YAVRU

is. Çocuq, uşaq, körpə, bala (nəvazişlə deyilir).
Yavrum, quzum! Yatanlar ayılmaz mahaldır? Ancaq mənimki nalə, səninki sualdır. M.Ə.Sabir.
Yanaşar bəstəriətfalə ana; Uyqudan yavrusu istər oyana. A.Səhhət.
[Nazlı Marala:] Mən sənə ana yerindəyəm, yavrum! Nə dərdin varsa, aç söylə! H.Cavid.
Məsum yavrusunun buz kimi soyumuş çöhrəsi bir an belə [ananın] gözlərinin qabağından getmirdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAVRU yavru bax 1. övlad 1; 2. bala 1
YAVINC
YAVRUCUQ

Digər lüğətlərdə