Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüppel kərkəsi
Afrika kərkəsi və ya Rüppel kərkəsi (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır. Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır. Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Jumper
Jumper ~ перемычка ~ atlatıcı ~ atqı - elektron sxemin müxtəlif kontaktlarını birləşdirmək yolu ilə aparat vasitələrinin köklənməsi ( konfiqurasiyasının dəyişdirilməsi) üçün kiçik çəngəl, yaxud tellər. Bax: DIP SWITCH. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Ramsel
Ramsel — Cənubi Sudanın inşa edilən paytaxtı. Cənubi Sudanın müstəqilliyi elan ediləndən sonra paytaxtın başqa şəhərə köçürələcəyi ilə bağlı məlumat yayıldı.. 4 sentyabr 2011-ci ildə Cənubi Sudan hökuməti Mərkəzi Ekvatoriya ştatı hökumətinin paytaxt Cubanın genişləndirilməsi üçün yeni ərazi ayırmaqdan imtina etdiyinə görə paytaxtı Cubadan 240 kilometr şimala köçürmək qərarına gəlir. Paytaxtın köçürülməsinin təxminən altı ilə başa gələcəyi ehtimal edilir..
Rumeli
Rumeli (Osmanlı türkcəsi: روم اىلى Rumili) — Osmanlı imperiyası dönəmində XV əsrdən etibarən Balkan yarımadasının cənubuna verilən addır. Rumeli sözündəki Rum sözü "Bizans imperiyası təbəliyində olan torpaqlar, xalqlar" mənasını verir. Osmanlı türkləri Avropaya gəldikdən sonra, burada fəth etdikləri yerlər də Rumeli adlandı. XI-XII əsrlərdə Bizans hakimiyyətində olan Anadolu torpaqları Diyar-i rum (Roma (Rum) ölkəsi), Anadoluda hakimiyyətdə olan səlcuq türklərinə də Rum səlcuqları deyilirdi.
Lümpen
Lümpen (alm. Lumpen‎ - “ cır-cındır ”, lümpen-proletariat və ya lümpenləşmiş proletariat, alm. Lumpenproletariat‎) — cəmiyyətdən qovulmuş və ya təcrid olunmuş əhali qruplarına, əhalinin iqtisadi cəhətdən sinifsizləşmiş təbəqələrinə (avaralar, dilənçilər, cinayətkar elementlər və digər asosial şəxslər) aid edilən və Karl Marks tərəfindən irəli sürülmüş termin. Tipik bir halda, lümpen heç bir əmlakı və peşəsi olmayan, qeyri-adi işlərdə yaşayan və ya dövlət sosial müavinətlərindən müxtəlif formalarda istifadə edən şəxsdir Lümpenlər sosial kökləri olmayan, əxlaq kodeksi olmayan, güclülərə, yəni hazırda real gücə sahib olanlara ehtiyatsızcasına itaət etməyə hazır olan insanlardır. Sovet və postsovet sosiologiyasında sinifsizləşmiş elementlər cəmiyyətin heç bir mövcud sosial sinfə aid olmayan üzvləridir. Bunlara xroniki işsizlər və həbsxana məhbusları, ruhi xəstələr, dilənçilər, avaralar və müxtəlif səbəblərdən ictimai əmək bölgüsündə şəxsən iştirak etməyən əhalinin digər oxşar qruplarının nümayəndələri daxildir. Vurğulamaq lazımdır ki, “mənəvi cəhətdən şübhə doğuran” peşələrlə məşğul olmaq: fahişəlik, mütəşəkkil cinayət qruplarında iştirak etmək, sifarişli oğurluq və ya qətllər həyata keçirmək, insan və ya narkotik alveri və s. də bura daxildir. Müəyyən bir fərdin sosial davranışının mənəvi qiymətləndirilməsi ikinci dərəcəli, istehsal vasitələrinə münasibət və ictimai əmək bölgüsündə iştirak isə lümpenə üzvlüyün müəyyən edilməsində birinci dərəcəlidir.
