Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samovar
Samovar (rus. Самова́р, köhn. azərb. سماوار Səmavar) — çay dəmləmək və dəmli çayın rənginin açılması üçün lazım olan isti suyun qaynatılmasında istifadə edilən və içərsində kömür yanan ocağı olan qab. Yaşı 3700 il olan ən qədim samovar Azərbaycanda (Şəki bölgəsində) tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir.
Samur
Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Təsviri == Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir. Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır. == Həyat tərzi == Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür.
Damodar çayı
Damodar — Hindistanda çay. Qərbi Hindistanın Benqaliya əyalətindəki candva kəndi yaxınlığında, Bəzi dillərdən tərcümədə "müqəddəs su" deməkdir. Çhota Naqpur platosundan başlanır, Hind Qanq ovalığının şərq hissəsi ilə axır və Qanq çayı deltasının Huqli qoluna tökülür. Əsas qolu Bara kardır. Aşağı axını gəmiçiliyə yararlıdır. SES, su anbarları və suvarma kanalları var. Damodar vadisi Hindistanın mühüm sənaye rayonlarındandır. Elektrik enerjisi istehsal etmək üçün çay vadisində bir neçə su elektrik stansiyası tikilmişdir. Çay yağış suları ilə qidalanır. == Sahəsi == Çayın Uzunluğu 580 kilometrdir, hövzəsinin sahəsi isə 20 min km²-dən çoxdur.
Samosir adası
Samosir (ind. Pulau Samosir) — Sumatra adasının şimalında, Toba gölü daxilində yerləşən ada. Vulkanik mənşəlli adadır. İnzibati baxımından Samosir dairəsinə daxildir. Ada sönmüş Toba vulkanının kalderasıdır. == Təsviri == Ada 640 km² əraziyə sahibdir. O göldə yerləşən 5-ci ən böyük adadır. Üstəlik digər adada yerləşən ən hündür adadır. Qərbdən Panqururan şəhəri ilə Tele şəhərləri süni bərzəxlə birləşirlər. == Turizm == Ada turistlər arasında özünün təbiəti və batakların mədəniyyəti ilə məşhurdur.
Samodi dilləri
Samodi dilləri — Ural dillərinə daxil olan dillər qrupu. Digər təsnifata görə samodi dilləri ailə, ural dilləri isə makroailədir. == Təsnifatı == Samodi dilləri aşağıdakı qruplara bölünür: şimal qrupu: nenes dili enes dili nqanasan dili yuras dili †cənub qrupu: selkup dili ölü dillər: motor dili † tayqiy dili † кkaraqas dili † kamasin dili † koybal dili † soyot dili † == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Сорокина И. П. Самодийские языки. Языки Российской Федерации и соседних государств: Энциклопедия: в 3-х томах. М.Наука.
Ağboğaz samur
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Samur (heyvan)
Samur Gunj
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır. == Yaşayışı == Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı. Taişi Oyratlarda hakim demək idi. Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi.
Samur Novruzov
Samur Novruzov (tam adı: Samur Həsən oğlu Novruzov; 25 may 1938, Kirovabad – 24 sentyabr 2001, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I, II çağırış və Azərbaycan SSR Ali Sovetinin XI çağırış üzvü. == Həyatı == Samur Novruzov 1938-ci il mayın 25-də Kirovabad şəhərində (Gəncə) anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Tarix elmləri namizədi idi. İngilis və rus dillərini bilirdi. Əvvəl Sovet İttifaqı Kommunist Partiyasının, 1995-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub. Samur Novruzov ailəli və üç övlad atası idi. == Fəaliyyəti == Samur Novruzov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin üzvü seçilib. 1991–1993-cü illərdə Ali Sovetin, 1993–1995-ci illərdə isə Milli Məclisin üzvü olub. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 88 nömrəli Tovuz qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Samur Novruzov I çağırış Milli Məclisin deputatı seçildi.
Samur Qunc
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır. == Yaşayışı == Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı. Taişi Oyratlarda hakim demək idi. Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi.
Samur dairəsi
Samur dairəsi (rus. Самурский округ) — Rusiya imperiyası (Kaspi vilayəti, Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1839–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Axtı kəndi idi. 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən dairədə 29.046 nəfəri kişilər, 28.122 nəfəri qadınlar olmaqla toplam 57.168 nəfər əhali yaşayırdı. 1853–cü ilə olan məlumata əsasən isə dairənin bütün yaşayış yerlərində 29.848 nəfəri kişilər, 29.049 nəfəri qadınlar olmaqla toplam 58.897 nəfər əhali var idi. == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 42 – 49. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
Samur deltası
Samur deltası — Azərbaycan və Rusiya sərhəddində yerləşən delta. Delta Samurçayın məsəbində formalaşmışdır. Delta unikal fiziki-coğrafi rayonu əmələ gətirir. Xəzər dənizinin sahil boyun ərazidə subtropik meşə əmələ gəlmişdir. Samur deltasının böyük hissəsi Rusiya Federasiyası, az bir qismi Azərbaycan ərazisində yerləşir. Xəzər sahili boyunca qumlu çimərliklər vardır. Deltanın sahəsi 800 km² təşkil edir ki, onunda 230 km² ərazisi dövlət tərəfindən qorunan ərazidir. 1935-ci ildən Gülgəriçayın mənsəbidə deltaya daxil olmuşdur. Samurçayın əmələ gətirdiyi delta daxili az qollu dimdikvari deltadır. == Hidroqrafiya == Deltada Samurçayı iki qola ayrılır: Böyük Samur (uzunluğu 9,3 km) və Kiçik Samur (uzunluğu 11,5 km).
