Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Rif
Rif (nid. rif- qabırğa, til) - dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının , yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. == Geomorofloji termin == Rif - (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən baş­qa orqanizmlərin sualtı əhəngli qur­ğuları. Ancaq isti dənizlərdə yayıl­mışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Rif pərttəgözü
Rif pərttəgözü (lat. Esacus magnirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin esacus cinsinə aid heyvan növü.
Balmoral rif plitəsi
Balmoral rif plitəsi — tektonik mikro plitə olaraq 0,00481 streadian sahəyə malikdir. Adətən Sakit okean plitəsi ərazisinə daxil edilir. Sakit okeanın cənubunda, Fici adasından şimalda yerləşir. Sakit okean plitəsi, Avstraliya plitəsi, Yenihebrid plitəsi və Konvey rif plitəsi ilə əhatələnmişdir. == Mənbə == Peter Bird.
Konvey rif plitəsi
Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir. Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.
Mariya-Tereza (rif)
Mariya-Tereza rifi (ing. Maria Theresa Reef, fr. l'île Tabor) — Yeni Zelandiyanın şərqindən Tuamoru arxipelaqının cənubuna doğru hissədə yerləşən "kabus-ada", rif. İlk dəfə Asaf P.Taber tərəfindən qeydə alındığına görə onun doğulduğu Mariya Terezanın şəhərinin şərəfinə belə adlandırılmışdır. Bir fərziyəyə görə isə gəminin adı ilə adlandırılmışdır. Coğrafi koordinatları 37°00′ c. e. 151°13′ q. u. kimi təyin olunmuşdur.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif QasımovArif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı.Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru. Arif Təbrizi — Azərbaycan şairi.
EIF
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır.15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M.N.İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 879, 30 aprel 2010-cu il) (Əlavə 7)."Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli 1155 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2010-cu il 3 noyabr tarixli 199 nömrəli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Qərarın 6-cı bəndinə əsasən Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılmış və adı çəkilən Qərarın 16 nömrəli əlavəsinə uyğun olaraq Elmin İnkişafı Fondunun icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarının yeni sxemi müəyyən edilmişdir (Əlavə 8).
GIF
GIF (Graphics Interchange Format) — qrafik mübadilə formatı. GIF (.gif) - GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. GIF - (ingiliscə Graphics Interchange Format)- qrafik görüntülərin populyar formatı. Aparat təminatından asılı olmayan GIF formatı 1987-ci ildə (GIF87a) CompuServe şirkəti tərəfindən rastr görüntüləri şəbəkədə ötürmək məqsədilə işlənib hazırlanıb. 1989-cu ildə format dəyişdirilib (GIF89a), şəffaflıq və animasiya imkanları artırılıb. Görüntüdə 256 rəng, ölçüsü isə 65536×65536 piksel ola bilər.
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. == Ümumi == Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.Kifli yem yeyən heyvanların südü, yumurtası və əti də insanlara ciddi zərər verir.
Lif
Lif (digər adları "tekstil lifi", "fiber") — hər cür maddəni təşkil edən nazik və uzun hissələr, filament edilir. İplikdəki pambıq lifləri, izolyasiya üçün istifadə olunan şüşə liflər və canlılarda əzələ əmələ gətirən əzələ lifləri bu cür materiallara nümunə ola bilər. Təbii və ya süni yolla əldə edilə bilən liflər müxtəlif bağlayıcılarla birlikdə kompozit materialların istehsalında geniş istifadə olunur. Lifləri bir qəlibə və ya müstəvi üzərinə yerləşdirərək üzərinə epoksi əlavə edib bir kompozit material əldə etmək mümkündür. Həm də güllə keçirməyən zireh hazırlanmasında, polada alternativ olan xam maddənin yaradılmasında, təyyarə və kosmik gəmilərin gövdələrinə və bəzi silahların hissələri üçün istifadə edilə bilər. Pambıq və kətan kimi bitkilərdən alınan liflərə təbii liflər, şüşə lifi və ya şüşə yunu kimi kimyəvi proseslərlə əldə edilən liflərə süni liflər deyilir. Lifli qidalar insan qidalanmasında vacib yer tutur. Həzm sisteminin düzgün işləməsi üçün bu cür qidalar qəbul edilməlidir. Bundan əlavə, bütün qidalar bir unikal lifli quruluşa malikdirlər.
Mif
Mif (q.yun. μῦθος — dastan, ənənə) — təbiət hadisələrinin, kortəbii qüvvələrin, səma cisimlərinin insanların xəyalında, təsəvvür və düşüncələrində müəyyən bir şəkilə salınması, gah insanlara, gah da tanrılara bənzər təsvir olunmasıdır. Mif şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri hesab olunur. Bu janrı ibtidai insanların ibtidai təsəvvür və anlayışları yaratmışdır. == Xüsusiyyətləri == Miflər daha çox bəşəriyyətin "uşaqlıq dövründə" yaranmışdır. Mif inkişaf etmiş, mərhələlər keçmiş, ən əski fəlsəfənin predmeti onunla şərtlənmişdir. Bədii yaradıcılıqda mif motivlərindən tez-tez istifadə olunmuşdur. A.F.Losev mifoloji düşüncənin aşağıdakı başlıca xüsusiyyətlərini müəyyənləşdirmişdir: "Mif — ümumi ideya ilə ən adi hissi obrazın birbaşa maddi eyniyyətidir. Mücərrəd təfəkkürün yalnız gerçəkliyi əks etdirən hər cür düzümü — mifologiya üçün bütün hissi keyfiyyətləri ilə, canlı varlıqlar, yaxud cansız əşyalar şəklində, gerçəkliyin özüdür".Demək olar ki, bütün xalqların mifləri tipoloji baxımdan eyni silsilələrin mövcudluğu ilə səciyyələnir: Kosmoqonik (kosmolojo) miflər. Entoqonik miflər.