Rukel
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Rumex
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Rumul
Rumul (fr. Roumoules, oks. Romolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04172. 2008-ci ildə əhalinin sayı 722 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Rükəl
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Antiqoni Rumpezi
Antiqoni Rumpezi (19 iyul 1983, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antiqoni Rumpezi, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Antiqoni Rumpezi, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Ervin Rommel
Ervin Oygen Yohannes Rommel (alm. Erwin Eugen Johannes Rommel‎; 15 noyabr 1891[…], Haydenhaym an der Brents[d], Vürtemberq krallığı[d], Almaniya imperiyası – 14 oktyabr 1944[…]) — "Səhra tülküsü" (alm. Wüstenfuchs‎) ləqəbli alman general-feldmarşalı. == Həyatı == İkinci dünya müharibəsi gətirdiyi dağıntılar və fəlakətlərlə yanaşı bir neçə dahi şəxsiyyəti də tarixin səhifələrinə həkk etmişdir. Bu şəxsiyyətlərdən biri müttəfiq qüvvələr arasında "Səhra Tülküsü"(alman dilində "Wüstenfuchs")adı ilə tanınmış Ervin Rommel olmuşdur. Rommel Şimali Afrika uğrunda gedən döyüşlərdə Alman ordusunun qruplaşmalarına komandanlıq etmiş və ingilis generalı Montqomerinin ilkin planlarını alt-üst edərək saysız-hesabsız uğurlar qazanmışdır. Ervin Rommel 15 noyabr 1891-ci ildə Haydenxaymda anadan olmuşdur. Əvvəlcə mühəndis peşəsinə yiyələnmək istəsə də, 1910-cu ildə Rommel orduya qoşulmuş və 1914-cü ilin avqust ayında onun xidmət apardığı bölmə müharibəyə atılmışdır. 1915-ci ildə o, döyüşlərdə fərqləndiyinə görə 1-ci dərəcəli dəmir xaç ordeni ilə mükafatlandırılmışdır. Müharibədən sonra Rommel Drezden şəhərində piyada qoşunları məktəbində dərs demişdir və həmin ərəfədə "Piyada Hücumda" (İnfanterie greift an) adlı ilk kitabını yazmışdır.
Haydrun Tempel
Haydrun Tempel (alm. Heidrun Tempel‎; d. 1958) — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2016) == Karyerası == Haydrun Tempel Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərmişdir. 2013-cü ilin iyul ayında Azərbaycana səfir təyin olunmuşdur.
Rumeli Hasarı
Rumeli Hasarı (Boğazkəsən Qala olaraq da tanınır) — İstanbulun Sarıyer rayonunda Boğaziçi yerləşdiyi səmtə adını verən qala. Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən əvvəl boğazın şimalından gələn təcavüzləri əngəlləmək üçün Anadolu yaxasındakı Anadolu Qalanın tam qarşısına inşa etdirilib. Bura boğazın ən dar nöqtəsidir. Məkanda uzun illərdir ki, Rumeli Qala Konsertləri keçirilir. Sarıyer, İstanbulda yerləşən Rumeli Hasarı 30 hektar sahəni əhatə edir. Anadolu Hasarının qarşısında İstanbul Boğazının 600 metrlik ən dar və axıntılı hissəsində inşa edilmiş bir qaladır. 90 gün kimi qısa bir müddətdə tamamlanan qalan üç böyük qülləsi, dünyanın ən böyük qala bürcünə malikdir. Rumeli Hasarının adı Fateh vəqfiyələrində Kulle Cedit-ə; Nəşri tarixində Yenicə Qala; Kamalpaşazadə, Aşıkpaşazadə və Nişançı tarixlərində Boğazkəsən Hasar kimi keçir. Hasarın inşaatına 15 Aprel 1452-ci ildə başlanmışdır. İş bölümü aparılaraq hər hissənin tikintisi bir paşanın nəzarətinə verilmiş, dəniz tərəfinə düşən hissənin tikintisini də Fatih Sultan Mehmet şəxsən öz üzərinə götürmüşdür.
Rumeli əyaləti
Rumeli əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Rumphi (mahal)
Rumfi — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. Rumfi ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aid olub ölkənin şimal mahalılarından biridir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Rumfi şəhəridir. Mahal şimalda Çitipa mahalı və Karonqa mahalı, şərqdə Malavi gölü, cənubda Mzimba mahalı və Nxata Bey mahalı, qərbdə isə Zambiya ilə qonşudur. Rumfi mahalında 169,112 nəfər yaşayır.
Şumpey İnoue
Şumpey İnoue — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Rumen Radev
Rumen Georgiyev Radev (d. 18 iyun 1962; Dimitrovqrad, Bolqarıstan) — Bolqarıstanlı siyasi xadim. Bolqarıstanın 5-ci Prezidenti. Rumen Radev 18 iyun 1962-ci ildə Bolqarıstanın Dimitrovqrad şəhərində anadan olub.
Rumex acetosa
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Rumex acetosella
Rumex acetosella (lat. Rumex acetosella) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Rumex alpinus
Rumex alpinus (lat. Rumex alpinus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Rumex aquaticus
Rumex aquaticus (lat. Rumex aquaticus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Rumex arifolius
Rumex arifolius (lat. Rumex arifolius) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Rumex biformis
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Rumex bucephalophorus
Rumex bucephalophorus (lat. Rumex bucephalophorus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Rumex callosus
Rumex patientia (lat. Rumex patientia) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Acetosa patientia (L.) M.Gómez Lapathum hortense Garsault [Invalid] Lapathum hortense Lam. Rumex callosus (F. Schmidt ex Maxim.) Rech. f. Rumex interruptus Rech. f. Rumex patientia subsp. callosus (F. Schmidt ex Maxim.) Rech. f.