Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağ şam
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
SAP AG
SAP — mərkəzi Almaniyanın Ualldorf şəhərində yerləşən Avropanın ən böyük proqramlaşdırma şirkəti. SAP 1972-ci ildə IBMin beş keçmiş işçisi tərəfindən "Systemanalyse und Programmentwicklung" (azərb. Sistem Analizi və Proqramlaşdırma‎) adı altında Almaniyanın Mannheym şəhərində yaradılmışdır. == Xarici keçidlər == Rəsmi sayt === Mənbə === Yahoo!
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Haku-san (dağ)
Haku-san və ya Haku Yaponiyada potensial olaraq aktiv stratovulkandır. Fuciyama və Tateyama ilə birlikdə Yaponiyanın üç müqəddəs dağından biridir. Eyniadlı milli parkın ərazisində yerləşir. == Fiziki və coğrafi xüsusiyyətlər == Hakusan dağı Gifu və İşikava prefekturalarının sərhəddində yerləşir. Əsas zirvə vulkanik mənşəlidir. Dağda çoxlu alp gölləri və qarla örtülü vadilər var ki, dağ öz adını onlardan götürüb. Hakusan adı tərcümədə "ağ dağ" deməkdir. Dağda Midoriqaike və Sencaqaike gölləri, həmçinin Ubaqataki şəlaləsi var. Vulkanın kraterlərindən birində yerləşən Sencaqayke gölü il boyu buzla örtülü olur. Dağın ətəyindən uzunluğu 33,3 km olan “Meşə super yolu” turizm marşrutu keçir.
Sağ mədəcik
Sağ mədəcik (lat. Ventriculus dexter) — üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq - (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Qurluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar - (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ - (lat.
Sağ mərkəzçilik
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan.Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Sağ qalmalı
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Sağ çıqqıltı
Sağ çıqqıltı (ing. Right-click) - siçanın sağ (ikinci) düyməsinin çıqqıldadılması. Windows əməliyyat sistemində sağ çıqqıltıdan, adətən, kontekst menyusunun (CONTEXT MENU) açılması üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İfrat sağ
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". == İfrat millətçilik və irqçilik == İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
Şaq qayalıqları
Şaq qayalıqları (ing. The Shag Rocks, isp. Rocas Cormorán) — 7 yaşayışı olmayan kiçik adalardan ibarətdir. Atlantik okeanının cənubunda Skotia dənizi yerləşən arxipelaq. == Mənsubluğu == Adalar mübahisəli ərazi sayılır. Arxipelaq Böyük Britaniyanın Britaniya dəniz əraziləri Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxil edilir. Bununla belə Argentina adaları öz ərazisi hesab edir. Odlu Torpaq, Argentida və Cənubi Atlantida adaları vilayəti daxil edildiyi bildirilir. == Coğrafiya == Şaq qayalıqları Cənubi Georgiyadan 232 km şimal-qərbdə, Folklend adalarından min km, Odlu Torpaq adasından isə 1,2 min km aralıda yerləşir. Şaq qayalıqlarından 16 km cənub-şərqdə tənha Blək qayası yerləşir.
Ağqabıq ağ şam
Ağqabıq ağ şam (lat. Abies nephrolepis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.
Birrəng ağ şam
Birrəng ağ şam (lat. Abies concolor) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. ABŞ-nin cənub-qərbi və Şimali Meksika dağlarında, dəniz səviyyəsindən 2000–3000 m-ə qədər hündürlükdə kölgəli yamaclarda və çayların kənarında bitir. 350 ilə qədər yaşayır. Hündürlüyü 40 (60) m-ə çatan, gövdəsinin diametri 1,8 m-ə qədər, konusvarı, sıx çətirli ağacdır. Yaşlandıqda çətiri a.ağıya doğru əyilir. Gövdəsinin qabığı boz, qalın və hamardır. İynəyarpaqları hər tərəfdən göyümtül-yaşıl, üstü orta damarcığın ətrafında 6-8 ağızcıq xətli, alt tərəfi kilin hər tərəfindən 5-8 ağızcıq xətlidir. Tumurcuqların diametri 3–5 mm-dir. Toxum qabıqları əsasən pazşəkillidir.
