Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir.Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər. Bu səs, söz təkrarları isə hamı tərəfindən eyni zamanda, ritmik surətdə deyilirdi.
Ritm-end-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. == Tarixi == İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
Ritm-ənd-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. == Tarixi == İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
Riim Mansur
Riim Mansur (20 dekabr 1993, Cizə) — Misirli oxatan. Riim Mansur Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Riim Mansur birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Lin Şih-çia ilə üz-üzə gəldi. Həmin görüşdə Riim Mansur rəqibinə 0:6 hesabı ilə uduzdu.
Riom (rayon)
Riom (fr. Riom) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Püi-de-Dom. Suprefektura — Riom. Rayon əhalisi 2006-cı ildə 114 657 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon sahəsi — 2300 km².
Rita Dravuç
Rita Dravuç (14 aprel 1980, Solnok) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Rita Dravuç, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Rita Dravuç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Rita Dravuç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Heyvort
Rita Heyvort (ing. Rita Hayworth, 17 oktyabr 1918, Nyu-York, ABŞ — 14 may 1987, Nyu-York, ABŞ) — ABŞ aktrisası.
Rita Kestxey
Rita Kestxey (d. 10 noyabr 1991) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Rita Kestxey, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Rita Kestxey, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Ora
Rita Ora (ing. Rita Sahatçiu Ora; 26 noyabr 1990, Priştina, Kosovo) — ingilis müğənni və aktrisa. 2012-ci ildə ilk albomu Ora, Birləşmiş Krallıqda siyahılarda birinci yerə yüksəldi. Albomun ən məşhur sinqlları R.İ.P və How We Do(Party) olmuşdur. Rita Ora, arxa-arxaya üç dəfə zirvədə olmaqla UK Singles Chartda bir nömrə olan ən çox sinqla malik müğənni oldu Həmçinin 2015-ci ildə The Voice UK dördüncü sezonunda jüri stulunda əyləşmişdir.
Rita Renuar
Rita Renoir (16 yanvar 1934, 15-ci Paris dairəsi[d] – 4 may 2016, XVIII arondisman (Paris)[d]) — fransız kino və teatr aktrisası. == Həyatı == Rita Renuar 1938-ci ildə Parisda anadan olmuşdur.Aktrisa 1960-cı illərdə "Crazy Horse Saloon"da çalışmağa başlasa da, son 10-15 ildə teatrda işləməyə üstünlük vermişdir.. 4 may 2016-cı ildə 78 yaşında vəfat edib. == Kino == 1953: Les Compagnes de la nuit 1958: Le Sicilien 1962: Commandant X (TV) 1963: Mondo di notte n. 3 1963: Dragées au poivre 1964: Ni figue ni raisin (TV) 1964: Qırmızı səhra, rejissor Mikelancelo Antonioni 1966: Chappaqua 1967: Fantomas Skotland-Yarda qarşı 1970: Cannabis 1975: Le Futur aux trousses 1981: Sois belle et tais-toi 1982: The Angel 1984: Lire c'est vivre: Élie Faure, Vélasquez et les Ménines (TV) == Teatr == 1965: Du vent dans les branches de sassafras, rejissor René Dupuy; Miriam 1967: Le Désir attrapé par la queue, Pablo Pikasso 1973: Et moi qui dirai tout, Le Diable, Théâtre de Plaisance, Paris == Biblioqrafiyası == J'aime le strip-tease, Frank Horvat-Patrick Lindermohr, Éditions Rencontres, 1962 Entretien avec Rita Renoir, in Plexus, la revue qui décomplexe, n. 3, Paris, 1966 Homenaje a una joven bruja, Julio Cortázar, Territorios, Mexico-Madrid-Buenos Aires, Siglo Veintiuno, 1978 Le Diable et la Licorne: métaphysique du strip-tease, Jean-Pierre Georges, Paris, La Table ronde, 2004, 153 pagg. == İstinadlar == == Xarici keçidlər == Rita Renuar — IMDb səhifəsi Jean-Michel Palmier, «Rita Renoir: Les Voyeurs attrapés par la queue», in Politique Hebdo.
Rita Taketsuru
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür.Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər. O, ərinə "Nikka Whisky" şirkətini yaratmaqda və 1940-cı ildə Yaponiyada ilk viskisinin hazırlanmasında böyük dəstək göstərmişdir.
