyası == Anası — pianoçu və bəstəkar, metodistlərə aid idi, atası bioloq və yəhudi əsilli həkim idi. Kembricdəki Radkliff Kollecini bitirib. O, 1951-ci ildə Hyu Oden şəxsi seçimi ilə Gənc Şairlər üçün Yel Mükafatını alan "Dünyanın Dəyişməsi" (ing. A Change of World) adlı şeirlər kitabı ilə debüt etdi (Oden kolleksiyanı ön sözlə müşayiət etdi). 1966-cı ildən əri və üç oğlu ilə Nyu-Yorkda yaşayırdı. O, yeni solçular ilə yaxınlaşdı, müharibə əleyhinə nümayişlərdə, vətəndaş hüquqları hərəkatında iştirak etdi. O, 1960-cı illərin sonunda ərindən boşanıb. 1976-cı ildən o, həyatını Yamayka əsilli yazıçı Mişel Klifflə (1946-cı il təvəllüdlü) bölüşür.
Aline Reiç
Aline Reiç (6 sentyabr 1974) — Meksikanı təmsil edən bədii üzgüçü. == Karyerası == Aline Reiç Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirdə Aline Reiç 8-ci pillənin sahibi olub.
Ceyms Rey
Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi Amerika polkovniki V.Haskelin müavini olmuşdur. 1919-cu ilin oktyabrında Haskel Parisə çağırıldıqda, onu əvəz edən Ceyms Rey Naxçıvanda və Şərur-Dərələyəzdə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə danışıqlar aparmış, oktyabrın 24-də V.Haskelin Naxçıvanda neytral zona yaratmaq barədə bəyanatını Müsəlman Milli Şurası qarşısında elan etmişdir. Bəyanata əsasən, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund Dellinin qubernator təyin edilməsi haqqında iki bənddən ibarət sərəncam imzalamış, lakin Milli Şuranın və Naxçıvan əhalisinin təkidilə qərarını dəyişdirərək, polkovnik Dellinin Naxçıvanda general-qubernator deyil, Amerika ali komissarının nümayəndəsi kimi qalmasına razılıq vermişdir. Ceyms Rey Naxçıvana səfərində neytral zona üçün nəzərdə tutulan bu ərazini Azərbaycandan ayırmağın mümkün olmadığını anlamışdır. 1919-cu il noyabrın 23-də Azərbaycanla Ermənistan arasında bağlanmış sazişi ABŞ tərəfindən təminatçı kimi Ceyms Rey də imzalamışdır. Sazişin 3-cü bəndinə görə, tərəflər hər hansı bir məsələni dinc yolla həll edə bilmədikdə neytral şəxslərdən ibarət münsiflər məhkəməsinin qərarını özləri üçün məcburi hesab etməli idilər. Sazişdə belə neytral şəxsin Ceyms olduğu göstərilirdi. Ceyms Rey, həmçinin Harbord missiyasının Azərbaycan üzrə müvəkkili olmuşdur. Paris sülh konfransındakı Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər.
Eddison Rey
Eddison Rey İsterlinq (ing. Addison Rae Easterling; 6 oktyabr 2000, Lafayette[d], Luiziana) — ABŞ aktrisası, fotomodeli, rəqqasəsi və müğənnisi.
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. == Həyatı == Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
HEC Paris
HEC Paris ( École des hautes études commerciales de Paris ), Jouy-en-Josas, Paris və Doha da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1881-ci ildə qurulan məktəb. HEC, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 1-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Fransua Olland kimi adlar vardır.