Qrif
Qrif — vəzifəli adamın imzası olan möhür; Qrif — üzərində imza nümunəsi, hər hansı mətni və yaxud digər əlyazması olan möhür, ştempel, habelə belə möhürün və ya ştempelin sənəddə izi, şəkli; Qrif — sənədin və ya nəşrin üzərində edilən qeyd (yazı): bu qeyd həmin sənəddən və yaxud dərc olunmuş nəşrdən xüsusi qaydada istifadə edilməli olduğunu bildirir; Qrif — kitabların, nəşrlərin və sənədlərin üzərində onların istifadə spesifikası, xarakteri, xüsusiyyətlərini və xüsusi saxlanma şəraitlərini göstərən (müəyyən edən) xüsusi rəsmi yazı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. == Anlayışlar == RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). == RIP versiya 1 == İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
Rift
Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. == Həyatı == Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. == Karyera == Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. == İstinadlar == == Mənbə == Branco River. (2009).
Alajen (mif)
Alajen (tal. Olajen) — Talış mifologiyasında iri döşlü, saçı önə tökülmüş qadın personajı.Alajen cəmiyyət tərəfindən rədd edilən və zərər verə bilən qadındır. Zərdüştlükdən sonra İslamın gəlişi personajın xüsusiyyətlərinə və xarakterinə birbaşa təsir göstərmiş və daha çox "qadın cin" kimi məşhurlaşdırmağa başlamışdır.Ümumilikdə ədəbiyyatda və əfsanələrdə, Alajen xüsusilə yeni doğuş edən qadınlara, doğuşdan sonrakı ilk altı gün ərzində onları təqib edərək, özlərinə və dünyaya gətirdiyi uşaqlara zərər vurmağa çalışan təhlükləli qadın hesab olunur. Məşhur rus etnoqraf Çursin Qriqori Filipoviç öz əsərlərində Alajendən bəhs edib və onun haqqında araşdırmalar edib. == Etimologiya == == Mifoloji təsvir == Talış mifologiyasında Alajen vəhşi, iri bədənlidir. Uzun qara və qırmızı rəngdə saçı var və çox vaxt önə tökülmüş formadadır. İri gözləri və iri döşləri var. İri döşlərini öndən arxaya doğru çiyinlərinə atıb gəzir. Alajen doğuş zamanı bir qadına zərər verə onu qorxuda bilər və ya vura, döyə bilər. Eyni zamanda yeni doğulmuş uşağa zərər verə, onu qaçıra və ya öldürə də bilər.
Amazon rifi
Amazon rifi — Fransa Qvianası və Şimali Braziliyanın sahilində yerləşən geniş mərcan və süngər rifi sistemi. O, dünyadakı ən böyük rif sistemlərindən biridir, sahəsi 9300 kvadrat kilometr və uzunluğu 970 kilometrdir. İllər əvvəl Amazon çayı deltası yaxınlığında böyük geoloji rif quruluşunun olmasıyla bağlı dəlillər ortaya çıxmış, 2012-ci ildə okeanoqrafik tədqiqat aparılmış, 2016-cı ilin aprelində Amazon rifinin kəşf edildiyi elan edilmişdir. == Coğrafiya və ekologiyası == Rif sistemi mərcan və süngər rifi olaraq müəyyən edilib. Alimlər rifin əhatə etdiyi sahəni 9300 kvadrat kilometr və uzunluğunu 970 kilometrdən çox olaraq qiymətləndirirlər. Bu da onu dünyadakı ən böyük rif sistemlərindən biri edir. Sahə baxımından Kipr adasıyla müqayisə edilə bilər. Rifin sahəsi dənizdə 120 kilometrə qədər uzanır və suda dərinliyi 30-120 metr aralığındadır. Bu rifin mövcud olması qeyri-adidir. Səbəb odur ki, rif sistemləri aşağı duzluluq və yüksək turşuluğa görə Amazon kimi böyük çayların mənsəbinə yaxın yerləşmir.
Arif Kəskin
Arif Kəskin - Azərbaycanlı sosioloq və Orta Şərq üzrə mütəxəsis. == Həyatı == Arif Kəskin Cənubi Azərbaycanın 1973-ci ildə Muğan bölgəsində anadan olmuşdur. == Təhsili == Orta məktəbi Muğanda tamamlamışdır. 1993-cü ildə Təbriz Universitetinin Sosial Elmlər fakültəsinin Sosiologiya ixtisasından məzun olmuşdur. 1999-cu ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirdikdən sonra Ankara Universitetində Siyasi Elmlər fakültəsində doktarantura təhsili almışdır. == Fəaliyyəti == Arif Kəskin 1999-cu ildən ASAM (Avrasiya Strateji Araşdırmalar Mərkəzi), TÜRKSAM, XXI Əsr Türkiyə İnistitutu və ORSAM kimi düşüncə qurumlarında orta şərq üzrə mütəxəsis olaraq çalışmışdır. 1999-cu ildən günümüzə qədər Türkiyə mətbuatında (Stratejik Analiz, Avrasiya Dosyesi, Radikal, Aktual, Vətən, 2003, Qlobal Strategiya və s.) 100-dən çox məqaləsi yayımlanmışdır. Yazıları Türkiyə xaricində Azərbaycan türkcəsinə, farscaya və ingiliscəyə tərcümə edilərək nəşr edilmişdir. Türkiyədə yazdığı məqalələri İranda tərcümə edilərək kitab halında nəşr edilmişdir.
Arif Mamedov
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.