Rita Zeqiri
Rita Zeqiri (8 dekabr 1995) — Kosovolu üzgüçü. Rita Zeqiri Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rita Zeqiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:12.31 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Rita Əmirbəyova
Rita Cəmil qızı Əmirbəyova (d. 30 avqust 1955) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rita Əmirbəyova 30 avqust 1955-ci ildə Bakıda anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini (Cənnət Səlimovanın kursunu) bitirmişdir. == Fəaliyyəti == Rita Əmirbəyova 1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Aktrisa teatr səhnəsində yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini nümayiş etdirə bilir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi kinofilmlərə də çəkilmişdir.
Şotland Riti
Qədim və Qəbul Edilmiş Şotland Nizamnaməsi (ing. Scottish Rite) — Masonluqda dərəcələndirməni ifadə etmək üçün istifadə edilən masonluq ritlərindən biri. Şotland Riti masonlar arasında ən geniş istifadə edilən ritdir.
Rim Yaquzin
Rim Yaquzin (başq. Рим Зәйнәғәбит улы Янғужин; 15 noyabr 1941, Sterlitamak rayonu, Başqırd MSSR – 11 noyabr 2007, Ufa, Başqırdıstan, Rusiya) — Sovet və rus etnoqrafı, başqırdların etnogenezi və etnik tarixi problemləri, eləcə də onların ənənəvi iqtisadiyyatı və sosial quruluşunun öyrənilməsi üzrə mütəxəssis. Tarix elmləri doktoru (1990), professor (1991). == Bioqrafiyası == 5 noyabr 1941-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Sterlitamak rayonunun Ayuçevo kəndində anadan olmuşdur. İşimbay şəhərinin 3 nömrəli orta məktəbini (sonradan 2 saylı internat məktəbi), 1964-cü ildə isə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini qızıl medalla bitirmişdir. Moskva Dövlət Universitetinin Etnoqrafiya kafedrasında aspiranturada oxumuş və 1969-cu ildə tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1968-ci ildən Başqırd Dövlət Universitetində çalışmış, baş müəllim, dosent, professor və SSRİ tarixi kafedrasının müdiri, 1991-ci ildən Başqırdıstan tarixi və etnoqrafiya kafedrasının müdiri olmuşdur. 1989-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetində "18-19-cu əsrlərdə Başqırd xalqının iqtisadiyyatı və sosial quruluşu" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiya müdafiə etmişdir. Rim Yaquzin ictimai işlərdə çox iştirak edir. Kəndlərdə və qəsəbələrdə Başqırdların etnologiyasından mühazirələr oxuyur.
Rita Levi-Montalcini
Rita Levi-Montalcini (22 aprel 1909[…], Turin[…] – 30 dekabr 2012[…], Roma) — italiyalı alim. 1986-cı ildə Fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb (Stenli Koen ilə birgə).
Ritz oteli (Paris)
“Ritç” (fr. Hôtel Ritz) — Parisin möhtəşəm otellərdən biri. == Tarix == Otel Ritç ilk dəfə 1898-ci ildə İsveçrə əsilli otelçi işadamı Sezar Ritç tərəfindən Vandom meydanının №15 ünvanında açılmışdır. Bu uğurlu başlanğıcdan sonra Sezar Ritç London və digər şəhərlərdə silsilə otellərini açmağa nail olur. XVIII əsirdə Arduen Mansar tərəfindən əsası qoyulmuş aristokratik iqamətgah üslubunda inşa edilmiş otel binasının müəllifi memarı Şarl Myui olmuşdur. O dövürdə “Ritç” yeganə otel idi ki, onun hər bir nömrəsi vanna otağı ilə təmin edilmişdir. Otel mətbəxinə cavabdeh isə əfsanəvi aşpaz Ogüst Eskofe olmuşdur.
Ritç oteli (Paris)
“Ritç” (fr. Hôtel Ritz) — Parisin möhtəşəm otellərdən biri. == Tarix == Otel Ritç ilk dəfə 1898-ci ildə İsveçrə əsilli otelçi işadamı Sezar Ritç tərəfindən Vandom meydanının №15 ünvanında açılmışdır. Bu uğurlu başlanğıcdan sonra Sezar Ritç London və digər şəhərlərdə silsilə otellərini açmağa nail olur. XVIII əsirdə Arduen Mansar tərəfindən əsası qoyulmuş aristokratik iqamətgah üslubunda inşa edilmiş otel binasının müəllifi memarı Şarl Myui olmuşdur. O dövürdə “Ritç” yeganə otel idi ki, onun hər bir nömrəsi vanna otağı ilə təmin edilmişdir. Otel mətbəxinə cavabdeh isə əfsanəvi aşpaz Ogüst Eskofe olmuşdur.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Son Ha-Rim
Son Ha-Rim (d. 12 yanvar 1985) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Son Ha-Rim Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı. Daha sonra Son Ha-Rim Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Anna Rita Del Piano
Anna Rita Del Piano (rəsmi adı Anna Rita Viapiano, it. Anna Rita del Piano; 26 iyul 1966, Kassano-delle-Murce) — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. == Həyatı == Anna Rita Viapiano 1966-cı il iyulun 26-da İtaliyada anadan olub.
