Kaşima (Saqa)
Kaşima (鹿島, Kashima) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər.
2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 30.159 nəfərdir, hər km² ərazidə 270 nəfər yaşayır. Şəhərin sahəsi 112,1 km²-dir.
== Tarix ==
1889-cu ildəki inzibati islahatdan sonra şəhər regionuna 6 qəsəbə daxil idi: Minami-Kaşima, Kita-Kaşima, Haçihonqi, Fureda, Noqomi və Nanaura. 1954-cü ildə şəhər ərazisinə Hama şəhəri, Kaşima qəsəbəsi, Furueda qəsəbəsi, Noqomi qəsəbəsi daxil edilmişdir. 1955-ci ildə isə Nanaura Kaşimaya qatılmışdır.
== Coğrafiya ==
Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasında yerləşir. Saqa şəhərinin 60 kilometrlik cənub qərbindədir. Dağlar: Kyoqa, Codo, Kotoci, Qibi. Çaylar: Şiota, Kaşima, Hama, Naka.