Böyük ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Bərabərpulcuqlu ağ şam
Bərabərpulcuqlu ağ şam (lat. Abies homolepis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Yaponiyada dəniz səviyyəsindən 800-2000 m hündürlükdə, dağlarda təbii halda bitir. Qərbi Avropada 1854-cü ildən mədəni şəraitdə becərilir. Qafqazın Qara dəniz sahillərində 1897-ci ildən Adlerdə, Suxumidə, Batumidə və s. məlumdur. Hündürlüyü 40 m-ə, kəsiyində diametri 1,5 m-ə çatan, enli-piramida çətirli, qalın, horizontal budaqları olan ağacdır. Ağacın cavan hissələrində qabığı boz, gövdənin qoca hissələrində isə tünd-qonur rənglidir, şırımlıdır, dərin yarıqlıdır. Cavan zoğları açıq-sarı, çılpaq, xırda buğumlu, parlaqdır. Tumurcuqları yumru-oval və ya təxminən şarşəkilli, açıq rənglidir, çox qətranlıdır.
Kiçik ağ vağ
Kiçik ağ vağ (lat. Egretta garzetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin ağ vağ cinsinə aid heyvan növü.
İri ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Ətirli ağ şam
Ətirli ağ şam (lat. Abies balsamea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Şimali Amerikanın iynəyarpaqlı meşələrində, Kanada və ABŞ-da tundra zonasına qədər bitir, daşlıqlarda isə meşənin yuxarı sərhədlərinə qədər (1500-2500 m) yayılmışdır. Uzunömürlüdür, 150-200 ilə qədər yaşayır. Hündürlüyü 15-25 m, gövdəsinin diametri 50 (70) sm, düz, konusvarı, sıx, çətiri aşağı əyilmiş ağacdır. Cavan ağacların qabığı boz, hamar, çox miqdarda ətirli, qabarıq, sonradan qırmızı-qonur, xırda yarıqlıdır. Cavan zoğları əvvəlcə yaşıl, qısa, düz dayanan tükcüklərlə örtülmüşdür, sonradan qırmızı-qonur olur, çılpaqdır. Tumurcuqları şarşəkilli və ya yumurtavarı, qatranlı, yaşılımtıl, açıq-bənövşəyi çalarlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 2 mm, üstü tünd-yaşıl, parlaq, ucu kütdür, budaqların üzərində 4-7 il qalır, sürtüldükdə ətirli qoxu verir. Zoğda iynəyarpaqları iki cərgədə yerləşir.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüsserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüsseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Şax-şax
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.
Mərkəz sağ siyasət
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan.Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Qırmızı sağ əl
Qırmızı sağ əl (ing. Red Hand of Ulster) - İrlandiyanın 4 tarixi əyalətindən biri olan Olsteri simvolizə edən heraldik simvol. Burada təsvir edilən qırmızı əl günəş tanrısı Nuadunun oğlunun əli ilə assosiasiya olunur. Həmçinin İrlandiyanın Qırmızı əli (ing. Red Hand of Ireland) və O'Nillərin Qırmızı əli (ing. Red Hand of O'Neill) kimi də tanınmışdır. Simvolun mənşəyi haqda əfsanələrdən birinə görə, 2 nəfər torpaqlar üzərində hakimiyyət uğrunda yarışmaya girirlər. Yarışmanın şərti- su axınını keçərək, birinci olaraq əl ilə sahilə toxunmaq idi. Yarışanlardan biri qalib gəlmək üçün əlini kəsərək, onu sahilə atmışdır. Bibliya versiyasına əsasən, İudanın gəlinin 2 əkiz uşağı var idi.
Sağ Tuzlov çayı
Sağ Tuzlov çayı (rus. Правый Тузлов) — Rusiyanın Rostov vilayəti və Ukraynanın Luqansk vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 21,8 kilometrdir. Mənbəyinin hündürlüyü 190 metr təşkil edir. Üzərində su tutarı vardır. Çay sistemi: Sağ Tuzlov çayı → Tuzlov → Aksay → Don. == Adı == Çayın ikinci hissəsi Tuzlovkəlməsi öz növbəsində türk sözü olan duz sözündən törəmişdir. Sağ Tuzov çayı Tuzlov kəlməsi işlədilən üç çaydan biridir: Sol Tuzlov çayı, Orta Tuzlov çayı və Sağ Tuzlov çayı. Çayların bu tip adlandırılmasının səbəbi onların müvafiq istiqamətdən Tuzlov çayına tökülürÇayın adı öz növbəsibə Kamenno-Tuzlovka kəndinin adına təsir etmişdir.
Sağ limfa axacağı
Sağ limfa axacağı (lat. ductus lymphaticus dexter) qısa eynizamanda böyük diametrli limfa axacağı olub, vidaci kötükdən limfanı daxili vidaci vena daşıyır. == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.