Samur döyüşü
Samur döyüşü — Səfəvi-Şirvan müharibəsi zamanı baş vermiş döyüşlərdən biri. Döyüş nəticəsində Səfəvilər Qafqazdakı nüfuz və əhatə dairələrini itirdilər. == Savaş zəmini == Səfəvilərin başçısı Şeyx Cüneyd özünün nüfuz və əhatə dairəsinin genişləndirmək məqsədilə Şirvana hücum etmək qərarına gəldi. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10.000 əsgər ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqın üçün bəhanə oldu. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahan şahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samurçayın sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Şeyx Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Şeyx Cüneydin müridləri onun cəsədini Samurçayın sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.
Samur meşəsi
Samur meşəsi Rusiyanın subtropik lianalarını təşkil edir. Ümumi sahəsi 220 kv.km olan bu meşə Dağıstanın Məhərrəmkəndindən başlayaraq Azərbaycanın Xaçmaz rayonuna qədər geniş ərazini əhatə edir. O öz adının Samurçayın deltasından götürüb. == Coğrafiyası == Meşə özü Rusiya və Azərbaycanın şimal hissəsinə bölünür. Rusiya ərazisində o Dağıstan cənub-şərq hissəsini əhatə edir və Samur dövlət qoruğuna kimi davam edərək 11200 ha ərazini əhatə edir. Burada 7 kənd yaşayış məntəqəsi və 3 hərbi hissə var. Azərbaycanda isə Samur-Yalama Milli Parkı 11722,45 ha hissəsini əhatə edir. Burada ən azı 9-10 yaşayış məntəqəsi vardır. Meşənin bir hissəsi Xəzər dənizi suları ilə yuyulur. == Təbiəti == Bu meşələr Rusiyada yeganə liana tipli subtropik meşədir.
Samur çayı
Samurçay — Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda beşinci böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsə də, Samurçay aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır. Samurçayın uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4430 km2-dir. Samurçay Baş Qafqaz silsiləsi ilə şimalda ona paralel uzanan Samur silsiləsi suayırıcısı arasında yerləşən yüksəkdağlıq zonanın qar, buzlaq, yeraltı və yağış sularından qidalanır. Çayın mənbəyi 3699 m yüksəklikdə yerləşir. Dağlardan külli miqdar qırıntı məhsullar gətirən Samur, Xəzər sahilində meşələrlə örtülü böyük delta əmələ gətirir. Samurçayın qidalanmasında əsas yeri qar suları və yeraltı sular tutur. Çayın hövzəsində qarlı-buzlu zirvələrin çoxluğu (ümumi sahəsi kiçik olsa da) çayda gursulu dövrün uzanmasına səbəb olur. Bu dövr yazda başlamaqla, yayı da əhatə edir.
Samur (Qusar)
Samur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində qəsəbə.
Samur (dəqiqləşdirmə)
Samur — dələlər fəsiləsinin samurlar yarımfəsiləsinə aid məməli cinsi. Samur (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində qəsəbə. Samurçay — Azərbaycanın şimal-şərqində ən iri çaydır.
B71 Sandur FK
B71 - Farer adalarının futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
I Samur döyüşü
Samur döyüşü — Səfəvi-Şirvan müharibəsi zamanı baş vermiş döyüşlərdən biri. Döyüş nəticəsində Səfəvilər Qafqazdakı nüfuz və əhatə dairələrini itirdilər. == Savaş zəmini == Səfəvilərin başçısı Şeyx Cüneyd özünün nüfuz və əhatə dairəsinin genişləndirmək məqsədilə Şirvana hücum etmək qərarına gəldi. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10.000 əsgər ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqın üçün bəhanə oldu. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahan şahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samurçayın sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Şeyx Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Şeyx Cüneydin müridləri onun cəsədini Samurçayın sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.
Samur-Abşeron kanalı
Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri. == Yaranma tarixi == 1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi.
Samur-Dərbənd kanalı
Samur-Dərbənd kanalı — 1960-ci illərdə Dağıstanın cənub-şərq hissəsinin, o cümlədən Dərbənd və Dağıstan İşıqları şəhərlərinin su təhcizatını təmin etmək məqsədi ilə inşa edilmişdir. Bu Samurçaydan çəkilmiş iki magistral kanaldan biridir. Samurdan Azərbaycan ərazisi boyunca Samur-Abşeron kanalı axır. Samur-Dərbənd kanalı 90 km uzunluğa malikdir. Kanal axarı boyunca Rubas, Sudoxol və Ulluçay çaylarının məcrası kəsir. Kanal Samur hidroqovşağından başlayır və Ulluçayda bitir. 1990-cı illərdə kanal istifadəyə yararsız vəziyyətə gəlmişdir. 2014—2015-ci illərdə kanalın yenidən qurulmasına qədər Dağıstan İşıqları şəhərinin kanal ətrafı ərazilərində evləri su basmışdır. Kanalın suyu ilk növbədə kənd təsərrüfatı məqsədlidir. Kanal Samur suyunun beşdə birini istifadə edir.
Samur-Dəvəçi kanalı
Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri. == Yaranma tarixi == 1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi.
Samur-Dəvəçi ovalığı
Samur-Dəvəçi ovalığı — Azərbaycanın şimal hissəsində yerləşən ovalıq. == Ümumi məlumat == Samur-Dəvəçi ovalığı Böyük Qafqaz ilə Xəzər dənizi arasındakı məkanı əhatə edir. Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıtçay arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.
Samur döyüşü (1460)