Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Svati
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Svati dili
Svati dili və ya Svazi dili(svati siSwati, zulu isiSwazi Bantu dillərinin Nquni qrupuna aid olan dildir. Esvatini və Cənubi Afrika Respublikasında svazilər tərəfindən danışılır.
Samit-sait yazısı
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.
Apatit
Apatit — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Xlorapatit, oksoapatit, karbonatapatit və b. == Xassələri == Rəng – sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlı parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,2-3,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {0001} və {1011} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Lüminessensiya – fosfo-ressensiya, flüoressensiya; Morfologiya – kristallar: qısa-və uzunprizmatik, nisbətən az hallarda lövhəvari, futlyaraoxşar, bəzən zonal; İkiləşmə: səciyyəvidir; Mineral aqreqatları: dənəvər, şəkərəbənzər, sıx, torpaqvari, kollomorf (kollofan) və çubuqvari əmələgəlmələr, qabıqlar, jelvaklar, gil mineralları, narın qum dənələri, kvars, kalsit və b. möhtəvilərini ehtiva edən, tez-tez rast gələn və fosforitlər adlanan incəlifli quruluşlu konkresiyalar, üzvi qalıqlar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Apatitin genetik baxımdan ən müxtəlif yataqları içərisində əsas yeri onun maqmatik və çökmə yataqları tutur. Maqmatik apatitin böyük yığınları qələvi püskürmə süxurlarında qeyd edilir. Bəzən sənaye əhəmiyyətli miqdarda karbonatitlərdə rast gəlir. Böyük ölçülü çubuq formalı və prizmatik apatit kristalları qranit və qələvi peqmatitləri üçün səciyyəvidir. Apatitə həmçinin kontakt-metasomatik əmələgəlmələrdə, skarn tipli dəmir filizi yataqlarında, yüksək temperaturlu hidrotermal damarlarda, alp tipli damarlarda da rast gəlinir.
Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabı. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5 %-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur. Sistitə meyilliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır: sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4–6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz. menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri. Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər.
Statut
Statut (qədim lat. statutum — qərar) — çoxmənalı termin. Statut (orta əsrlər) — orta əsrlərdə ayrı-ayrı şəhərlərin , korporasiyaların və nəsillərin hüquqi vəziyyətini müəyyənləşdirən hüquqi sənəd. Statut (anqlosakson hüquqi) — anqlo-sakson hüquq sistemində vacib əhəmiyyətli hüquqi akt. Statut (təşkilatın nizamnaməsi)| — təşkilatın təşkilini və fəaliyyətini tənzimləyən hüquqi sənəd. Ordenin statutu — ordenin təsviri, təltif qaydaları və istifadə qaydaları. Statut (təsvir) — təsvir xarakterli hüquqi akt. Statut (orqanik statut) — XIX əsrdə bəzi ölkələrdə konstitusiya aktının qəbul edilmiş adları.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
Şratt
Şratt — relyefin karst formalarından biri. Eynilə karr kimidir.
Satış
Satışlar — demək olar ki, hər hansı bir kommersiya fəaliyyətini, ümumiyyətlə biznesi təsvir edən biznes konsepsiyası. Satış çox vaxt kommersiya müəssisəsinin iş dövrünün son mərhələsidir. Həmişə yalnız təkdə istifadə olunur. Satış - satış qəbzi, görülən iş aktı, malların təhvil verilməsi üçün hesab-faktura ilə təsdiq edilmiş mal və ya xidmətlərin pula dəyişdirilməsi (sonuncu iki halda pul vəsaitlərinin hərəkəti ayrıca sənəddə qeyd olunur). "Ticarət" sözü satışa çox yaxındır, lakin fərqli məna daşıyır və bəzən ticarət biznes prosesinin ümumi təsviri və ya satışın müəyyən xüsusiyyəti (məsələn, uzaqdan ticarət, səyahət ticarəti, Sovet ticarəti) üçün daha uyğundur. Həmçinin, “ticarət” sözü bütövlükdə ticarət və satınalma fəaliyyətini (həm alqı-satqı, həm də satış) təsvir edə, fəaliyyət növünü və bütövlükdə sənayeni (ticarət işçiləri, ticarət nazirliyi, ticarət nümayəndəliyi və s.) ifadə edə bilər. Satış, şirkətdə ticarətin təşkilinə müasir yanaşmanı, effektiv metodlardan istifadəni və konkret nəticəyə diqqəti vurğulayan Qərb terminidir. Sovet dövründə SSRİ-də “satış” ifadəsi əvəzinə “satıcı” ifadəsi işlədilirdi. Müasir mənada satış marketinqlə ayrılmaz şəkildə əlaqəli hesab olunur, şirkətin davam edən marketinq işinin məntiqi davamı, praktiki nəticəsi və düzgünlüyünün təsdiqi kimi xidmət edir. Ehtimal olunur ki, satışdan yaranan marketinq anlayışının özü onların nəzəri anlayışıdır.
