Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahrud
Şahrud — İranın Simnan ostanının şəhərlərindən və Şahrud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 126,916 nəfər və 35,548 ailədən ibarət idi.
Şahrux
Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 2-ci hökmdarı. == Həyatı == Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı. == Hökmdarlığı == === Taxta çıxması === Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu.
Şanrus
Şanrus (fr. Chamrousse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Domen və Viziy kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38567. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1384 ilə 2440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Taruh
Taruh — İbrahim peyğəmbərin atasının adıdır. İncil və Qədim Ahiddəki adı Terahtır. Taruh öləndə İbrahimin anası Azər ilə evləndi. Quranda adı Azər olaraq keçməkdə olub oğlu İbrahimin əksinə bütpərəst idi.
Şavun
Şavun-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şavun-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Amblyseius saurus
Amblyseius saurus (lat. Amblyseius saurus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius saurus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Diz (Şahrud)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (136 ailə).
Korben Şarrah
Korben Şarrah (20 aprel 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Korben Şarrah ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Korben Şarrah 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.876 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 1:05.902 saniyəlik nəticəsi ilə 16-cı yeri tutdu.
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar.Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır. Ana və atası onun yaxşı bir gələcəyi olacağını düşünərək ona Destini Houp (ing.
Sancuh (Sərdəşt)
Sancuh (fars. ‎سنجوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (90 ailə).
Sayrus Dallin
Sayrus Dallin (ing. Cyrus Edwin Dallin; 1861, Sprinqvill, Yuta – 1944, Arlinqton, Massaçusets) — Amerikalı heykəltaraş və oxçu, 1904 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == İdmançı == 1904-cü ildə Sent-Luis şəhərində keçirilən oyunlarında, Dallin bütün kişi fənlərində iştirak etdi. Komanda yarışında üçüncü oldu və bürünc medal qazandı.
Sultan Şahrux
Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 2-ci hökmdarı. == Həyatı == Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı. == Hökmdarlığı == === Taxta çıxması === Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu.
Şahrud bəxşi
Şahrud bəxşi (Farsca: بخش شاهرود‎‎‎)— İranın Ərdəbil ostanında olan Xalxal şəhristanının 3 bəxşindən biridir. Bəxşin mərkəzi Külür şəhəridir. == Ümumi məlumat == Bəxşin 2006-cı il siyahıya alınmasına görə əhali sayı 13,701 nəfər və 3,604 evdir. Şahrudi talışlar Xalxal şəhristanı, Şahrud bəxşinin Külür, Şal və Lerd kəndlərində yaşayırlar.
Şahrud çayı
Şahrud çayı (fars. شاهرود‎ – "böyük çay" və ya "şah çayı") — Əlburz dağlarından axan dağ çayı. Şabanau su ambarında Qızılüzən çayı ilə qovuşaraq Səfidrud çayını yaradırlar. Ələmut çayı ilə Taleqanrud çayının qovuşmasında başlayır, sonra Əlburz silsiləsinin ətəyində dar vadilə şimal-qərbə axır, və Qızılüzən çayı ilə qovuşaraq Səfidrud çayını yaradır. Çoxsaylı kiçik qolları və hidroenergetik potensialı var. Qidalanması qar və buzlaqdandır.
Şahrud şəhristanı
Şahrud şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şahrud şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 225,007 nəfər və 62,196 ailədən ibarət idi.
Şahrux (ad)
Şahrux — kişi adı.
Şahrux (şirvanşah)
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Şahrux Mirzə
Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 2-ci hökmdarı. == Həyatı == Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı. == Hökmdarlığı == === Taxta çıxması === Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu.
Şahrux Xan
Şahrux Xan (ing. Shahrukh Khan, hind. शाहरुख़ ख़ान; 2 noyabr 1965[…], Yeni Dehli) — daha çox Şah Rux Xan, rəsmi olaraq SRK kimi tanınan məşhur Hindistan film aktyoru. Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 80-dən çox filmdə rol almışdır. O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər, o cümlədən 14 Filmfare Mükafatı əldə etmişdir. 2005-ci ildə isə Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına, Fransa Hökuməti tərəfindən verilən Fransanın ikinci dərəcəli mükafatı hesab olunan İncəsənət və Ədəbiyyat ordeni və dördüncü dərəcəli mükafat olan Fəxri Legion Cəngavəri mükafatına layiq görülüb. Xan, Asiya və Hindistan diasporası tərəfindən xüsusilə izlənilir. Tamaşaçı kütləsi və gəlir baxımından dünyanın ən uğurlu film ulduzlarından biri kimi hesab olunur.Xan, öz karyerasına 1980-ci illərin sonunda bir neçə televiziya serialı ilə başlayıb. 1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt etmişdir. Karyerasının erkən vaxtlarında Qorxu (Darr-1993), Qumarbaz (Baazigar-1993), Qisas (Anjaam-1994) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanındı.
Şahrux bəy
Şahrux biy (1680–1722) — Kokand xanlığının Minq sülaləsindən ilk hökmdarı. == Həyatı == Şahrux bəy Aşur biy oğlu 1680-ci ildə Fərqanədə doğulmuşdu. Minq tayfasındandır. Əbülfeyz xanın ona verdiyi atalıq ünvanı ilə tanınırdı. Xanlıqda yaşayan minqlərin sayı və dəstəyi ona imkan verdi ki, hökmüranlıq uğrunda mübarizəyə başlasın. O, fiziki cəhətdən güclü, sərkərdəlik qabliyyəti cəhətdən mahir idi. Hakimiyyəti ələ keçirdikdən sonra mərkəz Talakurqanı seçdi. Burda meydan, məscid, hamam və bazar tikdirdi. Sonra hakimiyyətini Kokand, İsfar, Çadak, Çust və Nəməngana yaydı.
Şavroş (Alye)
Şavroş (fr. Chavroches) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03071. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 128 yaşda (15-64 yaş arasında) 83 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,8%, 1999-cu ildə 60.0%). Fəal olan 83 nəfərdən 69 nəfər (39 kişi və 30 qadın), 14 nəfər işsiz (5 kişi və 9 qadın) idi. 45 hərəkətsiz 4 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Əliabad (Şahrud)
Əliabad (fars. علي اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (10 ailə).
Sarh
Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir .Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır. == İqtisadiyyatı == Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar. Həmçinin, Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolunun da bu şəhərdən keçməsi şəhər iqtisadiyyatına müsbət təsir göstərir .
Sarah Attar
Sarah Attar (27 avqust 1992, Eskondido, Kaliforniya, Amerika Birləşmiş Ştatları) — Səudiyyə Ərəbistanı təmsil edən marafonçu. Sarah Attar Səudiyyə Ərəbistanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı. Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.