The Ritz-Carlton Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel == Tarixi == Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. == Yerləşdiyi yer == Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.
Atım mənim, muradım mənim (film)
Atım mənim, muradım mənim qısametrajlı sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir. == Məzmun == Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.
Uç, mənim atım (film, 1986)
== Məzmun == Film Azərbaycanın milli "sür-papaq" və "çövkən" oyunlarından, bu oyunlarda ölkənin müxtəlif bölgələrinin at zavodlarının komandalarının iştirak etmələrindən bəhs olunur.
Zita və Gita (film, 1972)
Zita və Gita (Seeta Aur Geeta) — 1972-ci ildə Hindistanda istehsal olunan komediya dram janrında film. == Məzmun == Uşaqlıqdan bir-birindən ayrılmış iki əkiz bacının dünya qədər köhnə olan hekayəsi. Qaraçılar tərəfindən oğurlanmış Gita (Hema Malini) rəqqasə olur. Zita isə varlı əmisi tərəfindən tərbiyə olunub və varlı varisə çevrilib....
Biom
Biom (ing. biome, yun. βίος – həyat və … oma) — Eyni iqlim zonasının ekosisteminin küllüsü. Orqanizmlərin müxtəlif qruplarının və onların müəyyən landşaft-coğrafi zonada məskunlaşdığı mühitin məcmusu. == Ümumi məlumat == “Biom” adı (məs., tundra, tayqa, mülayim zonanın iynəyarpaqlı meşələri, tropik savanna, çöllər, səhralar və s.) adətən, üstünlük təşkil edən bitki tipinin adı, yaxud landşaftın əsas stabil xüsusiyyətləri ilə müəyyən edilir. Düzənlik yerdə Biomlar ərazi cəhətdən bir-birindən az və ya çox aralı düşür, xeyli böyük sahələri tutur. Dağlarda kiçik bir sahədə beşə qədər qurşaq Biomu yanaşı ola bilər. “Biom” termini ən çox quru ərazilərin ekologiyasında istifadə edilir. Rus ədəbiyyatında onun əvəzinə çox vaxt ya “təbii (yaxud coğrafi) zona”, ya da “bitkilik zonası” terminləri həmin adlarla (tundra, tayqa, çöl və s.) birlikdə istifadə olunur. Xarici Avropa elmi ədəbiyyatında təbii zona və “Biom” kateqoriyalarını birləşdirən anlayışlar təklif edilmişdir (məs., Q. Valter zonobiomları (Zo- nobiomes)).
Bitum
Bitum — karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı. İki növə bölünür – süni və təbii. Bərk və özlü neft bitumları yer qabığında qumdaşı və əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir. Bitum yataqları neftli, qazlı sahələrlə əlaqədardır. Süni (texniki bitum) əsasən, tərkibində asfalt–qatran maddələri çox olan ağır neft qalıqlarını (mazut, qudron və s.) 300 – 350 °C-də yüksək vakuumda distillə etməklə və neft emalı qalıqlarını (qudron və s.) 260 – 280 °C-də havanın oksigeni ilə oksidləşdirməklə alınır. Bitum adətən yol inşaatında, plastik kütlə və s. hazırlanmasında işlədilir. Sənayedə işlədilən bitumun ümumi miqdarının 90%-i süni bitum növlərinin payına düşür. == Bitum == Bu məvhum müxtəlif məna daşısa da çox hallarda neft və onun törəmə məhsullarının adlandırılmasında istifadə olunur. Qədim zamanlarda bitum deyildikdə meftin bərk və qatı xəmirəbənzər foması başa düşülürdü.
CİSM
Beynəlxalq Hərbi İdman Şurası və ya qısaca CİSM — dünya miqyaslı üçüncü hərbi idman təşkilatı. Hazırda özündə 137 üzv ölkəni birləşdirir. Dünya qitələrarası və regional yarışları keçirən dünyanın ən böyük idman təşkilatlarından biridir. Prezidenti Hamad Kalkaba Malboumdur. == Tarixi == Qurum 18 fevral 1948-ci ildə Fransada yaradılmışdır. İlk təsisçiləri Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayənədələri olmuşdur. Qısa zaman ərzində öz fəaliyyətini genişləndirmiş və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınmışdır. == Məqsədi == Məqsədi idman və fiziki məşqlər vasitəsi ilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. == Tarixi == FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi.Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.