Apatit filizləri
Apatit filizləri – texnoloji və iqtisadi göstəricilərinə görə istismara yararlı apatitli təbii polimineral törəmələri. Apatit filizlərini mineral tərkibinə görə silikatlı-oksidli, silikatlı, karbonatlısilikatlı, karbonatlı və hidrosilikatlı-hidroksidli, P2O5-in miqdarına görə isə zəngin (16%-dən çox), adi (8–16%), kasıb (4–8%) və çox kasıb (4%-ədək) növlərə ayırırlar. Mineral tərkibindən asılı olan saflaşdırılma dərəcəsinə görə asan (apatit konsentratında P2O5-in miqdarı 90%-dən çox), qənaətbəxş (70–90%) və çətin saflaşan (70%-dən az) Apatit filizləri var. Silikatlı filizlər (apatit-nefelinli və s.) asan, karbonatlı və hidrosilikatlı-hidroksidli filizlər isə çətin saflaşır. Əmələgəlmə şəraitinə görə Apatit filizlərinin maqmatogen, metamorfogen və sedimentogen yataq tipləri olur. Maqmatogen, eləcə də sedimentogen (aşınma qabığı törəmələri) tipli yataqlar daha böyük sənaye əhəmiyyətinə malikdir. Apatit filizlərinin dünya üzrə ümumi ehtiyatı (P2O5 üzrə) təqribən 1,2 mlrd. tondur. Əsas yataqları RF-də (dünya ehtiyatının 1/3-i), həmçinin Vyetnam, Braziliya, CAR, Finlandiya, Uqanda, Norveç, Zimbabve, Kanada, İspaniya və Hindistandadır. Apatit filizlərindən mineral gübrələr istehsalında, metallurgiya, keramika və şüşə sənayesində istifadə olunur.
III Msvati
III Msvati (19 aprel 1968[…], Manzini) — Esvatininın ömürlük kralı Kral III Msvati 1986-cı ildən taxtda oturub. Hələlik 14 arvadın sahibidir.
Statik IP
Statik IP — Statik IP adresləri olan kompüterlərin IP adresləri dəyişməz. Server olan kompüterlər üçün statik IP tövsiyə edilir.
Statik elektrik
Statik elektrik(static electricity,статическое электричество)-obyektdə toplanmış elektrik yükü; yük daşıyıcıları hərəkət etmədiyindən statik adlandırılır. Statik yüklər 1000 V və ya daha yüksək səviyyəyə çata bilər, ancaq bu, insan üçün təhlükəsizdir, çünki bu halda cərəyan çox da böyük olmur. (Canlı toxumaların zədələnməsinə yalnız gərginlik deyil, cərəyan və gərginliyin kombinasiyası səbəb olur.) Fəqət elektron sxemlərdən keçən statik elektrikin boşalması tez-tez onları sıradan çıxardır, çünki inteqral sxemlərin əksəriyyəti statik yüklərin yaratdığı gərginlikdən əhəmiyyətli dərəcədə aşağı gərginlik üçün nəzərdə tutulub. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 813 s.
Statik İnvertor
Ümumi DC\AC çeviricilər invertor kimİ adlandırırıllar və sabit cərəyandan dəyişən cərəyan parametrlərinə uyğun qiymətdə gərginlik hasil edirlər.İnvertorlarda əsasən tristorlardan,tranzistorlardanvə bunlar kimi nəzarətçi cihazlardan istifadəolunur. İnvertorlar əsasən 3 və 1 farzlı olaraq dizayn edilirlər.Kiçik siqnal və yarım dalğa invertorları əsasən bir əvəzləmə prosesi ilə fəaliyyət göstərirlər.İnvertor qoşulma yerindən asılı olaraq online və offline adlandırılır.Əgər ümumi dəyişən cərəyan xəttində yerləşdirilsə offline,ümumi mənbə kimi olarsa online adlandırılır.
Svanet itburnusu
Svanet itburnusu (lat. Rosa oplisthes) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda, Gürcüstanda, Azərbaycanda, Cənubi Asetiyada təbii halda yayılmışdır. Botaniki təsviri: Hündürlüyü 1-1,5 m-ə qədər çatır. Yarpaqları ellipsvari, kənarları tikanlı, çıxıntılı qarşıqarşıya düzülmüş, uzunluğu 2,6 sm, eni 3,2 sm-ə çatır. Yarpaqları üst tərəfdən tünd yaşıl, alt tərəfdən açıqdır. Çiçəkləri ağ və ya açıq qırmızı rəngdə olur, 4-8 ləçəkdən ibarətdir. İldə bir dəfə, yazda və ya yayda çiçəkləyir. Meyvələri iyul, avqust aylarında yetişir. Meyvəsinin uzunluğu 1,8-2,3 sm, eni 1,4-1,6 sm-ə çatır, ellipsvari üzəri açıq qırmızıdan, tünd qırmızıyadək dəyişir.
Svetiy Mikolay
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Statik büdcə
Statik büdcə (sıx büdcə, ing. static budget) — planlaşdırma dövrünün əvvəlində formalaşan və biznes fəaliyyətinin müəyyən səviyyəsində planlaşdırılan dövr ərzində qüvvədə olan büdcə. Tərifi Amerikalı professor Rey Harrison statik büdcəni planlaşdırma dövrünün əvvəlində formalaşan və müəyyən biznes fəaliyyəti səviyyəsində planlaşdırılan dövr ərzində qüvvədə olan büdcə kimi müəyyən edir.
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Sati
Sati ritualı — Sadiqlik rəmzi hesab olunur. Sati-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Vusta (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Vatt
Vatt (Vt) (ing. Watt; işarəsi: W) — Elektrik və ya mexaniki güc ölçü vahidi. 1 vatt – 1 saniyədə (s) 1 coul (C) iş görə bilən mexanizmin gücünə deyilir və BS-də güc vahidi olaraq götürülür. N = A/t, burada N-mexaniki güc, A iş, t-bu işi görməyə sərf olunan zamandır. Vatt ölçü vahidi universal buxar maşınının yaradıcısı ixtiraçı-mexanik Ceyms Vattın şərəfinə adlandırılıb.
Florida ştatı
Florida — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Tallahassi şəhəridir.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).